Qaynar xətt:

(+99450) 247 90 86

Prezident ehtiyatda olan hərbçilərlə bağlı DƏYİŞİKLİYİ İMZALADI

Prezident ehtiyatda olan hərbçilərlə bağlı DƏYİŞİKLİYİ İMZALADI

SİYASƏT

170

23.11.2026, 14:31

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Azərbaycan Silahlı Qüvvələrinin ehtiyatında olan vətəndaşlara və ehtiyatda olan zabitlərə münasibətdə penitensiar xidmət üçün nəzərdə tutulmuş xüsusi rütbələrin verilməsi qaydaları tibb xidmətinə də şamil ediləcək.

Oxu24.com  xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı "Ədliyyə orqanlarında qulluq keçmə haqqında" qanuna edilmiş dəyişikliyi imzalayıb.

Sənədə əsasən, dəyişiklik nəticəsində tibb xidmətində vəzifəyə təyin olunan ehtiyatda olan hərbi qulluqçulara xüsusi rütbələrin verilməsi məsələləri vahid hüquqi yanaşma əsasında tənzimlənəcək.

Belə ki, tibb xidməti işçilərinin tərkibinə hərbi qulluqçular daxil edilir, onların xidmət keçdikləri qurumlar müəyyənləşdirilir. Bununla da tibb xidmətində hərbi qulluqçuların hüquqi statusu və fəaliyyətinin hüquqi əsasları daha aydın şəkildə müəyyən olunur.