Trampın Əliyevi ABŞ-yə dəvəti Azərbaycana nə verəcək? — SİYASİ ŞƏRH
02 Noyabr 2026, 22:55
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
247
13.10.2026, 13:20
Prezident İlham Əliyevin hakim partiyanın səkkizinci qurultayında ideoloji məkanımızı yad ünsürlərdən və təsirlərdən qorumaq çağırışı məfkurə suverenliyini və gələcək milli hədəflərini müəyyənləşdirməyə xidmət edən mühüm proqramdır. Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu uzaqməqsədli dövlətçilik idealları 2020-ci ildə ərazi bütövlüyümüzü təmin etdi.
Vətən müharibəsində əldə edilən Qələbə xalqımızın birliyini və siyasi həmrəyliyini daha da gücləndirdi. Lakin hərbi meydanda məğlub olanlar, ölkə başçısının dediyi kimi sərhəd tanımayan ideoloji və informasiya məkanında savaşı davam etdirirlər. Tarixi Qələbəmizi yalnız qonşu və uzaq paytaxtların razılığı, aldığımız bahalı silahları satanların xidməti ilə əlaqələndirib dövlətimizin misilsiz iradəsi, ordumuzun gücü, xalqımızın qətiyyəti və yenilməzliyini inkar edənlərə ən yüksək tribunadan cavab verildi. Ali Baş Komandanın “Qələbəni təkbaşına qazandıq” mesajı heç bir xarici mənəvi-siyasi dəstəyi inkar etmədən, lakin Zəfərin müəllifinin Azərbaycan dövləti, ordusu və xalqı olduğunu dünyanın hər yerində qürurla vurğulamaqdır.
Ölkəmizə qarşı məqsədyönlü hücumların məhz indiki tarixi mərhələdə intensivləşməsi əsla təsadüfi deyil. Ermənistanla sülh danışıqları həlledici mərhələyə qədəm qoyub, qlobal təhlükələr şəraitində dövlətimiz yeni təhlükəsizlik arxitekturası qurur. Ona görə bizi bağışlamırlar. Bəli, Qələbə Azərbaycanın dostlarını və tərəfdarlarını artırılıb, lakin bir çoxları üçün də qorxulu nümunəyə çevrilib.
Ölkəmizə hərbi müdaxilə mümkün olmadğı üçün daxili ziddiyyətləri artırmaq, sosial narazılığı dövlətçilik əleyhinə yönəltmək, dini simvolları siyasi səfərbərlik alətinə çevirmək yolu seçilib. Lakin dövlətimizə, onun dünyəvi quruluşuna, ölkə başçısına hücum edən və xalqımızın qalibiyyətinə ləkə vuran qüvvələr nə müsəlman, nə də türk ola bilməzlər.
Təkcə ABŞ Konresmenləri, Avropa Parlamenti deyil, o cümlədən dini quruluşlarını və həyat tərzlərini ölkəmizə ixrac etməyə çalışan dövlətlərin əlindən Qarabağ münaqişəsi çıxıb, erməni məsələsi coğrafiyamızdan kənarlaşdırılıb, İrəvan əvvəlkitək milli dövlətçiliyimizi sarsıtmaq planlarına yaramır. Xalqımızın dini inanclarının istismar edilməsi və dövləti məscidlərdən idarə etməyə çalışması, milli kimliyimizi azərbaycançılığın əleyhinə yönəltməsi bir məqsədi güdür- millətimizi yenidən 26 sentyabra qədərki dövrünə, məcburi köçkünlük əsrinə qaytarsınlar.
Lakin heç bir dini zehniyyət, islam təəssübkeşliyi orta əsr Xilafəti modelində dini dövlət qucuculuğuna səbəb ola bilməz. Biz müsəlman ölkəsiyik, lakin islam dövləti istəmirik, türk dövlətiyik, lakin müstəqli siyasi paytaxtımız var, Qərblə, Şərqlə əməkdaşlıq edirik, lakin heç bir dövlətin forpostu deyilik.
Azərbaycanda yüz illərdir xaricdən nicat gözləyənlər olub: bir vaxtlar şimaldan, sonra cənubdan, indi isə müxtəlif paytaxtlardan xilaskar, yaxud himayədar istəyənlər var.
Tarix isə bir həqiqəti dəfələrlə təsdiqləyib: müttəfiqlik qiymətlidir, lakin dövləti yalnız öz xalqının iradəsi, güclü vətəndaşı və qəhrəman ordusu qoruyur.
2020-ci il Qələbəsinin ən böyük ideoloji nəticəsi odur ki, Azərbaycan öz taleyini başqasına bağlamayanda qalib gəlir.
01:55 / 03 Noyabr 2026
49
00:25 / 03 Noyabr 2026
116
00:20 / 03 Noyabr 2026
207
00:15 / 03 Noyabr 2026
153
00:15 / 03 Noyabr 2026
101
00:06 / 03 Noyabr 2026
193
23:44 / 02 Noyabr 2026
183
23:39 / 02 Noyabr 2026
104
23:38 / 02 Noyabr 2026
90
23:37 / 02 Noyabr 2026
130
23:32 / 02 Noyabr 2026
103
23:28 / 02 Noyabr 2026
104
23:24 / 02 Noyabr 2026
177
23:19 / 02 Noyabr 2026
135
23:12 / 02 Noyabr 2026
110
23:05 / 02 Noyabr 2026
125
23:05 / 02 Noyabr 2026
117
22:55 / 02 Noyabr 2026
392
22:48 / 02 Noyabr 2026
324
22:44 / 02 Noyabr 2026
102
22:27 / 02 Noyabr 2026
132
22:25 / 02 Noyabr 2026
114
22:22 / 02 Noyabr 2026
104
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.