13 min quş məhv ediləcək
15 Noyabr 2026, 11:43
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
3144
22.12.2025, 14:43
Oxu24.com ölkəmiz haqqında maraqlı faktları təqdim etməkdə davam edir.
Bu dəfə təqdim edəcəyimiz mövzu Azərbaycanın rayonları ilə bağlıdır.
Ərazisinə görə Azərbaycanın ən kiçik rayonu hansıdır?
Oxu24.com Dövlət Statistika Komitəsinin istinadən xəbər verir ki, Tərtər rayonunun ərazisi 109 kvadrat kilometrdir.
Bu inzibati ərazi vahidi ilə Tərtər Azərbaycanın ən kiçik rayonudur.
Tərtər rayonu Qarabağ düzündə, Tərtər çayının sahilində yerləşir. Rayonun ərazisi Ağdam, Ağdərə, Goranboy, Yevlax və Bərdə rayonları ilə həmsərhəddir.
Prezident İlham Əliyevin 2023-ci il 5 dekabr tarixli Azərbaycan Respublikasının Ağdərə rayonunun yaradılması haqqında Azərbaycan Respublikasının Qanunu təsdiq etməklə Tərtər rayonunun ərazisi kiçildi.
Tərtər rayonunun Ağdərə şəhər inzibati ərazi dairəsi tərkibindəki Ağdərə şəhəri, Ağabəyyalı kənd inzibati ərazi dairəsi tərkibindəki Ağabəyyalı kəndi, Canyataq kənd inzibati ərazi dairəsi tərkibindəki Canyataq və Gülyataq kəndləri, Çardaqlı kənd inzibati ərazi dairəsi tərkibindəki Çardaqlı, Lüləsaz və Meqrelalay kəndləri, Çaylı kənd inzibati ərazi dairəsi tərkibindəki Çaylı, Suqovuşan və Təpəkənd kəndləri, Həsənqaya kənd inzibati ərazi dairəsi tərkibindəki Həsənqaya, Çiləbürt, Göyarx və Maralyansarov kəndləri, Kiçik Qarabəy kənd inzibati ərazi dairəsi tərkibindəki Kiçik Qarabəy kəndi, Qızıloba kənd inzibati ərazi dairəsi tərkibindəki Qızıloba, Seysulan və Yarımca kəndləri, Aşağı Oratağ kənd inzibati ərazi dairəsi tərkibindəki Aşağı Oratağ, Qasapet və Dəmirli kəndləri, Şıxarx qəsəbə inzibati ərazi dairəsi tərkibindəki Şıxarx qəsəbəsi, Talış kənd inzibati ərazi dairəsi tərkibindəki Talış kəndi, Ulu Qarabəy kənd inzibati ərazi dairəsi tərkibindəki Ulu Qarabəy kəndi, Umudlu kənd inzibati ərazi dairəsi tərkibindəki Umudlu və Zəylik kəndləri rayondan ayrılaraq Ağdərəyə verildi.
Bununla da Tərtər rayonu ərazicə Azərbaycanın ən kiçik rayonu statusunu qazandı.
Bu sərəncama qədər ölkəmizdə ən kiçik rayon Sədərək idi. Bu rayonun ərazisi 220 kvadrat kilometrdir.
Miri Məcidli
12:11 / 15 Noyabr 2026
4
11:52 / 15 Noyabr 2026
84
11:43 / 15 Noyabr 2026
56
11:29 / 15 Noyabr 2026
73
11:20 / 15 Noyabr 2026
73
11:20 / 15 Noyabr 2026
77
11:10 / 15 Noyabr 2026
73
11:07 / 15 Noyabr 2026
425
10:50 / 15 Noyabr 2026
86
10:25 / 15 Noyabr 2026
240
10:21 / 15 Noyabr 2026
96
10:18 / 15 Noyabr 2026
93
10:12 / 15 Noyabr 2026
122
09:35 / 15 Noyabr 2026
461
07:35 / 15 Noyabr 2026
153
05:50 / 15 Noyabr 2026
149
01:35 / 15 Noyabr 2026
160
01:10 / 15 Noyabr 2026
177
23:59 / 14 Noyabr 2026
369
23:51 / 14 Noyabr 2026
198
23:47 / 14 Noyabr 2026
215
23:33 / 14 Noyabr 2026
176
23:23 / 14 Noyabr 2026
546
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.