Musiqidə zövq böhranına 7 əfsanə ilə cavab: Yaqut Xəlilzadədən iddialı layihə
21 Noyabr 2026, 11:16
Qaynar xətt:
(+99450) 247 90 86
ŞOU-BİZNES
690
03.12.2024, 23:29
21:55
-----------
16:54
Xalq artisti Ağadadaş Ağayevin ittiham olunduğu cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.
OXU24.COM bildirir ki, bu gün Binəqədi rayon Məhkəməsində hakim Vüsal Tağıyevin sədrliyi ilə keçirilən prosesdə Xalq artisti sərbəst ifadə verib. Bildirib ki, həmin gün qəza keçirib və sözügedən hospitalda əməliyyat olunub: "Əməliyyatda qulağıma tikiş qoyuldu. Sonra məni evə buraxdılar. Səhər saat 7-də ağrılarım başladı. Eyvana çıxdım, qiyabi şəkildə tanıdığım hospitalın mühafizəçisinə vəziyyətimin ağır olduğunu dedim və içəridən həkim çağırmağı xahiş etdim. O isə mənə "sən kimsən ki, mənə əmr edirsən" deyərək təhqir etdi. Qapıma kimi gəldi. Onu oradan uzaqlaşdırdılar. Yenidən qapıma gəldi və "kişisənsə, aşağı düş" deyərək təhqiramiz ifadələr işlətdi. Mən aşağı düşdüm, özümü müdafiə məqsədi ilə həyat-bacada işlədilən həmin aləti götürdüm. Əgər onu vurmaq istəsəydim, qapımda vurardım. Bunun hüquqi cəhətdən fərqini bilirəm. Onu qorxutmaq və uzaqlaşdırmaq istədim. Mühafizəçi hətta o alətlə mənim üstümə gəlməyə cəhd etmək istəyib. Lakin yerdən götürüb uzaqlaşdırdılar. Sonra o mənə dəyənəklə hücum etdi. Qaşımdan və tikiş qoyulmuş qulağımın üstünə vurdu. Mən yıxıldım. Yıxılandan sonra da məni vurmağa davam etdi".
Daha sonra A.Ağayev dövlət ittihamçısının suallarını cavablandırıb. Bildirib ki, balta zərərçəkənə dəyəndə görməyib, bu epizodu yanlız videoda izləyib.
Daha sonra A. Ağayev zərərçəkənlərin suallarını cavablandırıb və onların dediklərini məntiqsiz adlandırıb.
Zərərçəkənlərin nümayəndələri isə bununla bağlı məhkəməyə etiraz edib. Hakim Xalq artistinə xəbərdarlıq edib.
Zərərçəkən şəxsin hüquqi nümayəndəsi Ağadadaş Ağayevin indiki ifadəsi ilə istintaqa verdiyi ifadə arasında ziddiyyət olduğunu və ilkin ifadənin elan olunması ilə bağlı vəsatət verib.
Dövlət ittihamçısı vəsatəti əsaslı sayıb və təmin olunmasını istəyib. Vəsatət təmin olunub və ifadə elan edilib.
Məhkəmə dekabrın 17-də davam etdiriləcək.
Qeyd edək ki, iş üzrə zərərçəkən kimi "Medera" hospitalın xadiməsi Nəzakət Paşayeva və mühafizəçi Nurəddin Cəlilov tanınıb.
A.Ağayev Cinayət Məcəlləsinin 221.3-cü maddəsi (Xuliqanlıq, silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədildikdə) üzrə təqsirli bilinir.
Hadisə bu il iyulun 23-də Binəqədi rayonu ərazisində baş verib. Xalq artisti Ağadadaş Ağayevlə "Medera Hospital"ın mühafizəçisi Nurəddin Cəlilov arasında insident baş verib. Ağadadaş Ağayev mübahisə etdiyi mühafizəçiyə balta atıb, balta klinikada çalışan N. Paşayevaya dəyərək xəsarət yetirib. Mühafizəçi isə Xalq artistini döyüb.
Faktla bağlı cinayət işi başlanıb. A.Ağayev və Nurəddin Cəlilov cinayət məsuliyyətinə cəlb edilib. Sonradan N.Cəlilovun işi ayrıca icraata verilib.
Xalq artisti Ağadadaş Ağayev isə "Medera Hospital"a qarşı mülki iddia qaldırıb.
İşə Binəqədi Rayon Məhkəməsində baxılır. A.Ağayev "Medera Hospital"dan mənəvi zərərin ödənilməsini tələb edir. Öz növbəsində, "Medera Hospital"ın rəhbəri Qaraxan Əliyev də Ağadadaş Ağayevə qarşı iddia qaldırıb.
20:09 / 21 Noyabr 2026
73
19:14 / 21 Noyabr 2026
375
19:12 / 21 Noyabr 2026
81
18:41 / 21 Noyabr 2026
97
18:29 / 21 Noyabr 2026
100
18:19 / 21 Noyabr 2026
108
18:18 / 21 Noyabr 2026
117
17:54 / 21 Noyabr 2026
199
17:43 / 21 Noyabr 2026
1832
17:30 / 21 Noyabr 2026
143
17:17 / 21 Noyabr 2026
118
17:16 / 21 Noyabr 2026
155
17:08 / 21 Noyabr 2026
156
16:45 / 21 Noyabr 2026
120
16:39 / 21 Noyabr 2026
147
16:26 / 21 Noyabr 2026
288
16:20 / 21 Noyabr 2026
144
16:05 / 21 Noyabr 2026
125
16:00 / 21 Noyabr 2026
176
15:49 / 21 Noyabr 2026
173
15:48 / 21 Noyabr 2026
123
15:36 / 21 Noyabr 2026
157
15:35 / 21 Noyabr 2026
127
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.