Qaynar xətt:

(+99450) 247 90 86

Mirziyoyev Türk birliyinin möhkəmləndirilməsinə görə İlham Əliyevə təşəkkür edib 

Mirziyoyev Türk birliyinin möhkəmləndirilməsinə görə İlham Əliyevə təşəkkür edib 

SİYASƏT

78

30.10.2026, 17:19

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Azərbaycan Prezidenti İlham Əliyevin Türk Dövlətləri Təşkilatının (TDT) inkişafındakı rolunu qeyd edib.

Oxu24.com xəbər verir ki, o, bu barədə TDT-nin Ankarada keçirilən 13-cü Zirvə görüşündə çıxışı zamanı bildirib.

"Azərbaycanın təşkilata sədrliyi dövründə Türk xalqlarının qardaşlıq əlaqələrinin möhkəmləndirilməsi və münasibətlərimizin yeni səviyyəyə yüksəldilməsi istiqamətində görülən əhəmiyyətli işlərə görə Azərbaycan Respublikasının Prezidenti, möhtərəm cənab İlham Heydər oğlu Əliyevə dərin təşəkkürümü bildirirəm", - Mirziyoyev qeyd edib.

O, həmçinin Özbəkistanın təşkilatın növbəti sammitinə ev sahibliyi etməyə hazır olduğunu bildirib.

Prezident TDT-nin Baş katibi vəzifəsinə Özbəkistanın nümayəndəsi Mirvohid Azimovun namizədliyini dəstəklədiklərinə görə sammit iştirakçılarına təşəkkür edib.

"Əminəm ki, yeni Baş katib TDT-nin prioritet vəzifələrinin həyata keçirilməsinə və əməkdaşlığımızın gələcək inkişafına layiqli töhfə verəcək", - o əlavə edib.