Azərbaycana təkcə bu ölkə SƏS VERİB - FOTO
17 May 2026, 10:20
Qaynar xətt:
(+99450) 247 90 86
ŞOU-BİZNES
2878
16.12.2025, 23:40
Son illər çıxışları və atdığı addımlarla gündəmə gələn müğənni Nura(Aynurə) Suri kimdir?
Nura Suri 1976-cı il aprelin 15-də Bakı şəhərində hərbçi ailəsində dünyaya göz açıb.
Müğənninin valideynlərinin hər ikisi — atası və anası Qarabağ Müharibəsi veteranlarıdır. Nura Suri ali təhsillidir.
1991-ci ildə məşhur "İmkan" qrupunda fəaliyyət göstərib.
Şou-biznesə isə 2004-cü ildə möhtəşəm qayıdışı ilə yadda qalıb.
Belə ki, Nura İsa Məlikovun "Yol" kompozisiyası ilə şou aləmdə səs yaratdı.
Bu uğur Nurada inamı çoxalda bilir və o, həmin mahnıya Kənan M.M-in rejissorluğu ilə klip çəkdirir.
Müğənninin uğurunu amerikalı reper Brendonla olan duet mahnıları - "Əlini çək" bir qədər də gücləndirdi.
Müğənni bu layihəsinə görə bir neçə mükafata – "Qrand" və "İlin Mahnısı"na layiq görülüb.
Nura ikinci klipini "Sevgilim"ə çəkdirib. "Sevgilim"in rejissorluğu Elxan Cəfərova məxsusdur.
Zövq və gözəllik müğənninin yaradıcılıq yolunda az rol oynamayıb – o, nüfuzlu sayılan "BREEZ" kompaniyasının reklam siması seçilib.
Daha sonralar müğənni maraqlı təkliflər alır. O, tamaşaçı qarşısına yeni ampluada – aparıcı kimi çıxır.
Müğənni altı ay ərzində həftədə 5 dəfə Lider telekanalında veriliş aparıcısı kimi çıxış edib.
Nura Suri eyni zamanda FBİ kompaniyasının və "Krem 21"in siması olub.
Müğənninin vətənpərvərlik mövzusunda çəkdirdiyi "Vətənim" klipi də çox böyük müzakirələrə səbəb oldu.
Xanım İsmayılqızının musiqisinə çəkilən klipdə Nuranın klip boyu görünməməsi bir çoxları üçün gözlənilməz oldu.
2009-cu ildə Nura Suri "Sanki gecə idi" adlı ilk albomunu buraxdı.
Paralel olaraq müğənni "Səndən öyrəndim" mahnısına klip çəkdirib. Fuad Əlişovun çəkdiyi bu klip il ərzində maraqla qarşılandı, yüksək şəkildə qiymətləndirildi.
Bir çoxları bu klipi 2009-cu ilin ən maraqlı və keyfiyyətli klipi kimi dəyərləndirdi. Nura Suri özü mahnı da yazır. Müğənni Eltonun ifasında oxunan "Dəli" mahnısının müəllifidir.
3 oğul anasıdı – Xosrov, Möhsen və David. Nura Suri ilk albomunu məhz oğullarına həsr edib.
Onun həyat yoldaşlarından yalnız ikisinin adı ictimaiyyətə məlumdur: Əlirza Suri və Tamerlan. Müğənni çıxışlarında həyat yoldaşlarının tanınmış iş adamları olduğunu söyləyib.
Cəsarətli fotosessiyaları, paylaşımları, qalmaqalları ilə daimi gündəmdə qalmağı bacaran sənətçinin hazırda 49 yaşı var.

Hazırladı: Nigarxanım
02:40 / 18 May 2026
14
02:18 / 18 May 2026
61
02:05 / 18 May 2026
90
01:43 / 18 May 2026
85
01:36 / 18 May 2026
179
01:33 / 18 May 2026
47
01:19 / 18 May 2026
109
01:17 / 18 May 2026
51
01:14 / 18 May 2026
51
19:32 / 17 May 2026
101
19:27 / 17 May 2026
128
19:12 / 17 May 2026
1926
19:02 / 17 May 2026
96
19:00 / 17 May 2026
96
18:43 / 17 May 2026
512
18:41 / 17 May 2026
93
18:39 / 17 May 2026
91
18:37 / 17 May 2026
93
18:35 / 17 May 2026
112
17:32 / 17 May 2026
232
17:28 / 17 May 2026
99
17:27 / 17 May 2026
98
17:25 / 17 May 2026
106
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.