Yuxu iflici nədir və niyə insan yuxudan oyansa da, hərəkət edə bilmir?
13 Noyabr 2026, 21:36
Qaynar xətt:
(+99450) 247 90 86
TİBB
969
26.11.2025, 11:47
Mobil telefondan demək olar ki,hər kəs gündəlik həyatda istifadə edir.Sosial şəbəkə faktorunu da nəzərə alsaq,bəzən saatlarla mobil telefonla vaxt keçirənlər də olur.Bəs,uzun müddət mobil telefona baxmağın sağlamlığımıza hansı zərərləri var?
Mövzu ilə bağlı Oxu24.com-a danışan nevroloq Röyanə Quluzadə bildirib ki,uzun müddət başı aşağı telefona baxmaq sadəcə boyun əzələlərini yormur,həm də onurğa sütununa ciddi ziyan vurur.
Nevroloqun sözlərinə görə,bu vəziyyət "text neck" (telefon boynu) sindromu adlanır və boyun əyriliyinə,baş ağrılarına,çiyin gərginliyinə,hətta sinir sıxılmalarına səbəb ola bilər.
"Əgər siz hər gün,başınız aşağı uzun müddət telefona baxırsınızsa,bilin ki,sizdə onurğada bu problem yarana bilər.Belə ki,uzun müddət başı aşağı vəziyyətdə dayanmaq boyun fəqərələrində sürüşməyə səbəb olar. Bunun tibbdə adı "Spondilolistezis"dir.Bu zaman fəqərələr normal düzülşündən fərqlənir,yerini dəyişir və nəticədə boyun əzələlərində gərginlik yaranır.Əgər,siz də uzun müddət telefona baxırsınızsa,telefonu mümkün qədər gözünüzün qabağında dik tutmaq lazımdır.Həmçinin uzun müddət kompyuterlərə baxan şəxslər xüsusi korsetlərdən istifadə etməlidirlər.Əgər, sizin boynunuzda ağrılar başlayıbsa,boynunuzda əyilmə əmələ gəlibsə,bunun üçün mütəxəssisə müraciət edin.Biz bu boyun əyriliyi və sürüşmələri üçün xüsusi fizioterapiyalar,manual terapiyalar tətbiq etməklə sizin boyunuzdakı sürüşməni aradan qaldıra bilərik.Boyun ağrılarını tam müalicə edə bilərik",-deyə nevroloq bildirib.
Nevroloq Röyanə Quluzadə ilə əlaqə vasitəsi: 051 337 71 73
Röyanə Quluzadə Avropa,Amerika təhsilli nevroloqdur,bu sahədə 20 il iş təcrübəsinə malikdir.
Hazırladı: Nigarxanım
22:05 / 15 Noyabr 2026
288
21:57 / 15 Noyabr 2026
99
21:37 / 15 Noyabr 2026
667
21:07 / 15 Noyabr 2026
735
20:58 / 15 Noyabr 2026
412
20:55 / 15 Noyabr 2026
117
20:44 / 15 Noyabr 2026
259
20:39 / 15 Noyabr 2026
110
20:30 / 15 Noyabr 2026
136
20:09 / 15 Noyabr 2026
370
19:51 / 15 Noyabr 2026
405
19:37 / 15 Noyabr 2026
133
19:17 / 15 Noyabr 2026
141
19:09 / 15 Noyabr 2026
130
18:40 / 15 Noyabr 2026
145
18:05 / 15 Noyabr 2026
155
17:53 / 15 Noyabr 2026
2019
17:43 / 15 Noyabr 2026
794
17:16 / 15 Noyabr 2026
701
17:12 / 15 Noyabr 2026
4196
17:09 / 15 Noyabr 2026
132
15:50 / 15 Noyabr 2026
140
15:25 / 15 Noyabr 2026
177
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.