Trampın Əliyevi ABŞ-yə dəvəti Azərbaycana nə verəcək? — SİYASİ ŞƏRH
02 Noyabr 2026, 22:55
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
1273
12.10.2026, 11:46
"Hicaba qadağa qoyublar...Siz niyə bu haqda yazmırsınız?"...
Bu gün baş redaktoru olduğum Oxu24.com saytının qaynar xəttinə bu mövzuda mesaj gəldi...
Yazan bir xanımdır,profilində süni intellektlə düzəldilmiş "hicablı" bir qadın fotosu da var...
Cavab yazıram: Harada qoyublar qadağanı?
Cavab verir: Bilmirsiniz,Azərbaycanda hicaba qadağan qoyulub.Adamların başını açırlar...
Cavab verirəm: Kim dedi bunu?Kimin başını zorla açıblar?
Cavab alıram: Tiktokda dedilər...
Hə,məsələ gün kimi aydın oldu! Tiktokda dedilər...Yəqin ki,bu tip paylaşımlar sizin də qarşınıza çıxıb.Guya Azərbaycanda hicab qadağası tətbiq olunub və buna etiraz olaraq insanlar şəhərin müxtəlif hissələrində kütləvi etirazlara çıxıb və s....
Həmin videoların bir neçəsinə baxıram: 10 ilin,15 ilin videosu,yaxud da hansısa futbol komandasının oyunundan çıxıb,metroya tələsən toplunun görüntüsü...Bəli,məhz həmin görüntülər "hicab qadağasına etiraz" mitinqi kimi insanlara sırınır... Ortada nə qadağa var,nə də etiraz...
Bəs,kim edir bunu?
Cavab sadədir: İran!
Hansı İran?
Cavab: Erməniyə qardaş deyib,onu silahlandıran,44 günlük müharibədə erməninin xeyrinə kəşfiyyat məlumatı ötürən,Azərbaycan liderinin Qarabağ zəfərini həzm edə bilməyən və ən əsası içərisində 50 milyonluq Azərbaycan Türkünün qorxusu olduğu İran...Üzdə islam ölkəsi,altda şeytan xisləti gizlənən molla rejimi...
Bəs,İran bizi niyə istəmir?
Cavablar çoxdur:Ancaq bir əsas məqam da var! İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu və Xalq birliyi 33 ildən artıq işğal altında olan Qarabağı azad etdi...
İran bundan niyə rahatsız olsun ki?...Bu suala hələlik cavab vermirəm...
Qayıdaq oxucunun bizə yazdığı Azərbaycanda "hicaba qadağa qoyulub" mesajına...
Əvvəla Azərbaycanda hicaba qadağa qoyulmayıb! Bu söz kökündən özü yalnışdır.Azərbaycanda məktəblərdə vahid məktəbli formasının tətbiqi barədə rəsmi qərar verilib.Bu qərarla da məktəblilər üçün vahid geyim forması müəyyən edilib.Vəssəlam! Bunun ökədə hicaba qadağa qoyulması iftirası ilə nə əlaqəsi?Niyə demirsiniz ki,məktəblərdə vahid geyim qaydası tətbiq olunmaqla varlı-kasıb təbəqəsi aradan qalxmış olur,təhsilimiz dünya standartlarına uyğunlaşır və s. Bunları niyə görmürük,yaxud görmək istəmirik? Məsələ əslində gün kimi aydındır.Hicabı bayraq edənlər əslində başqa ölkənin bayrağına səcdə edənlərdir!
Bu ölkədə hansısa qadının hicablı olduğuna görə əzildiyini görmüsünüzmü?Əlbəttəki,yox! Çünki Azərbaycan Dövlətinin,hakimiyyətinin belə bir problemi yoxdur.
Daha bir toxunacağım mövzu var...İrandan təlimat alan qüvvələr yazır ki,Azərbaycan Dövlətinin başında duranlar İslama,məscidə,hicaba,Qurana guya düşməndir...
Azərbaycanın işğaldan azad edilmiş ərazilərində birbaşa ölkə rəhbərinin göstərişi və sərəncamları ilə nə qədər dağıdılmış məscidlərin,dini abidələrin bərpa olunduğunu,Azərbaycan Prezidentinin ailə üzvləri ilə dəfələrlə Qarabağın azad edilmiş ərazilərində,İslami qaydada - baş örtüsü ilə məscidləri ziyarət etdiyini görmədinizmi?...Əslində görmüsünüz,bilirsiniz,sadəcə mollalardan aldığınız təlimata uyğun gedirsiniz...
Birdə qaldı,məktəblinin başının bağlanması məsələsinə....Bu da uzun söhbətdir...
Onların başı hicab üçün hələ tez deyilmi?...
Müəllif: Oxu24.com saytının baş redaktoru Miri Məcidli
02:30 / 03 Noyabr 2026
18
01:55 / 03 Noyabr 2026
72
00:25 / 03 Noyabr 2026
119
00:20 / 03 Noyabr 2026
215
00:15 / 03 Noyabr 2026
159
00:15 / 03 Noyabr 2026
106
00:06 / 03 Noyabr 2026
203
23:44 / 02 Noyabr 2026
189
23:39 / 02 Noyabr 2026
108
23:38 / 02 Noyabr 2026
93
23:37 / 02 Noyabr 2026
133
23:32 / 02 Noyabr 2026
108
23:28 / 02 Noyabr 2026
107
23:24 / 02 Noyabr 2026
186
23:19 / 02 Noyabr 2026
137
23:12 / 02 Noyabr 2026
111
23:05 / 02 Noyabr 2026
129
23:05 / 02 Noyabr 2026
121
22:55 / 02 Noyabr 2026
406
22:48 / 02 Noyabr 2026
337
22:44 / 02 Noyabr 2026
103
22:27 / 02 Noyabr 2026
137
22:25 / 02 Noyabr 2026
115
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.