"Kapital Bank"ın xalis mənfəəti 2026-cı ilin ilk 9 ayında 29,6% artıb
13 Oktyabr 2026, 17:07
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
323
13.10.2026, 16:28
Son günlərdə sosial şəbəkə platformalarında Azərbaycanda guya hicabın qadağan olunduğu iddiaları ilə edilən paylaşımlar cəmiyyətdə süni ajiotaj yaratmaq məqsədi daşıyır. Bu cür məlumatların yayılmasında yalnız bir ölkənin deyil, həmçinin Türkiyə, ABŞ və bəzi Avropa ölkələrindəki müəyyən dairələrin də fəallıq göstərdiyi müşahidə olunur.
Məsələ ilə əlaqədar Oxu24.com-a ətraflı açıqlama verən tanınmış politoloq Tofiq Abbasov bildirib ki, məqsədli şəkildə qabardılan bu mövzular ölkədə sabitliyi pozmağa və daxili həssaslıqlardan manipulyasiya vasitəsi kimi istifadə etməyə hesablanıb.
Ekspert qeyd edib ki, əslində qanunvericilikdə və təhsil sistemində bu istiqamətdə heç bir qeyri-qanuni qadağa mövcud deyil, problem isə tamamilə daxili dialoq və cəmiyyətin öz konsensusu əsasında həll olunmalıdır.
Politoloqun sözlərinə görə, məsələ ətrafında süni ajiotaj yaradanlar təkcə İrandakı dairələr deyil:
“Türkiyədə də artıq çox böyük kəsimlər Azərbaycana qarşı hücumlara başlayıb, hələlik ABŞ-də və bəzi Avropa ölkələrində də bu məsələni gündəmə gətirmək istəyən dairələr var.
Həm Qərbdə (ABŞ, Fransa və digər ölkələrdə), həm də müsəlman ölkələrində bu məsələ bir qədər şişirdilir və siyasiləşdirilir. Bütün bu müdaxilələr hamısı bir hədəfdən xəbər verir ki, Azərbaycanda sabitliyin pozulmasına yönəlmiş cərəyanlar və gərginlik yaratmaq cəhdləri mövcuddur.
Bəzi siyasi dairələr bu prosesi artıq siyasi müstəviyə daşıyaraq Azərbaycan dövlətinin rəhbərliyinin də adını ləkələməyə çalışırlar, lakin bu yanaşma qətiyyən keçərli deyil”.
Tofiq Abbasov vurğulayıb ki, sözügedən problem mənəvi və ənənəvi xarakter daşıyır, lakin onu bilərəkdən süni şəkildə siyasiləşdirirlər:
“Ölkədə hicab və ya niqab taxanlara qarşı heç bir qeyri-qanuni tələb yoxdur. Həm təhsil haqqında qərarlarda, həm də Nazirlər Kabinetinin verdiyi qərarların hamısında hər şey artıq təsbit olunub və standart xarakter daşıyır.
Azərbaycan sekulyar (dünyəvi) dövlətdir, yəni dini dövlət deyil; bəziləri bunu guya az qala ölkə daxilində cəmiyyətin parşalanması kimi qələmə verməyə çalışırlar. Təhsil sahəsi həssas sahədir, burada hər bir kəsə tətbiq olunan normalar və tələblər hamı üçün eyni standart xarakter daşıyır və heç kəsə qarşı fərdi ayrı-seçkilik edilmir.
Ailələrdən və müəllimələrdən də qeyri-qanuni heç bir şey tələb olunmur, sadəcə qanunlara baxmaq, düzgün geyinmək və vahid geyim formasını tətbiq etmək barədə xatırlatmalar edilir”.
Ekspert qeyd edib ki, əksinə, biz ölkədə nə dərəcədə güclü məqamlarla bağlı böyük diskussiya yaratmağa çalışanların açıq şəkildə bəzi kəsimləri üz-üzə qoymağa və vətəndaşlar arasında qarşıdurma meyllərini gücləndirməyə çalışdıqlarını görürük:
“Ölkənin daxilində və xaricdə proseslər normal gedirsə, istənilən məsələlərlə bağlı yollar tapılırsa, bəs necə olur ki, başqaları bizim özümüzdən daha çox bu məsələnin həllinə maraq göstərirlər?
Məsələnin həlli məhz cəmiyyətimizin daxilindədir – burada sivil qaydalarla, dözümlülük və tərəfdarlar/əleyhdarların özləri bir konsensusa gəlməlidirlər”.
Sonda Tofiq Abbasov əlavə edib ki, faktiki olaraq hicab və ya niqab taxanlara qarşı qeyri-qanuni tələb mövcud deyil, sadəcə bəzi dairələr bu prosesi qəsdən şişirdirlər.
Tofiq Abbasov əminliklə bildirib ki, Azərbaycan cəmiyyətinin, dövlətinin, siyasi və ictimai qüvvələrin, həmçinin vətəndaş cəmiyyətimizin kifayət qədər müdrikliyi var ki, bu prosesi özümüz həll edək və orta məxrəc tapılsın; ən yaxın zamanda bunun şahidi olacağıq.
