Safurə evliliyinin 13-cü ilini belə qeyd etdi - VİDEO
07 İyul 2026, 12:42
Qaynar xətt:
(+99450) 247 90 86
ŞOU-BİZNES
86
07.07.2026, 17:38
“Mənə “qaçqınka” deyib sinfdə alçaldırdı”.
Oxu24.com xəbər verir ki, bunu “Yeni Sabah”a müğənni Xuraman Şuşalı deyib.
O da Ülviyyə Xəlilbəyova kimi məktəb illərində qarşılaşdığı xoşagəlməz hadisəni xatırlayıb. pizza hut
Yeri gəlmişkən, aktrisanın müəllimi barədə paylaşımı birmənalı qarşılanmayıb. Əvvəla, Ü.Xəlilbəyova konkret ad çəkib, hətta hədəfə aldığı müəllimin hansı fəndən dərs dediyini xatırladıb. Üstəlik, onun hansı orta məktəbdə oxuduğu məlum olunduğundan internetdə müəllimin axtarışı başlayıb.
Xuraman Şuşalı da məktəb illərinə dair ağır psixoloji travmadan danışıb.
O bildirib ki, həmin müəlliməni bağışlasa da, üzləşdiyi hal uzun illər yaddaşından silinməyib:
“Müəllim adı hər zaman böyük hörmət daşıyır və müəllimlərin şagirdlərin üzərində böyük haqqı var. Bizə həmişə öyrədiblər ki, müəllim savadlı, örnək insandır. Hətta İslamda da deyilir ki, bir insan sənə bir hərf öyrədibsə, ömrünün sonuna qədər onun haqqı üzərində qalır.
Amma məktəbimizdə direktor müavini vəzifəsini tutan müəllimələrdən biri mənə qarşı ayrı-seçkilik edirdi. Məcburi köçkün olduğumuz üçün mənə münasibəti fərqli idi. Sinifdə hamının yanında mənə “qaçqınka” deyirdi. Lağ edirdi ki, “siz qışda da “basanoşka” geyinib məktəbə gəlirsiniz?!” 6-cı sinifdə oxuyan bir uşağı 30-40 nəfərin qarşısında alçaltmaq müəllim adına yaraşmayan hərəkətdir”.
Xuraman Şuşalı qeyd edib ki, həmin qadın müəllim onu məktəbdən uzaqlaşdırmağa belə çalışıb. Lakin hazırda qarşı kin saxlamır:
“Onu bağışlamışam. Düşünürəm ki, məni incidən insanlar əslində, daha güclü olmağıma səbəb olublar. Bu gün sevilən, insanlara etibar olunan biri olmağımda o çətinliklərin də payı var”.
Müğənni vurğulayıb ki, keçmişdə yaşanan ağrıları geridə qoymaq və həyata şükürlə davam etmək lazımdır. Bununla yanaşı, Xuraman Şuşalı bütün müəllimləri eyni cür qiymətləndirməyin düzgün olmadığını bildirib. O, övladlarının müəllimini nümunə göstərərək, uşaqlarına həm dərs, həm də həyat təcrübəsi aşıladığını deyib
Sənətçi valideynlərin müəllimlərin hər iradəsinə qarşı çıxmasının da doğru olmadığını düşünür:
“Müəllim yeri gələndə uşağa acıqlanmalıdır. Tələbkar olmalıdır. Amma hər şey haqq və ədalət çərçivəsində olmalıdır”.
Xatırlatma: Ülviyyə Xəlilbəyova paylaşımında yazıb: “Yanaqlarım həmişə təbii olaraq qıpqırmızı olurdu. Məktəbin riyaziyyat müəllimi bunu ənlik sanıb dəhlizdə hamının gözü qarşısında saçımı qəddarcasına yoldu və xoşagəlməz ifadələr işlətdi. Digər müəllimlər bunun təbii olduğunu deyəndən sonra da nə üzr istədi, nə də peşmanlıq göstərdi.
Bu hadisədən 20 ildən çox vaxt keçib. Amma İlhamiyyə müəlliməni hələ də nifrətlə xatırlayıram! Unutmadım, unutmaram!”
Ü.Xəlilbəyova Nərimanov rayonundakı T.Həsənov adına 57 saylı tam orta məktəbdə təhsil alıb.
20:01 / 07 İyul 2026
1
19:57 / 07 İyul 2026
37
19:44 / 07 İyul 2026
56
19:22 / 07 İyul 2026
53
18:58 / 07 İyul 2026
67
18:26 / 07 İyul 2026
83
18:11 / 07 İyul 2026
73
17:55 / 07 İyul 2026
86
17:55 / 07 İyul 2026
79
17:40 / 07 İyul 2026
82
17:30 / 07 İyul 2026
87
17:22 / 07 İyul 2026
90
17:18 / 07 İyul 2026
98
17:11 / 07 İyul 2026
87
17:05 / 07 İyul 2026
101
17:04 / 07 İyul 2026
89
16:47 / 07 İyul 2026
96
16:35 / 07 İyul 2026
101
16:19 / 07 İyul 2026
115
16:13 / 07 İyul 2026
94
16:09 / 07 İyul 2026
102
16:01 / 07 İyul 2026
99
15:58 / 07 İyul 2026
111
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.