Analiz verməzdən əvvəl niyə ac qalmaq vacibdir?
12 İyun 2026, 16:35
Qaynar xətt:
(+99450) 247 90 86
TİBB
429
25.05.2026, 23:04
Şahin Məmmədov: “Ağciyər xərçəngi uzun müddət gizli inkişaf etdiyi üçün insanlar təhlükəni gec anlayır”
Ağciyər xərçəngi dünyada ən geniş yayılan və ən çox ölümə səbəb olan xəstəliklərdən biri hesab olunur. Mütəxəssislər bildirirlər ki, bu xəstəlik bir çox hallarda ilkin mərhələdə ciddi simptom vermədiyi üçün insanlar problemi gec aşkar edir və nəticədə müalicə prosesi çətinləşir.
Pulmonoloq Şahin Məmmədov bu barədə Oxu24.com saytına açıqlamasında bildirib ki, ağciyər xərçəngindən qorunmaq üçün ilk növbədə risk faktorlarını azaltmaq və profilaktik müayinələrə ciddi yanaşmaq vacibdir.
Həkimin sözlərinə görə, xüsusilə uzun illər siqaret çəkən şəxslər yüksək risk qrupuna daxildir:
“Əgər insanın yaşı 50-dən yuxarıdırsa və uzun müddət siqaret istifadə edibsə, mütləq ildə ən azı bir dəfə aşağı dozalı kompüter tomoqrafiyasından keçməsi tövsiyə olunur. Çünki ağciyərdə yaranan törəmələrin erkən mərhələdə aşkarlanması həyati əhəmiyyət daşıyır. Bu müayinə sayəsində xəstəlik hələ simptomsuz mərhələdə olarkən belə aşkarlana bilər.”
Pulmonoloq qeyd edib ki, bir çox insanlar öskürəyi və nəfəs problemlərini adi soyuqdəymə və ya mövsümi xəstəlik kimi qəbul edərək vaxt itirirlər:“Uzun müddət davam edən öskürək, xüsusilə qanlı bəlğəmlə müşahidə olunan hallar heç vaxt diqqətdən kənarda qalmamalıdır. İnsanlar düşünür ki, siqaret çəkdiyim üçün öskürürəm və ya havadandır. Halbuki bu əlamətlər ağciyərdə gedən ciddi proseslərin ilk siqnalları ola bilər.”
Şahin Məmmədov bildirib ki, təkcə siqaret deyil, iş mühiti də ağciyər sağlamlığı üçün ciddi təhlükə yaradır:“Asbest, ağır kimyəvi maddələr, sənaye tullantıları, müxtəlif qazlar və tozlu mühit ağciyər toxumasını zədələyir. Uzun illər belə mühitdə çalışan insanlarda xərçəng riski daha yüksək olur. Buna görə də həmin şəxslər qoruyucu maskalardan və təhlükəsizlik vasitələrindən mütləq istifadə etməlidirlər.”
Həkim vurğulayıb ki, ağciyər xərçənginin ən təhlükəli tərəfi onun uzun müddət gizli inkişaf etməsidir:“Bir çox hallarda xəstəlik ağrı vermir. İnsan normal həyatına davam edir, lakin ağciyərdə proses artıq başlayıb. Elə xəstələr olur ki, sadəcə halsızlıq, nəfəs darlığı və ya arıqlama ilə müraciət edir və müayinələr zamanı ciddi problem aşkarlanır.”
Pulmonoloqun sözlərinə görə, son illərdə gənclər arasında da ağciyər xəstəliklərinin artması müşahidə olunur:“Elektron siqaretlər, qəlyan və müxtəlif tütün məhsulları bəzi insanlar tərəfindən zərərsiz hesab olunur. Amma bunların da ağciyərə ciddi təsiri var. Xüsusilə gənclər arasında bu məhsulların istifadəsi gələcəkdə ağır fəsadlara səbəb ola bilər.”
Şahin Məmmədov qeyd edib ki, sağlam həyat tərzi ağciyər xəstəliklərinin qarşısının alınmasında mühüm rol oynayır:
“Təmiz hava, düzgün qidalanma, fiziki aktivlik və siqaretdən uzaq durmaq ağciyər sağlamlığını qoruyan əsas faktorlardır. İnsanlar profilaktik müayinələri yalnız xəstələnəndə deyil, sağlam olduqları dövrdə də etdirməlidirlər.”
Pulmonoloq sonda vətəndaşlara çağırış edərək bildirib ki, ən kiçik şübhəli simptom belə diqqətdən kənarda qalmamalıdır:
“Xəstəlik nə qədər erkən aşkarlanarsa, müalicə şansı bir o qədər yüksək olur.",-deyə həkim bildirib.
Jalə
00:10 / 15 İyun 2026
72
23:59 / 14 İyun 2026
88
23:49 / 14 İyun 2026
75
23:42 / 14 İyun 2026
880
23:40 / 14 İyun 2026
83
23:40 / 14 İyun 2026
118
23:29 / 14 İyun 2026
372
23:27 / 14 İyun 2026
77
22:57 / 14 İyun 2026
74
22:22 / 14 İyun 2026
79
21:59 / 14 İyun 2026
87
21:45 / 14 İyun 2026
105
21:05 / 14 İyun 2026
126
20:48 / 14 İyun 2026
95
20:42 / 14 İyun 2026
139
19:53 / 14 İyun 2026
99
19:40 / 14 İyun 2026
119
18:50 / 14 İyun 2026
127
18:44 / 14 İyun 2026
89
18:37 / 14 İyun 2026
126
18:31 / 14 İyun 2026
139
18:21 / 14 İyun 2026
129
11:30 / 14 İyun 2026
145
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.