Ankarada səfirliyimiz qarşısında aksiya keçirildi
14 Oktyabr 2026, 00:30
Qaynar xətt:
(+99450) 247 90 86
SON DƏQİQƏ
1214
05.02.2024, 13:20
Azərbaycan MMA və Qrapplinq Federasiyasının baş məşqçisi Ruslan Əfəndiyev və tələbələri Tofiq Musayev, Xəzər Rüstəmov, Vüqar Kərəmov, Mehman Məmmədov və Rüfət Əsədov tərəfindən döyülən veteran idmançı Həsən Əzizov barışıq ərizəsi yazıb.
Oxu24.com Bakupost.az-a istinadən xəbər verir ki, təqsirləndirilən şəxslər Həsən Əzizovun üzvü olduğu Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporuna müraciət ediblər. Təşkilat rəhbərliyinin məsələyə müdaxiləsindən sonra tərəflər arasında barışıq əldə olunub.
Məsələ ilə bağlı danışan Tofiq Musayev aralarında böyük problem olmadığını bildirib: “Həsən Əzizovun müsahibəsindən sonra məsələ böyüdü. Bizi özümüz də valideynik və orada yaranan mübahisə uşağın yanında olmayıb. Çünki elə tərbiyə almamışıq ki, hansısa uşağın yanında valideyninə əl ataq, dava edək. Sadəcə bizim idman növü kənardan sərt görünür və cəmiyyət buna fərqli yanaşır. Aramızda olan anlaşılmazlıqdan yaranan problem olub və hazırda məsələ həll olunub, barışıq əldə etmişik”.
Qeyd edək ki, idmançılar arasında dava bir neçə ay əvvəl Dəniz Mall-da baş verib. Həsən Əzizov “Rizin” Döyüş Federasiyasının paytaxtda təşkil etdiyi turnirlə bağlı şou mərasimi zamanı döyülüb. Mərasimə 4 yaşlı uşağı ilə qatılan idmançı MMA və Qrapplinq Federasiyasının baş məşqçisi Ruslan Əfəndiyev və tələbələri Tofiq Musayev, Xəzər Rüstəmov, Vüqar Kərəmov, Mehman Məmmədov və Rüfət Əsədovun hücumuna məruz qalıb. Onlar döydükdən sonra onu paltardəyişmə otağına apararaq idman karyerasını sonlandırmaq üçün şəxsiyyətini alçatmaq istəyiblər. Buna səbəb Həsən Əzizovun idman yarışına xaricdən idmançı dəvət etməsi olub. Onlar qrup halında köməksiz vəziyyətdə H.Əzizovdan bu sahədən çəkilməsini tələb ediblər, əks təqdirdə onu daha ağır hadisələrin gözlədiyi barədə xəbərdarlıq ediblər.
18:35 / 28 Noyabr 2026
32
18:30 / 28 Noyabr 2026
41
18:16 / 28 Noyabr 2026
67
17:43 / 28 Noyabr 2026
83
16:40 / 28 Noyabr 2026
136
16:35 / 28 Noyabr 2026
115
16:07 / 28 Noyabr 2026
122
15:49 / 28 Noyabr 2026
496
15:41 / 28 Noyabr 2026
199
15:07 / 28 Noyabr 2026
204
14:55 / 28 Noyabr 2026
152
14:38 / 28 Noyabr 2026
286
14:09 / 28 Noyabr 2026
183
13:52 / 28 Noyabr 2026
800
13:22 / 28 Noyabr 2026
1193
13:02 / 28 Noyabr 2026
275
12:56 / 28 Noyabr 2026
179
12:43 / 28 Noyabr 2026
488
12:12 / 28 Noyabr 2026
1643
12:05 / 28 Noyabr 2026
198
11:50 / 28 Noyabr 2026
214
11:21 / 28 Noyabr 2026
206
11:13 / 28 Noyabr 2026
190
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.