Aygün Kazımovanın geyimi ilə bağlı ŞOK AÇIQLAMA: 120 saata hazırlanıb...
25 İyul 2025, 14:30
Qaynar xətt:
(+99450) 247 90 86Hava limanında nə baş verib? - Bloqerə rəsmi cavab
ŞOU-BİZNES
413
22.05.2025, 17:49
Dövlət Gömrük Komitəsi “iconmekh” kimi tanınan bloqer Mehin Oktaylının qurumla bağlı səsləndirdiyi ittihamlara münasibət bildirib.
Oxu24.com xəbər verir ki, açıqlamada deyilir:
“Xanım bloqer instaqram sosial şəbəkəsindəki “iconmekh” adlı səhifəsində hava limanında xidmət aparan gömrük əməkdaşları tərəfindən onun anasına qarşı kobud davrandıqlarını, qeyri-qanuni hərəkətlərə yol verdiklərini iddia edərək gömrük orqanının və onun vəzifəli şəxslərinin ünvanına təhqir, şəxsiyyəti alçaldan, böhtan xarakterli məlumatlar yayımlayıb.
O, anasına məxsus çamadanın zorla əlindən alındığını, gömrük əməkdaşlarının qeyri-etik hərəkətlərə yol verdiklərini iddia edib. Məlumat dərhal araşdırılıb, iddiaların əsassız və həqiqətə uyğun olmadığı müəyyənləşdirilib.
Belə ki, cari ilin may ayının 17-də İstanbuldan Bakıya gələn bloqerin anası və onunla birlikdə gömrük zonasına daxil olan eyni reysin iki xanım sərnişini “Yaşıl kanal” buraxılış sistemi vasitəsilə gömrük zonasını tərk etmək istəyərkən gömrük əməkdaşları tərəfindən “Qırmızı kanal” buraxılış sisteminə yönləndiriliblər. Stasionar rentgen qurğusunda keçirilən gömrük baxışının nəticələrinə uyğun olaraq həmin şəxslərə məxsus çamadanlarda gömrük yoxlaması aparılıb. Yoxlama zamanı çamadanlarda şəxsi istifadədən artıq sayda malların mövcudluğu müəyyən edilib, vətəndaşlara həmin malların gömrük rəsmiləşdirilməsinə cəlb olunacağı bildirilib və bu məqsədlə gömrük nəzarətində altında saxlanılıb”.
Həmçinin oxuyun
Komitənin araşdırma nəticələrinə görə, xanım bloqer gömrük əməkdaşlarının kobud davrandığını iddia etsə də araşdırma nəticəsində məlum olub ki, gömrük əməkdaşları nəzakətli qaydada davranıb, hətta çamadanın gömrük yoxlamasına təqdim edilməsinə yardım göstəriblər: “Qeyd olunan malların gömrük rəsmiləşdirilməsinə cəlb edilməsi barədə məlumat verildiyi zaman isə vətəndaşlar bununla razılaşmayıb, gömrük əməkdaşları ilə yüksək səs tonunda danışıb, onların qanuni fəaliyyətini yerinə yetirməsinə mane olmağa cəhd göstəriblər.
Daha sonra, 21 may tarixində bloqer və anası Hava Nəqliyyatında Baş Gömrük İdarəsinə dəvət olunub, onlara bu barədə ətraflı məlumat verilib. Dövlət Gömrük Komitəsi bir daha vətəndaşları gömrük sərhədini keçərkən diqqətli olmağa, gömrük qaydalarına, gömrük əməkdaşlarının qanuni tələblərinə əməl etməyə çağırır”.
Qeyd edək ki, M.Oktaylı Dövlət Gömrük Komitəsinin fəaliyyətindən narazılıq edərək anasının içində sadəcə özünə, qızına və nəvəsinə aldığı geyimlərin olduğu çamadanının əlindən alındığını bildirib. Onun sözlərinə görə, prosedur zamanı işçilər kobud rəftar ediblər. Bloqer iddia edib ki, hadisədən 2 gün keçəndən sonra hava limanına getməyinə baxmayaraq, çamadan qaytarılmayıb.
08:34 / 27 İyul 2025
Kəmaləddin Heydərov ona vəzifə verdi
3
07:46 / 27 İyul 2025
Məzuniyyətə gələn əsgər faciə yaşadı
31
07:26 / 27 İyul 2025
Dənizdə zəlzələ oldu
270
23:19 / 26 İyul 2025
Əlcəzairdən Fransaya sərt cavab - bu imtiyazdan məhrum etdi
83
22:24 / 26 İyul 2025
Gecə saatlarında dəhşət: Ölənlər var
806
22:13 / 26 İyul 2025
Ömür boyu ehtiyac içində yaşadı,yaxınlarının dediyi kimi içki "evini yıxdı"... Eldəniz Zeynalovun həyat hekayəti
103
21:51 / 26 İyul 2025
Ağır qəza baş verib: Yaralılar var
551
21:42 / 26 İyul 2025
Tailand-Kamboca müharibəsindən maraqlı görüntülər - Silahlı fillər sərhədə yerləşdirilib - FOTO
79
21:26 / 26 İyul 2025
Bayat çörəyi torpağa basdırın - Səbəbi
105
21:13 / 26 İyul 2025
Lazer epilyasiyası etdirənlərin NƏZƏRİNƏ - Xərçəng yaradır?
168
21:10 / 26 İyul 2025
İQ testi: Dünya bunu həll edir +DOĞRU CAVAB
219
21:04 / 26 İyul 2025
Ağdam və Füzuli rayonlarında baş vermiş yanğın tam söndürülüb
69
20:56 / 26 İyul 2025
Həbsdən çıxandan sonra vəfat edən Fuad Cam kim idi? - Çirkli pulların yuyulması, Rza Zərrab işi, kisədəki milyonlar - DOSYE
290
20:42 / 26 İyul 2025
Rusiyada qəzaya uğramış "An-24" təyyarəsinin qara qutusu açıldı
68
20:39 / 26 İyul 2025
Bu rayonda əməliyyat: Tutulanlar var
808
19:43 / 26 İyul 2025
Saçları tez-tez ağaranlar üçün VACİB MƏLUMAT! - Bu,resepti istifadə edin və xilas olun...
300
19:26 / 26 İyul 2025
Bakıda torpaq iyunda kəskin bahalaşıb
200
18:50 / 26 İyul 2025
Qarpızda ən böyük təhlükə: Bunu etmədən yeməyin!
1022
18:42 / 26 İyul 2025
“Oba market”in kassiri 50 qəpiyə görə öldürülübmüş...
112
18:32 / 26 İyul 2025
Vətəndaşlara ÇAĞIRIŞ
70
18:07 / 26 İyul 2025
Kanaldan meyiti tapılan şəxs kimdir?
443
17:33 / 26 İyul 2025
Şans qapını döyəcək — İyulun son günləri bu bürcləri sevindirəcək
972
17:11 / 26 İyul 2025
ƏHALİYƏ XƏBƏRDARLIQ: İyulun 27-28-də...
275
16:54 / 26 İyul 2025
Azərbaycanda ifşa olunan Rusiya şəbəkəsinin üzvləri – SENSASİON ADLAR
385
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.