5 il əvvəl çıxdığı işə qayıdır?
13 Noyabr 2026, 18:59
Qaynar xətt:
(+99450) 247 90 86
ŞOU-BİZNES
2342
19.12.2025, 11:01
Son günlər mediada ən çox müzakirə olunan müğənnilərdən biri də Əminə Şirindir.
Onun ifa etdiyi "Ölüm haqdır" mahnısının sözlərində "badə" ifadəsi müzakirə olunur.
Bəsi sənət adamları bu ifadənin "badə" yox,"bada" olduğunu bildirir.
Bəs,son günlərin ən çox müzakirə olunan müğənnisi Əminə Şirin kimdir?
Oxu24.com xəbər verir ki,Əminə Şirin qızı Kərimova (Amina Şirin) 1987-ci il oktyabrın 24-də Bakı şəhərində anadan olub.
Atası Bakının Digah kəndi və Siyəzən rayonunun Yenikənd dağlılarındandır.
14 yaşından musiqi ilə məşğul olan Əminə 2005-2009 illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində müğənnilik ixtisası üzrə ali təhsil alıb.
O, ilk dəfə 2002-ci ildə tanınmış sənətkar Vaqif Gərayzadənin “W-trio” qrupunda, 2004-cü ildə isə “Aypara” qrupunda fəaliyyət göstərib. 2008-ci ildən isə solo fəaliyyətə başlayıb.
Özünəməxsus ifa tərzi, səs tembri olan Əminə "Yenə gəldi Yaz ayları" (Röya Ayxanla duet), "Mən bu dünyada ədalət görmədim", "Gələrsən", "Ölüm haqdır" adlı bir neçə hit mahnıların ifaçısıdır.
"Dua" adlı şer və qəzəllərindən ibarət kitabın müəllifidir.
Bir övladı var.
Əminə Şirinin şəxsi həyatı da maraqlıdır. O,sabiq prokuror Rəşid Həsənovun gəlini olub.Rəşid Həsənov Xəzər rayonunun prokuror vəzifəsində çalışıb. O, 1998-2000-ci illərdə Azərbaycanın Ədliyyə naziri, 2005-2021-ci illərdə Konstitusiya Məhkəməsinin hakimi olmuş Südabə Həsənovanın qardaşıdır.
Onun oğlu Yalçın Həsənov müğənni Əminə Şirinlə ailə həyatı qurub. Məlumatlı şəxsin verdiyi xəbərə görə,onların evlilik dönəmi Yalçın Həsənovun həbsdə olduğu vaxta təsadüf edib.Yalçın Həsənov Xalq artisti İlhamə Quliyevanın oğlu Orxan Nadirov və başqaları ilə birlikdə törətdikləri cinayətə görə 2010-cu ildə həbs olunmuşdu. Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hökmü ilə Yalçın Həsənov 8 il müddətinə azadlıqdan məhrum olunmuşdu.Y.Həsənov həbsxanadan çıxdıqdan sonra xəstəlikdən dünyasını dəyişib.
Müğənni özü həyat yoldaşı ilə bağlı mətbuatda bir müddət öncə də danışıb.
Müğənni bildirib ki, gizlədəsi bir şeyi yoxdur, onlar ailəli olublar:
"Qızım (atası Yalçın Həsənov - red.) Rəşid Həsənovun nəvəsidir. Məni qınayanlar düşünsün ki, 23 yaşında qız o zindanın divarları arasında hər ay 6 gün orada həyat yoldaşı ilə qalırdı. Mənim toyum da orada olub, gəlinlik paltarında. Ona görə də kimsə mənə eşq öyrətməsin. Eşq əslində bilməyənlərin danışdığı, bilənlərin susduğu mövzudur".
Əminə qeyd edib ki, onların izdivacı 13 il əvvəl başa çatıb:
"Allah rəhmət eləsin, mən eşidəndə ki, xəstədir, özüm zəng etdim. Özü də dedi ki, bir bu zəngi gözləyirdim, inanmırdım yığarsan".
Qeyd edək ki, Əminə Şirin müğənni Kazımcanla da ailəli olub.Bu nikahdan onun övladı olsa da,onu tez itirib.Müğənni hazırda subaydır.
Hazırladı: Nigarxanım
12:55 / 15 Noyabr 2026
357
12:36 / 15 Noyabr 2026
184
12:28 / 15 Noyabr 2026
84
12:11 / 15 Noyabr 2026
92
11:52 / 15 Noyabr 2026
136
11:43 / 15 Noyabr 2026
86
11:29 / 15 Noyabr 2026
103
11:20 / 15 Noyabr 2026
97
11:20 / 15 Noyabr 2026
104
11:10 / 15 Noyabr 2026
98
11:07 / 15 Noyabr 2026
584
10:50 / 15 Noyabr 2026
106
10:25 / 15 Noyabr 2026
258
10:21 / 15 Noyabr 2026
106
10:18 / 15 Noyabr 2026
101
10:12 / 15 Noyabr 2026
133
09:35 / 15 Noyabr 2026
502
07:35 / 15 Noyabr 2026
209
05:50 / 15 Noyabr 2026
154
01:35 / 15 Noyabr 2026
167
01:10 / 15 Noyabr 2026
184
23:59 / 14 Noyabr 2026
376
23:51 / 14 Noyabr 2026
201
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.