Sağlam ürək üçün bunları edin!
14 Dekabr 2025, 19:50
Qaynar xətt:
(+99450) 247 90 86
TİBB
613
20.05.2025, 15:50
Qulaq tıxanıqlığı və tutulmaları bir çox insanın üzləşdiyi problemdir. Yüksəkliyə qalxdıqda, təzyiq yüksəldikcə, duş zamanı qulağa su qaçdıqda, qulaq kirinin içəriyə doğru tıxanması nədəniylə qulaq tutulması baş verir. Eləcə də soyuqdəymə və qripdən sonra, frontit və haymorit, orta qulaq iltihabı zamanı da bu hal yaşanır. Əgər sizdə sonuncu ilə bağlı qulaq tutulması olubsa ud hindinin evkalipt ilə olan yağından istifadə edin. Evkalipt çox gözəl antiseptik və antibakterial təsir edir. Biz bura həm də iltihabəleyhinə propolis də əlavə etmişik. Demək olar ki, 90 % xəstələrimdə bu yağı tətbiq etməklə yaxşı nəticə əldə etmişəm.Deməli, uzanıqlı vəziyyətdə həm qulağa, həm də buruna səhər – axşam olmaqla bir neçə damcı bu yağdan tökürsünüz. “Bəs niyə buruna da?” – soruşa bilərsiniz. Qulaqda yevstax borusu var , bu boru orta qulaqla burun- udlağı əlaqələndirir.Yevstax borusunun ən əsas funksiyaları orta qulaq təzyiqini xarici mühit təzyiqi ilə eyniləşdirmək, orta qulaqda yığılan mayelərin boşaldılmasını təmin etmək və orta qulağı burun nahiyəsindən gələn infeksiya və mayelərdən qorumaqdır.Yevstax borusu infeksiya və ya allergiyalar səbəbilə zəifləyə bilir. Məhz buruna da bu yağdan tökdükdə həmin hissəyə nüfuz edir.
Əgər qulaq tutulması keçməzsə sizə belə bir məsləhətim də var: deməli, 1 stəkan qaynamaqda olan suya 1 çay qaşığı qarazirə yağı, 1 çay qaşığı udi hindi tozu, 1 çay qaşığı evkalipt yağı tökürsünüz. Sonra vam odda saxlaylrsınız ki, bucarlanma asta – asta olsun, həm də üzünüzü yandırmasın. Başınıza dəsmal ataraq bu suyun buxarları ilə 10 – 15 dəq tənəffüs edirsiniz. Bunu 20 gün nə hər axşam davam etdirin. Qeyd edim ki, sizdə təzyiq fərqi nəticəsində qulaq tutulması baş veribsə saqqız çeynəməklə bunu aradan qaldıra bilərsiniz.
Həmçinin oxuyun
Əgər tutulma ilə yanaşı 5- 7 günü aşan davamlı qulaq ağrısı, qulaq axıntısı, baş dönməsi, qusma və burun qan sızması kimi müşayiət olunan bir əlamət varsa səbəb (qulaq pərdədinin yırtılması, şiş və s) başqa ola bilər, o zaman mütləq müayinə olunun.
16:59 / 15 Dekabr 2025
6
16:49 / 15 Dekabr 2025
63
16:40 / 15 Dekabr 2025
41
16:26 / 15 Dekabr 2025
35
16:16 / 15 Dekabr 2025
47
15:55 / 15 Dekabr 2025
102
15:45 / 15 Dekabr 2025
355
15:20 / 15 Dekabr 2025
494
15:17 / 15 Dekabr 2025
77
15:00 / 15 Dekabr 2025
389
14:53 / 15 Dekabr 2025
1477
14:48 / 15 Dekabr 2025
61
14:39 / 15 Dekabr 2025
71
14:19 / 15 Dekabr 2025
500
14:13 / 15 Dekabr 2025
257
14:11 / 15 Dekabr 2025
70
13:00 / 15 Dekabr 2025
776
12:42 / 15 Dekabr 2025
1130
12:36 / 15 Dekabr 2025
66
11:45 / 15 Dekabr 2025
130
11:43 / 15 Dekabr 2025
85
11:11 / 15 Dekabr 2025
144
10:38 / 15 Dekabr 2025
276
10:34 / 15 Dekabr 2025
88
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.