ALT və AST göstəriciləri heç də həmişə xəstəliyin ağırlıq dərəcəsi ilə uyğun gəlmir
19 May 2026, 20:38
Qaynar xətt:
(+99450) 247 90 86
TİBB
791
28.11.2025, 17:26
Bəzən sahibsiz heyvanların uşaqlara hücumu və travmasının şahidi oluruq.Bunların ən ağırı quduzluqdur.
Bu hallarla qarşılaşan valideynlər ilk olaraq nə etməlidirlər?
Mövzu ilə bağlı Oxu24.com-a danışan pediatr Ülvi Əliyev bir sıra tövsiyələr verib.
Həkimin sözlərinə görə,quduzluq- quduz virusu ilə yoluxmuş heyvanın ağız suyu ilə keçir.Virus ölümcül xəstəlik olan quduz ensefalitinə səbəb olur.
"Məməli heyvanlar atlar,pişiklər,itlər,tülkülər,canavarlar virusu daşıya bilirlər.Əsas rezervuar itlərdir.Necə etmək lazımdır ki, balacalar qorunsunlar.
Tanımadığın heyvana yaxın getmə.
Sahibsiz heyvanları yaxına buraxma.
Əgər heyvan: Yemək yeyirsə,balasını yanındadırsa,yatırsa onu narahat etməyin.
Uşaqlara öyrədin ki,yanımıza gələn itin sizə zərər vurmaması üçün "ağac"pozasında durun.Başınızı əyin,ayağınıza baxın,əllərinizi çarpazlayıb hərəkət etməyin,ürəyinizdə satmağa başlayın.Ta ki it gedənə qədər.
Əgər it artıq hücum edibsə "daş"vəziyyətini alın siz çöküb əllərinizi boynunuza qoruyucu kimi dolayın.
Həkimin dediyinə görə, dişləyən it 10-12 gün qapalı şəraitdə saxlanılır və həmin müddətdə it məhv olduqda onun hücumuna məruz qalan şəxsin müalicəsi 6 ay davam etdirilir. Sözügedən müddətdən sonra dişləyən it yaşamağa davam edirsə, quduzluğa qarşı aparılan 3 peyvənddən sonra müalicə dayandırılır”.
Onun sözlərinə görə, it dişləməsi zamanı, ilk növbədə, təcili tibbi yardıma zəng etmək lazımdır. Qanaxma çox güclü olmadıqda onu dayandırmağa tələsmək lazım deyil, çünki yaraya düşən mikroblu tüpürcək qanla birlikdə oradan kənarlaşır.
“Yaranın axar su altında paltar sabunu ilə yuyulması zamanı quduzluq virusları sabunun qələvi mühitində məhv olur. Yaranı yuyandan sonra sıxıb bağlamaq olmaz, onun üzərinə təmiz tənzif və ya parça qoymaq lazımdır. Ən vacib məsələ isə quduzluq əleyhinə vaksinin həmin gün və gecikdirilmədən vurulmasıdır”, - deyə həkim əlavə edib.
Hazırladı: Nigar
00:59 / 20 May 2026
79
00:41 / 20 May 2026
69
00:00 / 20 May 2026
57
23:34 / 19 May 2026
97
23:21 / 19 May 2026
103
23:12 / 19 May 2026
72
22:56 / 19 May 2026
131
22:46 / 19 May 2026
139
22:44 / 19 May 2026
238
22:26 / 19 May 2026
75
22:13 / 19 May 2026
83
21:58 / 19 May 2026
512
21:49 / 19 May 2026
79
21:35 / 19 May 2026
98
21:20 / 19 May 2026
81
21:09 / 19 May 2026
139
20:47 / 19 May 2026
96
20:47 / 19 May 2026
75
20:42 / 19 May 2026
80
20:38 / 19 May 2026
71
20:34 / 19 May 2026
75
20:31 / 19 May 2026
63
20:27 / 19 May 2026
145
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.