Aygün Bəylərin xatirəsinə həsr olunan gecə: qızı etiraz etdi
22 Oktyabr 2026, 18:27
Qaynar xətt:
(+99450) 247 90 86
ŞOU-BİZNES
596
11.08.2026, 20:40
Dekabr ayında SSRİ və Azərbaycanın Xalq artisti Zeynəb Xanlarovanın 90 yaşı tamam olacaq.
Oxu24.com bildirir ki, Qaynarinfo-nun əldə etdiyi məlumatına görə, sənətkarın 90 illik yubileyi münasibətilə böyük tədbir keçiriləcək. İlkin məlumata görə, yubiley mərasiminin Heydər Əliyev Sarayında keçirilməsi planlaşdırılır.
Mərasimdə dövlət, elm və mədəniyyət xadimlərinin iştirakı gözlənilir.
Qeyd edək ki, SSRİ və Azərbaycanın Xalq artisti Zeynəb Xanlarova 1936-cı il dekabrın 28-də doğulub. Sənətçi , 1956-cı ildə M. Ə. Sabir adına Bakı Pedaqoji Məktəbini, 1961-ci ildə isə Asəf Zeynallı adına Bakı Musiqi Texnikumunu bitirib.
Xalq artisti 1961-ci ildən Opera və Balet Teatrının solisti kimi fəaliyyətə başlayıb. Üzeyir Hacıbəylinin “Leyli və Məcnun” və “Əsli və Kərəm” operalarında Leyli və Əsli obrazlarını yaradıb.
1985–1995-ci illərdə Azərbaycan SSR Ali Sovetinin XI və XII çağırış deputatı, 1995–2020-ci illərdə isə Azərbaycan Respublikası Milli Məclisinin I, II, III, IV və V çağırış deputatı olub.
Xalq artistinin repertuarında muğamlar, təsniflər, Azərbaycan xalq mahnıları, bəstəkar mahnıları və Şərq xalqlarının mahnıları geniş yer tutur.
Zeynəb Xanlarova Azərbaycanın qadın xanəndələri arasında “Çahargah” muğamının ilk ifaçılarından biri hesab olunur.
Onun haqqında “Salam, Zeynəb!” adlı sənədli televiziya filmi çəkilib.
22:05 / 24 Oktyabr 2026
92
21:42 / 24 Oktyabr 2026
505
21:28 / 24 Oktyabr 2026
48
21:12 / 24 Oktyabr 2026
77
21:07 / 24 Oktyabr 2026
73
20:52 / 24 Oktyabr 2026
73
20:34 / 24 Oktyabr 2026
78
20:31 / 24 Oktyabr 2026
585
20:12 / 24 Oktyabr 2026
82
20:05 / 24 Oktyabr 2026
87
19:55 / 24 Oktyabr 2026
81
19:40 / 24 Oktyabr 2026
87
19:09 / 24 Oktyabr 2026
109
18:55 / 24 Oktyabr 2026
85
18:40 / 24 Oktyabr 2026
94
18:27 / 24 Oktyabr 2026
90
18:20 / 24 Oktyabr 2026
280
18:13 / 24 Oktyabr 2026
110
18:07 / 24 Oktyabr 2026
85
18:02 / 24 Oktyabr 2026
634
17:59 / 24 Oktyabr 2026
91
17:59 / 24 Oktyabr 2026
575
17:38 / 24 Oktyabr 2026
2251
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.