Afət Fərmanqızı bu dəfə "Ninne Yarım"ı oxudu - VİDEO
03 Fevral 2026, 23:16
Qaynar xətt:
(+99450) 247 90 86
ŞOU-BİZNES
1535
05.02.2020, 11:52
Bir neçə gündür Penitensiar Xidmətin Müalicə Müəssisəsinin sabiq rəisi Elgiz İsmaylovun tanınmış müğənni Manaf Ağayevi döyməsi ilə bağlı iddialar yayılıb.
Bu barədə feysbuk səhifələrinin birində yayılan məlumatda bildirilir ki, tez-tez Penitensiar Xidmətin Müalicə Müəssisəsində dostu ilə görüşə gedən tanınmış ifaçı müəssisənin əməkdaşları ilə kobud rəftar edib. Bunu bilən Elgiz İsmaylov görüş yerinə gələrək M. Ağayevlə söhbət etmək istəyib. Məhz bundan sonra tərəflər arasında mübahisə yaranıb. Olanları həzm edə bilməyən E. İsmayılov ailəvi görüş otaqlarından birində Manafı döyüb.
Başqa bir məlumata görə isə bu hadisədən möhkəm qəzəblənən Manaf Ağayev dostları vasitəsilə Penitensiar Xidmətin rəisi Ceyhun Həsənovla dil tapıb və ona külli miqdarda pul verərək, Elgiz İsmaylovu Müalicə Müəssisəsinin rəisi vəzifəsindən xaric etdirib.
Yenisabah.az xəbər verir ki, müğənni məsələyə Tarix Əliyevin (Tolik) "Youtube”da yayımlanan "Səmimi” layihəsində təfərrüatı ilə açıqlama verib. Manaf Ağayev yayılan xəbərlərin yalan olduğunu deyib:
"Mən aydınlıq gətirim. Mən burdan Elgiz müəllimə dərin təşəkkürümü bildirirəm. Mən həbsxana rəislərini yaxşı tanıyıram, çünki mən həbsxanaya konsertlərə çox getmişəm. Mən həyatda Elgiz kimi qabiliyyətli, mədəni insan görməmişəm. O bizim qulluğumuzda necə dururdu, camaatı qarşılayırdı. Allah şahiddir ki, mən olanı deyirəm. Bu, boş-boş bəhanələrdir, kimisə gözdən salmaq üçün. Guya mən onu işdən çıxartdırmışam, o boyda polkovniki işdən çıxartdırmışam?
O sadəcə yerini dəyişdi. Onun kimləsə ədavəti var yəqin, məni də atıblar ortaya”.
Həmçinin oxuyun
İfaçı bu məlumatı yayanları məhkəməyə verəcəyini də açıqlayıb:
"Təbii ki, məhkəməyə verəcəyəm. Həmin adama zəng edib soruşurlar ki, "sən bu məlumatı haradan almısan?” deyir mənə "mail”imə atıblar o məlumatı. Sənə atıblarsa, zəng et məndən soruş. Burada mənlik bir şey yoxdur. Eşitdiyimə görə, məlumatı yayanlar "Yatıb-çıxmış” jurnalistlərdəndir. Ona görə onlara pislik etmək istəyir və məni də ortaya atıb. Mən də onları məhkəməyə verəcəyəm, özü də sübut edəcəyəm”.
10:24 / 04 Fevral 2026
1
10:09 / 04 Fevral 2026
23
10:01 / 04 Fevral 2026
29
09:20 / 04 Fevral 2026
40
09:19 / 04 Fevral 2026
136
09:09 / 04 Fevral 2026
55
08:48 / 04 Fevral 2026
129
02:50 / 04 Fevral 2026
276
01:36 / 04 Fevral 2026
191
01:25 / 04 Fevral 2026
214
00:55 / 04 Fevral 2026
120
00:41 / 04 Fevral 2026
116
00:26 / 04 Fevral 2026
231
00:01 / 04 Fevral 2026
160
23:40 / 03 Fevral 2026
1045
23:35 / 03 Fevral 2026
204
23:35 / 03 Fevral 2026
127
23:32 / 03 Fevral 2026
108
23:28 / 03 Fevral 2026
3145
23:22 / 03 Fevral 2026
112
23:16 / 03 Fevral 2026
115
23:12 / 03 Fevral 2026
116
23:06 / 03 Fevral 2026
91
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.