Məsələ ilə bağlı Oxu24.com-a danışan siyasi elmlər doktoru, politoloq Elşad Mirbəşiroğlu qeyd edib ki, məktəb və vahid məktəbli forması məsələsi kənarda qalıb, əsas müzakirə predmeti kimi guya hicabın qadağan olunması məsələsi qabardılır:
“Burada artıq bizim daxili işlərimizə qarışmaq cəhdləri mövcuddur və məsələ kontekstdən çıxarılaraq tamamilə fərqli məcraya yönəldilməyə çalışılır.
Azərbaycanda hicab qadağası nə vaxt tətbiq olunub? Belə bir şey təbii ki, yoxdur”.
Onun sözlərinə görə, məktəbdə vahid məktəbli formasının tətbiq olunması tamam başqa məsələdir, hicabın qadağan olunması iddiaları isə tamamilə fərqli məsələdir; bunların arasında heç bir əlaqə mövcud deyil:
“Məktəbdə vahid məktəbli formasının tətbiq olunması daha keyfiyyətli, geniş dünya görüşünə malik cəmiyyət üzvü yetişdirməyə xidmət edən qərardır. Bunu tamamilə fərqli bucaqlardan təqdim etməyə çalışırlar və bu, qətiyyən yolverilməzdir.
Hicab qadağası ətrafında müzakirələr açmağa cəhdlər məqsədli şəkildə edilir. Azərbaycanda hicab qadağası tətbiq olunmayıb və ümumiyyətlə insanların geyim seçimi ilə bağlı hər hansı bir müdaxilə yoxdur”.
Elşad Mirbəşiroğlu qeyd edib ki, vahid məktəbli forması şagirdlər arasında sosial bərabərliyi təmin edir, valideynlərin işini xeyli rahatlaşdırır ki, əlavə paltar seçimi və müvafiq xərclərlə qarşılaşmırlar. İstənilən ictimai münasibətlər və kollektiv iştirakçılıq olan yerlərdə vahid formanın olması ümumi mühitə çox müsbət təsir göstərir.
“Bunu hicab qadağası kimi təqdim etmək qətiyyən yolverilməzdir, çünki belə bir qadağa mövcud deyil. Bu məsələnin hansı müstəvidə və ya hansı subyektlər arasında müzakirə olunmasından asılı olmayaraq, tamamilə əsassızdır”,- deyə politoloq vurğulayıb.
Hicabla bağlı keçirilən aksiyalar zamanı baş verən qanunsuz əməllər – o cümlədən direktorun avtomobilinin yandırılması, məktəbin yandırılmağa cəhd edilməsi və bu hadisələrlə əlaqədar 200 nəfərin saxlanılması fonunda vəkil Elnur Məmmədov Oxu24.com-a baş verənlərin hüquqi tərəflərini şərh edib.
Vəkil bildirib ki, qanunvericiliyin tələbinə əsasən avtomobilin yandırılması və əmlakı yandırmağa cəhd edilməsi ilə bağlı yayılan məlumatlar təsdiqini taparsa, həmin əməllər cinayət məsuliyyəti yarada bilər:
”Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 186-cı maddəsinə əsasən, özgənin əmlakını qəsdən məhv etmə və ya zədələmə, o cümlədən yandırma yolu ilə əmlaka ziyan vurma cinayət hesab olunur.
Əməlin törədilmə üsulundan, vurulan ziyanın miqdarından və digər hallardan asılı olaraq təqsirli şəxslər azadlıqdan məhrumetmə də daxil olmaqla müxtəlif cəzalara məhkum edilə bilərlər”.
Bundan əlavə Elnur Məmmədov qeyd edib ki, əməlin bir qrup şəxs tərəfindən qabaqcadan əlbir olaraq törədilməsi, ümumi təhlükəli üsuldan istifadə edilməsi və ağır nəticələrə səbəb olması qanunvericilikdə nəzərdə tutulan hallarda daha ağır məsuliyyət yarada bilər.
Hadisələrin dəqiq hüquqi qiymətləndirilməsi istintaq zamanı müəyyən edilən faktlardan, şəxslərin niyyətindən, vurulmuş ziyandan və yaranmış təhlükənin xarakterindən asılıdır.
Şəxslərin təqsiri yalnız qanuni qüvvəyə minmiş məhkəmə hökmü ilə müəyyən edilə bilər.
Çimnaz Telmanqızı
17:35 / 13 Oktyabr 2026
4
17:29 / 13 Oktyabr 2026
62
17:25 / 13 Oktyabr 2026
38
17:07 / 13 Oktyabr 2026
60
17:07 / 13 Oktyabr 2026
58
16:59 / 13 Oktyabr 2026
76
16:49 / 13 Oktyabr 2026
1723
16:46 / 13 Oktyabr 2026
334
16:28 / 13 Oktyabr 2026
111
16:22 / 13 Oktyabr 2026
95
16:16 / 13 Oktyabr 2026
76
16:09 / 13 Oktyabr 2026
104
16:06 / 13 Oktyabr 2026
966
16:06 / 13 Oktyabr 2026
134
15:59 / 13 Oktyabr 2026
125
15:50 / 13 Oktyabr 2026
390
15:50 / 13 Oktyabr 2026
149
15:47 / 13 Oktyabr 2026
135
15:46 / 13 Oktyabr 2026
95
15:25 / 13 Oktyabr 2026
192
15:22 / 13 Oktyabr 2026
99
15:15 / 13 Oktyabr 2026
8444
15:12 / 13 Oktyabr 2026
99
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.