Qaynar xətt:

(+99450) 247 90 86

"Qarabağ uğrunda canımdan keçməyə hazıram" – Türk səfirdən göz yaşardan sözlər

2018-10/1539760039_kilic.jpg

SİYASƏT

2035

17.10.2018, 11:06

\"\" “Ermənistan-Türkiyə sərhədi Azərbaycana görə bağlanıb”
Oxu24.com  “Report”-a istinadən xəbər verir ki, bunu Türkiyənin Azərbaycandakı sabiq səfiri Hülusi Kılıç Tokat şəhərində ADR-in yaranmasının 100 illiyi münasibəti ilə keçirilən kitab sərgisinin açılışında çıxışı zamanı deyib. Azərbaycanı Respublika günü münasibəti ilə təbrik edən sabiq səfir, çıxışı zamanı Dağlıq Qarabağ münaqişəsinə də toxunub: “Ermənistan-Türkiyə sərhədini biz Azərbaycana görə bağlamışıq. Dünyada ikinci belə bir ölkə yoxdur ki, digər dövlətə görə öz sərhədini bağlasın. Bu, Türkiyə və Azərbaycanın bir-birinə nə dərəcədə yaxın olmasının sübutudur”. 2008-2012-ci illərdə Türkiyənin Azərbaycandakı səfiri olmuş Hülusi Kılıç həmçinin həmişə Azərbaycanın maraqlarının müdafiəsində durmağa və Qarabağa görə canından keçməyə hazır olduğunu bildirib. Bundan əvvəl ABŞ-ın İrəvandakı səfiri Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal olunduğunu etiraf etmişdi.