İran, Türkiyə, Qərb... Hicab məsələsi niyə Azərbaycanda siyasiləşdirilir? — AÇIQLAMA
13 Oktyabr 2026, 16:28
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
226
13.10.2026, 15:50
Nazirlər Kabinetinin dövlət ümumi təhsil müəssisələrində geyim forması ilə bağlı qərarları ətrafında yaranan müzakirələr, dünyəvi təhsil prinsipləri və İranın Azərbaycana yönəlik siyasəti yenidən gündəmə gəlib. Siyasətçi hesab edir ki, vahid məktəbli formasının tətbiqi təhsil müəssisələrində bərabərliyin və nizam-intizamın qorunması baxımından əhəmiyyətlidir, bu məsələ ətrafında dini-siyasi gərginliyin yaradılması cəhdlərinə isə diqqətlə yanaşılmalıdır.
Siyasətçi, ÜMİD Partiyasının sədr müavini Bakir Həsənbəyli Oxu24.com-a açıqlamasında bildirib ki, dövlət ümumi təhsil müəssisələrində geyim qaydalarının əsas məqsədi vahid və nizamlı təhsil mühiti yaratmaq, şagirdlərin diqqətini xarici görünüşdən daha çox dərslərə yönəltməkdir.
Onun sözlərinə görə, vahid məktəbli forması şagirdlər arasında maddi imkan fərqlərinin qabardılmasının qarşısını almağa, təhsilalanların geyimlərinə görə müqayisə edilməsini azaltmağa və məktəb mühitində bərabərlik hissini gücləndirməyə xidmət edir. Təhsilverənlərin işgüzar geyim qaydaları isə müəllim peşəsinin nüfuzunun və təhsil müəssisələrində peşəkar mühitin qorunması baxımından əhəmiyyətlidir.
Bakir Həsənbəyli qeyd edib ki, geyim qaydaları ətrafında etirazların səbəbləri müxtəlif ola bilər. Bəzi valideynlər övladlarının dini inanclarına uyğun geyinmək hüququnun qorunmasını, digərləri isə fərdi ifadə azadlığının məhdudlaşdırılmamasını istəyirlər. Bununla yanaşı, onun fikrincə, məktəbli formasına dair qərarların dini qadağa kimi təqdim edilməsi məsələnin siyasiləşdirilməsinə gətirib çıxara bilər.
Siyasətçi qeyd edib ki, İranla əlaqəli dini-siyasi dairələr Azərbaycanda vahid məktəbli geyimi ilə bağlı qərarları “hicab qadağası” kimi təqdim etməyə və bu mövzu ətrafında ictimai narazılıq yaratmağa çalışırlar. O, belə yanaşmanın Azərbaycanın dünyəvi təhsil sisteminə və daxili sabitliyinə qarşı yönəlmiş informasiya kampaniyasının tərkib hissəsi olduğunu bildirib.
Bakir Həsənbəyli İranın Azərbaycana münasibətini yalnız dini məsələlərlə əlaqələndirməyin düzgün olmadığını vurğulayıb. Onun fikrincə, Tehranla Bakı arasındakı gərginliyin arxasında regional geosiyasi maraqlar, nəqliyyat dəhlizləri, Azərbaycanın Türkiyə və İsraillə münasibətləri, eləcə də Cənubi Qafqazda dəyişən güc balansı dayanır.
Siyasətçi bildirib ki, Zəngəzur dəhlizi ilə bağlı müzakirələr İranın regional tranzit mövqeyinə təsirləri baxımından Tehran üçün həssas məsələdir. Onun qənaətinə görə, Azərbaycanın nəqliyyat əlaqələrinin genişlənməsi və regionda mövqelərinin möhkəmlənməsi İranın geosiyasi hesablamalarına təsir göstərir.
O, Azərbaycanın İsraillə əməkdaşlığının da İran tərəfindən narahatlıqla qarşılandığını qeyd edib. Bakir Həsənbəyli xatırladıb ki, Azərbaycan öz ərazisinin üçüncü dövlətlərə qarşı istifadə olunmasına icazə verməyəcəyini dəfələrlə bəyan edib. Buna baxmayaraq, onun fikrincə, Tehran bu mövzudan Azərbaycana təzyiq göstərmək üçün istifadə edir.
Siyasətçi İranın daxili vəziyyətinin də xarici siyasət ritorikasına təsir etdiyini düşünür. O bildirib ki, iqtisadi çətinliklər, beynəlxalq sanksiyalar və ölkə daxilindəki narazılıqlar fonunda xarici təhlükə obrazının yaradılması hakimiyyətin ictimai diqqəti daxili problemlərdən yayındırmaq cəhdlərindən biri ola bilər.
Bakir Həsənbəyli, həmçinin, İranda yaşayan milyonlarla azərbaycanlının mövcudluğunun və Azərbaycanın müstəqil dövlət kimi güclənməsinin Tehran üçün siyasi əhəmiyyət daşıdığını qeyd edib. Onun fikrincə, Azərbaycanın Türkiyə ilə yaxınlaşması və Cənubi Qafqazda mövqelərinin möhkəmlənməsi də İranın regional təsir imkanları uğrunda rəqabətini artırır.
Siyasətçi hesab edir ki, bu şəraitdə Azərbaycanın əsas vəzifəsi milli maraqları qorumaq, dünyəvi dövlətçilik prinsiplərini möhkəmləndirmək və cəmiyyətdə mümkün qarşıdurmaların qarşısını almaqdır. Onun sözlərinə görə, məktəblərdə baş verən hadisələrə hüquqi qiymət verilməsi, təhsil müəssisələrinin təhlükəsizliyinin təmin olunması və dini məsələlərin siyasi manipulyasiya vasitəsinə çevrilməsinə imkan verilməməsi vacibdir.
Bakir Həsənbəyli vurğulayıb ki, Azərbaycan regional təzyiqlər fonunda müdafiə qabiliyyətini gücləndirməli, beynəlxalq tərəfdaşları ilə əməkdaşlığını davam etdirməli və cəmiyyətdə milli birlik, dünyəvilik və demokratik dəyərlərin qorunmasına xüsusi diqqət yetirməlidir.
Turan Etibaroğlu
Həmçinin oxuyun
16:28 / 13 Oktyabr 2026
81
16:28 / 13 Oktyabr 2026
42
16:22 / 13 Oktyabr 2026
54
16:16 / 13 Oktyabr 2026
48
16:09 / 13 Oktyabr 2026
70
16:06 / 13 Oktyabr 2026
618
16:06 / 13 Oktyabr 2026
85
15:59 / 13 Oktyabr 2026
84
15:50 / 13 Oktyabr 2026
114
15:47 / 13 Oktyabr 2026
110
15:46 / 13 Oktyabr 2026
85
15:25 / 13 Oktyabr 2026
180
15:22 / 13 Oktyabr 2026
87
15:15 / 13 Oktyabr 2026
6779
15:12 / 13 Oktyabr 2026
82
15:10 / 13 Oktyabr 2026
684
14:53 / 13 Oktyabr 2026
118
14:51 / 13 Oktyabr 2026
1126
14:45 / 13 Oktyabr 2026
1291
14:43 / 13 Oktyabr 2026
281
14:24 / 13 Oktyabr 2026
83
14:14 / 13 Oktyabr 2026
396
14:09 / 13 Oktyabr 2026
91
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.