Prezident və xanımı da iştirak edir: Azərbaycanın COP31-ə verdiyi töhfə – Deputatdan AÇIQLAMA
11 Noyabr 2026, 14:26
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
43
11.11.2026, 14:36
Azərbaycan xalqının dövlətçilik tarixində mühüm siyasi qərarların əhəmiyyəti onların yalnız qəbul edildiyi dövrün tələblərinə cavab verməsi ilə məhdudlaşmır. Bu qərarların əsl tarixi dəyəri milli maraqların qorunmasına, dövlət institutlarının möhkəmlənməsinə və gələcək nəsillər üçün davamlı inkişaf imkanlarının yaradılmasına göstərdiyi təsirlə müəyyən olunur. 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi ilə qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyası məhz belə tarixi sənədlərdəndir. Əsas Qanunumuz xalqın dövlət hakimiyyətinin mənbəyi olması prinsipini təsbit etməklə müstəqil dövlətçiliyimizin hüquqi əsaslarını möhkəmləndirmiş, milli iradənin siyasi və institusional ifadəsinə çevrilmişdir.
Bu sözləri Milli Məclisin deputatı Rövşən Muradov Oxu24.com-a açıqlamasında bildirib.
Millət vəkili qeyd edib ki, Azərbaycanın konstitusiya quruculuğu tarixi müxtəlif siyasi mərhələlərdə milli dövlətçilik düşüncəsinin inkişafını əks etdirir. 1918-ci ildə yaradılmış Azərbaycan Xalq Cümhuriyyəti qısa müddətli fəaliyyəti ərzində müstəqil Konstitusiya qəbul etmək imkanına malik olmasa da, parlamentçilik və respublika idarəçiliyi ənənələrinin əsasını qoymuşdur. Sonrakı sovet dövründə qəbul edilmiş konstitusiyalar isə fərqli siyasi-hüquqi sistemin tərkib hissəsi olmuşdur. Bununla belə, 1978-ci ildə Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan dilinin dövlət dili kimi Konstitusiyada təsbit edilməsi milli özünəməxsusluğumuzun qorunması baxımından böyük əhəmiyyət daşıyırdı. Həmin qərar mürəkkəb siyasi şəraitdə milli maraqları dövlət idarəçiliyinin hüquqi müstəvisinə çıxaran mühüm addım kimi tarixə düşmüşdür.Dövlət müstəqilliyinin bərpasından sonra Azərbaycanın qarşısında duran əsas vəzifələrdən biri suveren dövlətin siyasi iradəsini və hüquqi prinsiplərini ifadə edən yeni Konstitusiyanın qəbul edilməsi idi. 1993-cü ildə Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə ölkədə dövlətçiliyin möhkəmləndirilməsi istiqamətində başlanan proses konstitusiya quruculuğuna da həlledici təsir göstərdi. Ulu Öndərin rəhbərliyi ilə hazırlanmış Əsas Qanunun referendum vasitəsilə qəbul edilməsi xalqın iradəsi ilə hüquqi dövlət quruculuğu arasında möhkəm əlaqə yaratdı. Beləliklə, müstəqillik yalnız siyasi status olaraq qalmadı, dövlət hakimiyyətinin təşkili və həyata keçirilməsi baxımından sistemli hüquqi məzmun qazandı.
Rövşən Muradovun sözlərinə görə, Konstitusiyanın qəbul edilməsi Azərbaycanın beynəlxalq münasibətlər sistemində müstəqil dövlət kimi mövqeyinin hüquqi əsaslarının möhkəmləndirilməsi baxımından da mühüm əhəmiyyət daşıyırdı. Suverenlik, ərazi bütövlüyü, dövlət hakimiyyətinin xalqın iradəsinə əsaslanması və hüququn aliliyi kimi prinsiplər milli dövlətçilik modelinin ayrılmaz elementlərinə çevrildi. Bu prinsiplər sonrakı onilliklərdə Azərbaycanın müstəqil siyasətinin, institusional inkişafının və milli maraqlarının müdafiəsinin konstitusion əsaslarını təşkil etdi.Prezident İlham Əliyevin rəhbərliyi ilə 2020-ci ildə əldə edilmiş tarixi Zəfər və 2023-cü ildə dövlət suverenliyinin tam bərpası konstitusion dövlətçilik tariximizin yeni mərhələsini formalaşdırdı. Azərbaycan Respublikasının Konstitusiyasında təsbit edilmiş suverenlik və ərazi bütövlüyü prinsiplərinin ölkənin bütün ərazisində təmin olunması xalqımızın uzunillik mübarizəsinin ən mühüm siyasi-hüquqi nəticələrindən biri oldu. Məhz bu tarixi nailiyyətlər fonunda 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi milli dövlətçilik iradəsinin hüquqi və siyasi ifadəsi kimi xüsusi məna qazandı.
Millət vəkili sonda bildirib ki, bu gün Konstitusiyamız Azərbaycan dövlətinin inkişafını istiqamətləndirən hüquqi prinsiplərlə yanaşı, xalqımızın tarixi yaddaşını, milli birliyini və gələcək qarşısında məsuliyyətini də özündə ehtiva edir. Konstitusiya Gününün ən böyük mənəvi-siyasi əhəmiyyəti xalqın öz dövlətinə sahib çıxmaq iradəsinin, milli müstəqilliyin və suveren hakimiyyətin vahid hüquqi əsas üzərində birləşməsini ifadə etməsindədir. Məhz bu birlik Azərbaycanın dövlətçilik qüdrətinin və gələcəyə inamının möhkəm təməlini təşkil edir.
14:51 / 11 Noyabr 2026
1
14:43 / 11 Noyabr 2026
39
14:39 / 11 Noyabr 2026
38
14:26 / 11 Noyabr 2026
125
14:13 / 11 Noyabr 2026
243
13:58 / 11 Noyabr 2026
171
13:54 / 11 Noyabr 2026
436
13:48 / 11 Noyabr 2026
116
13:44 / 11 Noyabr 2026
159
13:41 / 11 Noyabr 2026
88
13:33 / 11 Noyabr 2026
221
13:27 / 11 Noyabr 2026
141
13:19 / 11 Noyabr 2026
88
13:13 / 11 Noyabr 2026
99
12:57 / 11 Noyabr 2026
157
12:54 / 11 Noyabr 2026
157
12:48 / 11 Noyabr 2026
118
12:44 / 11 Noyabr 2026
175
12:35 / 11 Noyabr 2026
302
12:32 / 11 Noyabr 2026
124
12:29 / 11 Noyabr 2026
103
12:24 / 11 Noyabr 2026
854
12:19 / 11 Noyabr 2026
653
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.