Baş prokuror bu məsələni müzakirə edib
14 Noyabr 2026, 15:45
Qaynar xətt:
(+99450) 247 90 86
HÜQUQ
927
22.12.2025, 16:04
Oxu24.com oxuculara hüquqi yardım layihəsini davam etdirir.
Bu dəfə təıqdim etdiyimiz mövzu hərbi hissələrdə,orduda və xidmət zamanı baş verən cinayətlərlə bağlıdır.
Rəisə qarşı zorakı hərəkətlər hansı məsuliyyətə səbəb olur?
Bununla bağlı Cinayət Məcəlləsinin 330-cu maddəsində bəhs olunur.
330.1. Rəisə, habelə hərbi qulluq vəzifəsini yerinə yetirən digər şəxsə hərbi xidmət üzrə öz vəzifəsini yerinə yetirməsi zamanı və ya belə vəzifələrin yerinə yetirilməsi ilə əlaqədar zor tətbiq etmə və ya zor tətbiq etməklə müqavimət göstərmə-iki ilədək müddətə hərbi xidmət üzrə məhdudlaşdırma və ya iki ilədək müddətə intizam xarakterli hərbi hissədə saxlama və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
330.2. Rəisə, habelə hərbi qulluq vəzifəsini yerinə yetirən digər şəxsə hərbi xidmət üzrə öz vəzifəsini yerinə yetirməsi zamanı və ya belə vəzifələrin yerinə yetirilməsi ilə əlaqədar zor tətbiq etməklə və ya zor tətbiq etmək hədəsi ilə onu qulluq vəzifəsini pozmağa məcbur etmə -iki ilədək müddətə hərbi xidmət üzrə məhdudlaşdırma və ya iki ilədək müddətə intizam xarakterli hərbi hissədə saxlama və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
330.3. Bu Məcəllənin 330.1 və 330.2-ci maddələrində nəzərdə tutulmuş əməllər:
330.3.1. bir qrup şəxs və ya qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə;
330.3.2. təkrar törədildikdə;
330.3.3. iki və ya daha çox şəxs barəsində törədildikdə;
330.3.4. silah tətbiq etməklə törədildikdə;
330.3.5. zərərçəkmiş şəxsin sağlamlığına qəsdən az ağır zərər vurmaqla törədildikdə —bir ildən iki ilədək müddətə intizam xarakterli hərbi hissədə saxlama və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
330.4. Bu Məcəllənin 330.1-330.3-cü maddələrində nəzərdə tutulmuş əməllər zərərçəkmiş şəxsin sağlamlığına qəsdən ağır zərər vurduqda və ya digər ağır nəticələrə səbəb olduqda –üç ildən səkkiz ilədək azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
330.5. Bu Məcəllənin 330.1-330.4-cü maddələrində nəzərdə tutulmuş əməllər müharibə vaxtı və ya döyüş şəraitində törədildikdə -beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Hazırladı: Nigarxanım
11:52 / 15 Noyabr 2026
1
11:43 / 15 Noyabr 2026
40
11:29 / 15 Noyabr 2026
60
11:20 / 15 Noyabr 2026
64
11:20 / 15 Noyabr 2026
68
11:10 / 15 Noyabr 2026
65
11:07 / 15 Noyabr 2026
356
10:50 / 15 Noyabr 2026
80
10:25 / 15 Noyabr 2026
227
10:21 / 15 Noyabr 2026
91
10:18 / 15 Noyabr 2026
88
10:12 / 15 Noyabr 2026
118
09:35 / 15 Noyabr 2026
439
07:35 / 15 Noyabr 2026
150
05:50 / 15 Noyabr 2026
147
01:35 / 15 Noyabr 2026
158
01:10 / 15 Noyabr 2026
176
23:59 / 14 Noyabr 2026
367
23:51 / 14 Noyabr 2026
198
23:47 / 14 Noyabr 2026
214
23:33 / 14 Noyabr 2026
175
23:23 / 14 Noyabr 2026
539
23:16 / 14 Noyabr 2026
177
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.