Prezidentin sosial media hesablarında Ərdoğanın Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib
08 Noyabr 2026, 15:17
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
260
18.10.2026, 14:11
Milli Məclisin deputatı Ceyhun Məmmədov yazır:
Bu gün – 18 Oktyabr, Azərbaycan xalqının tarixində qürurla qeyd etdiyimiz Müstəqilliyin Bərpası Günüdür. 1991-ci ilin məhz bu günündə, xalqımızın əzmkarlığı və milli iradəsinin nəticəsi olaraq “Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı” qəbul edildi və Azərbaycan Respublikası öz müstəqilliyini bərpa etdi.
Bu sənəd yalnız siyasi azadlığımızın deyil, eyni zamanda minillik dövlətçilik ənənələrimizin, milli kimliyimizin və suveren iradəmizin rəmzinə çevrildi. 1918-ci ildə yaradılmış Azərbaycan Xalq Cümhuriyyətinin ideallarını yenidən dirçəldən bu qərar, müstəqil dövlətçiliyimizin möhkəm təməlinin qoyulması baxımından tarixi bir dönüş nöqtəsi oldu.
Azərbaycan xalqı müstəqilliyin bərpası ilə öz taleyinə sahib çıxdı, dövlət quruculuğu, hüquqi islahatlar, beynəlxalq aləmdə tanınma və inkişaf yolunda böyük iradə nümayiş etdirdi. 1991-ci ildən bu günə qədər keçilən yol — şəhidlərimizin qanı, vətənpərvər övladlarımızın fədakarlığı və xalqımızın birliyi sayəsində formalaşmış müasir, qüdrətli və qürurlu Azərbaycanın salnaməsidir.
Ümummilli lider Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində müstəqilliyimiz dönməz xarakter aldı, dövlətin siyasi və iqtisadi dayaqları möhkəmləndi, beynəlxalq əlaqələr genişləndi. Bu gün isə Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan öz suverenliyini bütün ərazilərində tam bərpa etmiş, regionun ən güclü dövlətlərindən birinə çevrilmişdir.
Müstəqillik təkcə hüquqi sənəd deyil, həm də ruhumuzun, milli kimliyimizin və gələcək nəsillər qarşısında məsuliyyətimizin təcəssümüdür. Bu dəyərləri qorumaq, inkişaf etdirmək və gələcək nəsillərə ötürmək hər birimizin borcudur.
Bu əlamətdar gündə xalqımıza sülh, rifah və davamlı inkişaf, şəhidlərimizə isə Allahdan rəhmət diləyir, onların müqəddəs xatirəsi qarşısında baş əyirəm.
Qoy müstəqilliyimiz əbədi, bayrağımız daim ucalarda olsun!
Yaşasın müstəqil Azərbaycan!
15:17 / 08 Noyabr 2026
1
15:13 / 08 Noyabr 2026
30
14:59 / 08 Noyabr 2026
51
14:54 / 08 Noyabr 2026
62
14:49 / 08 Noyabr 2026
87
14:44 / 08 Noyabr 2026
129
14:31 / 08 Noyabr 2026
89
13:45 / 08 Noyabr 2026
248
13:35 / 08 Noyabr 2026
520
13:21 / 08 Noyabr 2026
113
13:16 / 08 Noyabr 2026
125
13:06 / 08 Noyabr 2026
133
12:47 / 08 Noyabr 2026
339
12:46 / 08 Noyabr 2026
112
12:39 / 08 Noyabr 2026
113
12:35 / 08 Noyabr 2026
668
12:29 / 08 Noyabr 2026
142
12:28 / 08 Noyabr 2026
137
12:27 / 08 Noyabr 2026
123
12:22 / 08 Noyabr 2026
126
12:17 / 08 Noyabr 2026
125
12:16 / 08 Noyabr 2026
141
12:14 / 08 Noyabr 2026
148
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.