Xalq artistinin müğənni qızı nişanlandı - Video
11 May 2026, 22:59
Qaynar xətt:
(+99450) 247 90 86
ŞOU-BİZNES
1580
01.01.2026, 20:59
Xəbər verdiyimiz kimi, "Kristal Abşeron” MTK-nın icraçı direktoru Məhayət Nəbiyev müğənni Günel Ələkbərovaya, məşhur “Pişik” ləqəbi ilə tanınan sənətçiyə ev hədiyyə etdiyi ilə bağlı iddialar yayılıb.
Oxu24.com xəbər verir ki, "Pişik" Günel İsa Şükürovun verilişində qonaq olan zaman bu iddialarla bağlı ona verilən suala çox maraqlı açıqlama verib.
"Qurban olum gözəl-göyçək qızam da. Camaata binalar hədiyyə edirlər. Mənə indi güya bir ev nədi bəyəm. Sağ olsunlar sənətimə dəyər verirlər. Belədəkiçoxundan yaxşı oxuyuram. Canlı da oxuyuram. Görünüşüm də var. Mənə verilməlidi də hədiyyə.
Oxu24.com “Kristal” şirkətinin Mətbuat Xidmətinə istinadən xəbər verir ki, ümumiyyətlə “Kristal” şirkəti tərəfindən Günel adlı şəxsə hər hansı mənzil və ya digər daşınmaz əmlak nə hədiyyə edilmiş, nə də satılmışdır.
Qeyd edirik ki, adı çəkilən şəxs şirkətimiz tərəfindən inşa edilən Biləcəri layihəsində yerləşən, lakin şirkətimiz tərəfindən əvvəlcədən satılmış bir mənzili birbaşa “Kristal” şirkətindən deyil, həmin mənzilin qanuni sahibindən əldə etmişdir. Bu əməliyyat şirkətimizdən kənar, tamamilə mülki-hüquqi əsaslarla həyata keçirilmişdir.
Bu kimi uydurma və sensasiya xarakterli xəbərlərin yayılması şirkətimizin işgüzar nüfuzuna zərər vurmaqla yanaşı, eyni zamanda Azərbaycanın ailə dəyərlərinə, xalqımızın mədəni-mənəvi irsinə və cəmiyyətimizdə formalaşmış etik normalara ziddir.
“Kristal” şirkəti bu cür qeyri-etik, böhtan xarakterli və ictimai rəyə mənfi təsir göstərən məlumatların yayılmasını qətiyyətlə qınayır və media nümayəndələrini peşə etikası prinsiplərinə, obyektivliyə və məsuliyyətə riayət etməyə çağırır.
Bu kimi məlumatların yayımının dərhal dayandırılmasını, artıq dərc olunmuş materiallara münasibətdə təkzib və müvafiq düzəlişlərin verilməsini tələb edirik. Əks halda, şirkətimiz qanunvericiliklə nəzərdə tutulmuş bütün hüquqi vasitələrdən istifadə etmək hüququnu özündə saxlayır.
20:06 / 15 May 2026
1
19:57 / 15 May 2026
50
19:47 / 15 May 2026
116
19:38 / 15 May 2026
40
19:17 / 15 May 2026
93
19:09 / 15 May 2026
77
19:01 / 15 May 2026
62
18:50 / 15 May 2026
68
18:40 / 15 May 2026
78
18:28 / 15 May 2026
83
18:07 / 15 May 2026
78
18:00 / 15 May 2026
88
17:47 / 15 May 2026
183
17:12 / 15 May 2026
73
17:00 / 15 May 2026
214
17:00 / 15 May 2026
78
16:56 / 15 May 2026
153
16:38 / 15 May 2026
75
16:35 / 15 May 2026
76
16:20 / 15 May 2026
90
16:13 / 15 May 2026
227
16:09 / 15 May 2026
69
15:55 / 15 May 2026
81
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.