Putin Ukrayna şəhərlərini yaşanmaz hala salmaq tapşırığı verib – KİV
17 Oktyabr 2026, 23:34
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
2024
15.10.2026, 13:24
Sülh hələ də kövrəkdir, onu qorumaq və möhkəmləndirmək lazımdır.
Oxu24.com xəbər verir ki, bu barədə Prezident İlham Əliyev AQEM-in 7-ci Zirvə Görüşündə çıxışı zamanı bildirib.
"Biz artıq məğlub vəziyyətdə olana zərbə endirməmişik. Biz xalqımızın bu qədər əzabına bais olmuş barbarların və uşaq qatillərinin səviyyəsinə enmədik. Biz sülh təklif etdik və bir ildən bir az çoxdur ki, sülh içində yaşayırıq. Bu sülh hələ də kövrəkdir, onu qorumaq və möhkəmləndirmək lazımdır", - deyə dövlət başçısı əlavə edib.
***
2023-cü il Azərbaycan üçün əlamətdar il oldu, bir sutkadan az müddət ərzində ərazi bütövlüyümüzü bərpa etdik və separatizmə son qoyduq.
Oxu24.com xəbər verir ki, bunu Prezident İlham Əliyev Bakıda keçirilən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Toplantısında çıxışı zamanı deyib.
"Bir sutkadan az müddətdə Ermənistanın Qarabağdakı işğalçı ordusu tamamilə darmadağın edildi. Azərbaycan öz suverenliyini və ərazi bütövlüyünü tam bərpa edərək separatçılığa son qoydu", - İlham Əliyev bildirib.
Dövlət başçısı həmçinin separatçıların liderlərinin, müharibə cinayətkarlarının və uşaq qatillərinin Azərbaycan məhkəməsi qarşısına çıxarıldığını bəyan edib.
"Mahiyyətinə və formasına görə bu, Nürnberq tribunalının analoqu idi. Ancaq bu dəfə müttəhimlər kürsüsündə erməni faşistləri oturmuşdu", - prezident vurğulayıb.
İlham Əliyev işğal dövründə Azərbaycanın ünvanına səslənən təhdidləri də xatırladıb.
"Tanklarda gəlib Bakını işğal edəcəklərini və burada çay içəcəklərini söyləyərək bizi hədələyənlər bu gün Azərbaycan çayını bizim həbsxanalarımızda içirlər. Onların tankları isə Hərbi Qənimətlər Parkında nümayiş edirilir", - o bildirib.
***
Vətən müharibəsi ərzində Azərbaycan Ermənistan işğalçılarını zəbt edilmiş torpaqlarından qovdu.
Oxu24.com xəbər verir ki, bunu Prezident İlham Əliyev Bakıda keçirilən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Toplantısında deyib.
Onun sözlərinə görə, Azərbaycan döyüş meydanında 300-dən çox şəhər və kəndi işğaldan azad etdi.
Prezident deyib ki, Vətən müharibəsindən sonra üç il ərzində Azərbaycan öz suverenliyinin tam bərpası məsələsini sülh yolu ilə həll etməyə çalışdı, lakin Ermənistan atəşkəsdən öz hərbi qüvvəsini bərpa etmək və artıq yeni qərbdən olan havadarlarının köməyi ilə Azərbaycana yenidən hücum etmək üçün bir fürsət kimi istifadə etdi:
"2023-cü ilin sentyabrında məhz bu başladı və həmin vaxt Azərbaycan əsgərinin dəmir yumruğu yenidən öz sözünü dedi. Ermənistan ordusunun Qarabağdakı işğalçı ordusu tamamilə darmadağın edildi. Azərbaycan öz suverenliyini və ərazi bütövlüyünü tam bərpa etdi, separatizmə son qoydu. Separatçıların liderləri, hərbi cinayətkarları və uşaq qatilləri isə Azərbaycan məhkəməsi qarşısına gətirildilər."
00:00 / 18 Oktyabr 2026
140
23:59 / 17 Oktyabr 2026
100
23:34 / 17 Oktyabr 2026
99
23:19 / 17 Oktyabr 2026
112
22:59 / 17 Oktyabr 2026
114
22:49 / 17 Oktyabr 2026
128
22:21 / 17 Oktyabr 2026
184
22:12 / 17 Oktyabr 2026
141
22:10 / 17 Oktyabr 2026
117
22:05 / 17 Oktyabr 2026
128
21:57 / 17 Oktyabr 2026
173
21:40 / 17 Oktyabr 2026
189
21:18 / 17 Oktyabr 2026
101
20:39 / 17 Oktyabr 2026
106
20:39 / 17 Oktyabr 2026
161
20:16 / 17 Oktyabr 2026
121
20:03 / 17 Oktyabr 2026
158
20:03 / 17 Oktyabr 2026
1890
19:50 / 17 Oktyabr 2026
115
19:38 / 17 Oktyabr 2026
333
19:38 / 17 Oktyabr 2026
157
19:32 / 17 Oktyabr 2026
1227
19:26 / 17 Oktyabr 2026
155
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.