Musiqidə zövq böhranına 7 əfsanə ilə cavab: Yaqut Xəlilzadədən iddialı layihə
21 Noyabr 2026, 11:16
Qaynar xətt:
(+99450) 247 90 86
ŞOU-BİZNES
350
25.10.2024, 12:39
Türkiyənin məşhur müğənnisi Rafet El Roman sevgi münasibətləri ilə bağlı səmimi açıqlamalar verib.
Oxu24.com “Miliyet”ə istinadən xəbər verir ki, 56 yaşlı ifaçı şorgöz olması ilə bağlı səsləndirilən fikirlərə də aydınlıq gətirib.
İki qızı və bir oğlu olan müğənni aliment problemi olmadığını bildirib: “Onsuz da övladlarımın analarına da mən sevərək baxıram, ehtiyaclarını qarşılayıram. Bunu onlar da inkar etməz. Haradasa bilmədiyim övladım var, ya yoxdur, bilmirəm. Amma belə bir şey olsa, onu da mütləq himayəmə götürərəm.
Mən təhlükəli idmanları və adrenalini sevmirəm, məni cəlb etmir. Mənim ən böyük həyəcanım əks cinsə heyranlığım və sevgimdir. Gənc qızlar daha mənə baxmırlar, deyəsən, qocalıram. Hazırda heç kimlə sevgi münasibətim yoxdur. Qadından qadına qaçmaq çox yorucudur, amma yaxşı həyat yoldaşınız varsa, çox gözəl vaxt keçirəcək və həyatdan zövq alacaqsınız”.

İki dəfə evlənən və yenidən ailə həyatı qurmaq istədiyini dilə gətirən Rafet son zamanlarda toy edən məşhur cütlüklərin münasibətinin inandırıcı olmadığını deyib: “Evliliyə qarşı deyiləm, yenidən evlənəcəyəm. Evlənən evlənənədir... Sanki bir az göstəriş üçün evlənirlər. Evliliklərin davam etməməsi təkcə məşhurların dünyası ilə bağlı deyil. Bu, yaşam tərzi ilə əlaqəlidir. Keçmişdə bizim ata-analarımız belə deyildi. Ədəb hissi var idi. O yoxa çıxandan sonra hər sahədə boşluq yarandı”.
Xatırladaq ki, Rafet El Roman 1996-cı ildə Tuğba Altıntopla ailə həyatı qurub. Onların bu evlilikdən Su Elnur (24 yaş) və Şevval Su (21 yaş) adlı iki qızı dünyaya gəlib. Cütlük 2003-cü ildə boşanıb.
2010-cu ildə isə sevgilisi Yeşim Eryıldırımdan Edvan adında bir oğlu dünyaya gəlib. Sənətçi Yeşimdən ayrıldıqdan sonra, 2014-cü ildə Ceren Kaplakarslan ailə həyatı qurub, lakin bu evliliyi də qısa çəkib. Cütlük 2017-ci ildə boşanıb.
Müğənni son olaraq özündən 24 yaş kiçik Yasemin Gergeçlə eşq yaşayırdı.
16:38 / 22 Noyabr 2026
101
16:29 / 22 Noyabr 2026
93
16:18 / 22 Noyabr 2026
920
16:00 / 22 Noyabr 2026
147
14:27 / 22 Noyabr 2026
131
14:11 / 22 Noyabr 2026
158
13:47 / 22 Noyabr 2026
398
13:20 / 22 Noyabr 2026
137
12:51 / 22 Noyabr 2026
162
12:30 / 22 Noyabr 2026
338
12:17 / 22 Noyabr 2026
1474
11:38 / 22 Noyabr 2026
1755
11:12 / 22 Noyabr 2026
278
10:51 / 22 Noyabr 2026
831
10:47 / 22 Noyabr 2026
270
10:38 / 22 Noyabr 2026
176
10:16 / 22 Noyabr 2026
1032
09:15 / 22 Noyabr 2026
1144
08:56 / 22 Noyabr 2026
456
01:34 / 22 Noyabr 2026
238
01:33 / 22 Noyabr 2026
248
23:53 / 21 Noyabr 2026
1139
23:41 / 21 Noyabr 2026
383
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.