Prezidentin sosial media hesablarında Ərdoğanın Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib
08 Noyabr 2026, 15:17
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
485
14.10.2026, 10:59
Azərbaycanda məktəblərdə vahid geyim qaydalarının tətbiqi ölkənin qanunvericiliyinə və dünyəvi dövlət prinsiplərinə əsaslanır. Bu qərarların dini-siyasi müstəvidə təqdim edilməsi isə cəmiyyətdə süni gərginlik yaratmaq cəhdi kimi qiymətləndirilir.
Bütöv Azərbaycan Ocaqları (BAO) başqanının Türk dünyası ilə əlaqələr üzrə müavini, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Fəlsəfə və Sosiologiya İnstitutunun şöbə müdiri, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Faiq Ələkbərli Oxu24.com-a açıqlamasında bildirib ki, məktəblərdə geyim qaydalarının müəyyənləşdirilməsi Azərbaycanın daxili işidir və bu məsələyə ölkənin milli maraqları, qanunvericiliyi və dünyəvilik prinsipləri çərçivəsində yanaşılmalıdır.
Onun sözlərinə görə, Azərbaycan Respublikasının öz qanunvericiliyi, təhsil sahəsində müəyyən etdiyi qaydalar və normativ tələblər mövcuddur. Məktəblərdə şagirdlərin vahid geyim formasına, müəllimlərin isə işgüzar geyim qaydalarına əməl etməsi həmin tələblərdən irəli gəlir.
Faiq Ələkbərli qeyd edib ki, bu istiqamətdə atılan addımlar təqdirəlayiqdir. O vurğulayıb ki, təhsil sahəsində qəbul edilən qərarlar Azərbaycanın Konstitusiyasında əksini tapan dünyəvilik prinsipləri ilə uzlaşmalıdır.
Siyasi şərhçinin fikrincə, bəzi qüvvələr məktəbli geyimi ilə bağlı qərarlardan istifadə edərək məsələni ilkin mahiyyətindən uzaqlaşdırmağa və Azərbaycanda dini zəmində qarşıdurma yaratmağa çalışırlar.
“Azərbaycanda İranın uzantıları bu məsələdən açıq şəkildə sui-istifadə edir, onu ümumiləşdirərək tamam başqa istiqamətə yönəltməyə çalışırlar. Bu isə heç bir nəticə verməyəcək. Azərbaycan öz qanunvericiliyinə əsaslanaraq qərarlar qəbul edir. Məktəblərdə vahid geyim formasının, müəllimlər üçün isə müvafiq geyim qaydalarının müəyyənləşdirilməsinin öz əsasları var”, – deyə Faiq Ələkbərli bildirib.
O əlavə edib ki, dini-siyasi dairələrin bu qərarları fərqli şəkildə təqdim etməsi və Azərbaycana qarşı təxribat məqsədilə istifadə etməsi qəbuledilməzdir. Onun qənaətinə görə, dövlət bu kimi hallara hüquqi çərçivədə münasibət bildirməli, milli maraqların və dövlətçilik prinsiplərinin qorunmasını təmin etməlidir.
Faiq Ələkbərli, həmçinin, Prezident İlham Əliyevin Yeni Azərbaycan Partiyasının qurultayında səsləndirdiyi fikirlərə diqqət çəkib. Onun fikrincə, regionda baş verən proseslər və müxtəlif qüvvələrin fəaliyyəti fonunda Azərbaycanın milli maraqlarına qarşı yönələn cəhdlərin mahiyyəti daha aydın görünür.
Sonda siyasi şərhçi bildirib ki, Azərbaycan öz milli dövlət maraqlarını əsas götürərək müəyyən etdiyi siyasi kursu davam etdirməlidir. Onun sözlərinə görə, məktəblərdə geyim qaydaları ətrafında süni gərginlik yaratmaq cəhdləri ölkənin dövlətçilik prinsiplərinə təsir göstərməyəcək.
Turan Etibaroğlu
15:17 / 08 Noyabr 2026
1
15:13 / 08 Noyabr 2026
30
14:59 / 08 Noyabr 2026
51
14:54 / 08 Noyabr 2026
62
14:49 / 08 Noyabr 2026
87
14:44 / 08 Noyabr 2026
129
14:31 / 08 Noyabr 2026
89
13:45 / 08 Noyabr 2026
248
13:35 / 08 Noyabr 2026
520
13:21 / 08 Noyabr 2026
113
13:16 / 08 Noyabr 2026
125
13:06 / 08 Noyabr 2026
133
12:47 / 08 Noyabr 2026
339
12:46 / 08 Noyabr 2026
112
12:39 / 08 Noyabr 2026
113
12:35 / 08 Noyabr 2026
668
12:29 / 08 Noyabr 2026
142
12:28 / 08 Noyabr 2026
137
12:27 / 08 Noyabr 2026
123
12:22 / 08 Noyabr 2026
126
12:17 / 08 Noyabr 2026
125
12:16 / 08 Noyabr 2026
141
12:14 / 08 Noyabr 2026
148
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.