Qaynar xətt:

(+99450) 247 90 86

Azərbaycan rəsmi şəkildə Türkiyəni təbrik etdi

Azərbaycan rəsmi şəkildə Türkiyəni təbrik etdi

SİYASƏT

73

29.10.2026, 11:43

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Türkiyəni Cümhuriyyət Bayramı münasibətilə təbrik edib.

Oxu24.com  xəbər verir ki, bu barədə Azərbaycan XİN-in “X” hesabında paylaşım edilib.

“29 Oktyabr – Türkiyə Respublikasının əsasının qoyulmasının 103-cü ildönümü münasibətilə qardaş Türkiyə xalqını və dövlətini səmimi-qəlbdən təbrik edirik.

Bu əlamətdar gündə Türkiyə Respublikasının qurucusu Mustafa Kamal Atatürkü, eləcə də ölkənin azadlığı və müstəqilliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsini dərin ehtiramla yad edirik.

Türkiyənin Cümhuriyyət Bayramı mübarək olsun!”, – paylaşımda qeyd olunub.