Arıqlama iynələri dayandırıldıqdan sonra orqanizmdə nə baş verir?
31 İyul 2026, 10:46
Qaynar xətt:
(+99450) 247 90 86
TİBB
491
21.05.2026, 14:47
Öd kisəsi xəstəlikləri müasir dövrdə ən çox rast gəlinən həzm sistemi patologiyaları arasında yer alır. Xüsusilə öd daşları və öd kisəsi polipləri həm klinik praktikada, həm də profilaktik müayinələr zamanı tez-tez aşkarlanan hallardandır.
Bu barədə Tibb üzrə fəlsəfə doktoru, ümumi cərrah Aynur Hüseynzadə Oxu24.com-a açıqlamasında bildirib ki, öd kisəsində yaranan poliplər əksər hallarda xoşxassəli törəmələr hesab olunsa da, onların izlənməsi mütləq vacibdir.
Mütəxəssisin sözlərinə görə, öd kisəsi bioloji baxımdan aktiv və aqressiv mühitə malik orqandır. Bu səbəbdən burada yaranan poliplərin zamanla dəyişmə ehtimalı mövcuddur və bəzi hallarda onların bədxassəli prosesə transformasiya riski istisna edilmir.
Həkim qeyd edir ki, poliplərin ölçüsü, sayı və dinamikası xəstənin müalicə taktikasının seçilməsində əsas rol oynayır. Əgər öd kisəsində bir neçə polip mövcuddursa və ya tək polipin ölçüsündə artım müşahidə olunursa, bu hallarda daha ciddi yanaşma tələb olunur.
Aynur Hüseynzadənin sözlərinə görə, xüsusilə böyüyən və ya şübhəli xarakter daşıyan poliplər mütəmadi nəzarətdə saxlanılmalıdır. Çünki bu dəyişikliklər gələcəkdə ağırlaşmaların göstəricisi ola bilər.
Mütəxəssis vurğulayır ki, belə hallarda ən effektiv müalicə üsullarından biri öd kisəsinin cərrahi yolla çıxarılmasıdır. Müasir tibbdə bu əməliyyat daha çox laparoskopik, yəni qapalı üsulla həyata keçirilir və xəstələr üçün daha az riskli və daha sürətli sağalma imkanı yaradır.
Həkimin sözlərinə görə, laparoskopik üsul minimal travma ilə icra olunduğu üçün əməliyyatdan sonra xəstənin gündəlik həyata qayıtma müddəti də xeyli qısalır.
Eyni zamanda, öd kisəsi polipləri ilə yanaşı öd daşları da geniş yayılmış patologiyalardandır. Bu daşlar həzm prosesində pozğunluq yarada, sağ qabırğaaltı nahiyədə ağrı, ürəkbulanma və diskomfort hissi ilə özünü göstərə bilər.
Mütəxəssis bildirir ki, bəzi hallarda öd daşları və poliplər eyni pasiyentdə birlikdə müşahidə oluna bilər ki, bu da klinik vəziyyəti daha mürəkkəb edir.
Aynur Hüseynzadə əlavə edir ki, erkən diaqnostika bu xəstəliklərin ağırlaşmasının qarşısının alınmasında əsas faktordur. Vaxtında aparılan ultrasəs müayinəsi və həkim nəzarəti sayəsində həm poliplərin dinamikası izlənilə, həm də lazım olduqda vaxtında cərrahi müdaxilə həyata keçirilə bilər.
Həkimlərin tövsiyəsinə görə, qarın nahiyəsində təkrarlayan ağrılar, həzm pozğunluğu və ya təsadüfi aşkar olunan öd kisəsi dəyişiklikləri ciddi qəbul edilməli və mütləq ixtisaslı cərrah tərəfindən qiymətləndirilməlidir.
Nigar
13:25 / 31 İyul 2026
1
13:12 / 31 İyul 2026
29
13:07 / 31 İyul 2026
33
13:01 / 31 İyul 2026
36
12:55 / 31 İyul 2026
57
12:52 / 31 İyul 2026
51
12:50 / 31 İyul 2026
60
12:47 / 31 İyul 2026
54
12:40 / 31 İyul 2026
61
12:38 / 31 İyul 2026
294
12:20 / 31 İyul 2026
78
12:18 / 31 İyul 2026
231
12:12 / 31 İyul 2026
109
11:59 / 31 İyul 2026
62
11:58 / 31 İyul 2026
151
11:46 / 31 İyul 2026
354
11:45 / 31 İyul 2026
65
11:33 / 31 İyul 2026
750
11:26 / 31 İyul 2026
77
11:24 / 31 İyul 2026
214
11:23 / 31 İyul 2026
72
11:09 / 31 İyul 2026
78
11:04 / 31 İyul 2026
64
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.