Aktyorun səhhətində problem yaranıb
12 Noyabr 2026, 18:07
Qaynar xətt:
(+99450) 247 90 86
ŞOU-BİZNES
1826
06.03.2026, 00:45
Xəbər verdiyimiz kimi, bir sıra verilişlərin bağlanmasından sonra bəzi müğənnilərə də efir qadağası qoyulduğu barədə məlumatlar yayılıb. Bildirilir ki, Azərbaycan televiziya məkanında artıq ciddi dəyişikliklər baş verir. Məlumata görə, bundan sonra efirə daha çox sənəti, səsi və efir etikası ilə seçilən şəxslərin dəvət olunacağı iddia edilir. Lakin müğənnilərə konkret olaraq hansı qurum tərəfindən efir qadağası qoyulduğuna dair rəsmi açıqlama verilməyib.
Müğənnilərə qadağanı hansı qurum qoyur? Bu məsələ niyə rəsmən təsdiqlənmir? Ümumiyyətlə, belə qadağalarla bağlı qanunvericilik nə deyir?
Globalinfo.az-a danışan vəkil Fuad Məmmədov bildirib ki, “Media haqqında” Azərbaycan Respublikası Qanununun 1.1.5-ci maddəsinə əsasən, audiovizual media – televiziya və radio yayımının, o cümlədən sifarişli yayım xidmətinin müxtəlif texniki üsul və vasitələrlə audio və (və ya) vizual formada istifadəçiyə təqdim edilməsini həyata keçirən mediadır:
“Qanuna görə, audiovizual yayımçı – televiziya və radio yayımında, o cümlədən sifarişli yayım xidmətində proqramların məzmunu üzərində cavabdehlik daşıyan və bu xidmətin yayımlanma üsuluna qərar verən fiziki və ya hüquqi şəxsdir. Qanunun 43.1-ci maddəsinə uyğun olaraq, Azərbaycanda audiovizual media sahəsində tənzimləməni Audiovizual Şura həyata keçirir”.
F.Məmmədovun sözlərinə görə, qanunun 14-cü maddəsində mediada dərc olunan və (və ya) yayımlanan informasiyaya dair tələblər müəyyən olunub:
“Audiovizual yayımçılar Qanunun 14-cü maddələrində nəzərdə tutulmuş tələblərə – əxlaqdankənar leksik (söyüş) məzmunlu söz və ifadələrdən, jestlərdən istifadəyə, şərəf və ləyaqətin alçaldılmasına, işgüzar nüfuzun ləkələnməsinə, şəxsin ailə və şəxsi həyatına aid sirr olan məlumatların yayılmasına, böhtana, təhqirə və nifrət çıxışlarına yol verməməlidirlər. Audiovizual media sahəsində Qanunun tələblərinin yerinə yetirilməsinə nəzarət etmək Şuranın vəzifələrindəndir”.
Vəkil deyib ki, Qanunun tələblərinin pozulması hallarına audiovizual yayımçılar tərəfindən yol verildikdə, Audiovizual Şura onlara bu barədə tövsiyələr verir, tələblər müəyyənləşdirir və ya icrası məcburi olan qərarlar qəbul edir:
“Bundan sonra hansı verilişin davam etməsi və ya etməməsi, kimlərin verilişə çağırılması və ya çağırılmaması və digər məsələlər barədə qərarı audiovizual yayımçılar özləri qəbul edirlər”.
15:42 / 13 Noyabr 2026
6
15:37 / 13 Noyabr 2026
24
15:30 / 13 Noyabr 2026
34
15:01 / 13 Noyabr 2026
56
14:59 / 13 Noyabr 2026
154
14:50 / 13 Noyabr 2026
79
14:46 / 13 Noyabr 2026
77
14:33 / 13 Noyabr 2026
84
14:24 / 13 Noyabr 2026
426
14:17 / 13 Noyabr 2026
378
14:12 / 13 Noyabr 2026
83
14:05 / 13 Noyabr 2026
151
14:00 / 13 Noyabr 2026
88
13:43 / 13 Noyabr 2026
179
13:41 / 13 Noyabr 2026
88
13:20 / 13 Noyabr 2026
88
13:05 / 13 Noyabr 2026
196
12:57 / 13 Noyabr 2026
138
12:45 / 13 Noyabr 2026
126
12:32 / 13 Noyabr 2026
169
12:20 / 13 Noyabr 2026
112
12:17 / 13 Noyabr 2026
109
12:08 / 13 Noyabr 2026
832
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.