Qaynar xətt:

(+99450) 247 90 86

Afət Flora Kərimovanı oğlunun toyuna çağırdı - VİDEO

Afət Flora Kərimovanı oğlunun toyuna çağırdı - VİDEO

ŞOU-BİZNES

406

25.09.2024, 15:58

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Müğənni Afət Fərmanqızı qalmaqal yaşadığı Xalq artisti Flora Kərimovanı oğlunun toyuna dəvət edib. 

Oxu24.com xəbər verir ki, sənətçi bu haqda "Elgizlə izlə" verilişində danışıb. O bildirib ki, toy oktyabrın 7-də olacaq:

"Gəlin şənlənək. Şad olaram ki, Flora Kərimovanı oğlumun toyunda görüm, əllərindən öpüm. Hüquq müstəvisində hər şey öz həllini tapıb. Bunu başqa yerlərə yozmasınlar. İstəmərəm sənətkarla aramızda küsülülük qalsın. 5 il əvvəl başqa yaşda idim, indi başqa".

Qeyd edək ki, Xalq artisti Flora Kərimova müğənni Afət Fərmanqızını onu təhqir etdiyi üçün Cinayət Məcəlləsinin 147-ci (böhtan) və 148-ci (təhqir) maddələri ilə ittiham olunmasını tələb edib. Xüsusi ittiham qaydasında Binəqədi Rayon Məhkəməsinə müraciət olunub.