ALT və AST göstəriciləri heç də həmişə xəstəliyin ağırlıq dərəcəsi ilə uyğun gəlmir
19 May 2026, 20:38
Qaynar xətt:
(+99450) 247 90 86
TİBB
813
30.11.2025, 20:33
Quşüzümü ilə qodjini bəzən səhv salırlar, onlar xarici görünüşcə biri-birinə bənzəsələr də, fərqli xüsusiyyətlərə malikdirlər.
Çində onu ninsiya itşüzmü, ingilislər isə qodji adlandırırlar. Onu “Tibet zirinci” və digər adlarla tanıyanlar da var.
Ölkə.az xəbər verir ki, cavanlaşdırıcı və arıqladıcı təsirlərinə görə bir çox Hollivud ulduzları və idmançılar öz qida rasionlarında əlavə və tamamlayıcı vasitə kimi ondan istifadə edirlər.
Bəzi pəhrizlərdə onun miqdarının 50 qrama qədər, bəzi pəhrizlərdə isə ondan 1 xörək qaşığından artıq olmaması göstərilir.
Qodji tərkibindəki antioksidantların miqdarına görə bitkilər arasında birinci yerdədir - qaragilə ilə müqayisədə antioksidantların miqdarı 25 faiz, narla müqayisədə 2,5, çiyələklə müqayisədə 10 dəfə çoxdur.
Qodjinin qırmızı rəngdə olan şirəli giləmeyvələrinin ölçüsü 1,5 santimetrdir. Bioloji aktiv maddələrlə zəngin olduğuna görə onları dərən kimi yemək zəhərlənməyə səbəb ola bilər. Turşməzə dadı olan giləmeyvələri toplayıb kölgəlikdə qurutmaq və yalnız bundan sonra istifadə etmək olar.
Qodji dünyada ən qiymətli dərman bitkilərindən hesab edilir. Alimlər onun xərçəng xəstəliyi əleyhinə təsir göstərdiyini aşkar ediblər. Tədqiqat nəticəsində aydın olub ki, uzun müddət müntəzəm şəkildə qodji giləmeyvələrindən istifadə edilməsi xərçəng və Alsheymer xəstəliyinin, həmçinin şəkərli diabetin yaranma ehtimalını azaldır.
Onun giləmeyvələri ürək-damar sisteminə də müsbət təsir göstərir. Geniş təsir spektrinə malik olduğuna görə bitkini bir çox xəstəliklərin müalicəsində tətbiq edirlər.
Ondan mütəmadi istifadə əhval-ruhiyyəni yaxşılaşdırır, depressiyanın qarşısını alır, artıq çəkini azaldır, maddələr mübadiləsini sürətləndirir, qocalma proseslərini ləngidir, yuxunu möhkəmləndirir.
Bundan başqa dərinin vəziyyətini yaxşılaşdırır. Menopauzanın neqativ təsirlərini aradan qaldırır, melatonin səviyyəsini normallaşdırır, orqanizmin gücünü bərpa edir, qanda şəkərin səviyyəsini azaldır. Lakin ilin isti vaxtlarında bitkinin giləmeyvələrindən istifadə etmək olmaz.
Həmçinin, şəkərli diabet, hipertoniya və arıçılıq məhsullarına qarşı allergiyası olanlar ondan istifadə edərkən ehtiyatlı olmalıdırlar. (Qafqazinfo.az)
23:34 / 19 May 2026
5
23:21 / 19 May 2026
58
23:12 / 19 May 2026
33
22:56 / 19 May 2026
83
22:46 / 19 May 2026
101
22:44 / 19 May 2026
181
22:26 / 19 May 2026
60
22:13 / 19 May 2026
61
21:58 / 19 May 2026
425
21:49 / 19 May 2026
60
21:35 / 19 May 2026
75
21:20 / 19 May 2026
67
21:09 / 19 May 2026
124
20:47 / 19 May 2026
79
20:47 / 19 May 2026
60
20:42 / 19 May 2026
69
20:38 / 19 May 2026
61
20:34 / 19 May 2026
63
20:31 / 19 May 2026
54
20:27 / 19 May 2026
119
20:24 / 19 May 2026
161
20:23 / 19 May 2026
120
20:12 / 19 May 2026
71
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.