Trampın Əliyevi ABŞ-yə dəvəti Azərbaycana nə verəcək? — SİYASİ ŞƏRH
02 Noyabr 2026, 22:55
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
1900
11.10.2026, 01:11
Bakı-Qroznı reysini yerinə yetirən AZAL təyyarəsinin Rusiya tərəfindən vurulmasından sonra Çeçenistanın başçısı Ramzan Kadırov ilk dəfə Azərbaycana səfər edib. Kadırovun Bakıya niyə indi gəlişini Moskva və Qroznının maraqları kontekstində qiymətləndirmək olar.
Azərbaycan-Rusiya münasibətlərində son dövrlər normallaşma müşahidə edilsə də, xüsusilə Əliyevlə Putinin təmasları fonunda, təyyarə məsələsi həll edilməmiş problem olaraq qalır. Moskva İrəvanla qarşıdurmanın davam etdiyi, ABŞ-ın bölgəyə gəldiyi vaxt Bakı ilə normallaşdırmaq istədiyi münasibətlərdə təyyarə məsələsinin maneəyə çevrilməsini istəmir. Mümkündür ki, Kreml Kadırovun Bakıya səfəri və Əliyevin qəbulunda birbaşa başsağlığı verməsi ilə təyyarə məsələsini ən azı müəyyən müddətdə problem olmaqdan çıxarmağa çalışır. Bununla həm də Bakının mövqeyini yumşaltmaq gedişi edir.
Burada Kadırovun da öz maraqlarının olduğu görünür.
Birincisi, təyyarən böhranında “günah keçisi” olmaq istəmir.
Təyyarənin vurulmasından sonra Rusiya hərbi elitasında məsələni lokal müstəviyə keçirmək, məsuliyyəti Qroznının üzərinə qoymaq və Kadırovu “qalxana” çevirmək variantı da aktual idi. Lakin Bakının cavabdehin birbaşa Moskva olmasında israrlı mövqeyi bu variantı sıradan çıxartdı. Kadırov Bakıya səfəri təyyarə böhranında günahkar olmaq variantından yayınmaq üçün fürsət olaraq görür.
İkincisi, Kadırov Qafqazın şimalında cənubla münasibətlərdəki dominant mövqeyini saxlamağa çalışır.
Təyyarə böhranı Qroznının bu üstünlüyünə risklər yaratmışdı və Kadırov Əliyevin qəbulunda olmaqla təkcə Moskvanın missiyasını icra etmir, həm də regionun cənubu ilə münasibətlərin qurulmasındakı mövqelərini qorumaq imkanı qazanır.
Kadırovun Bakıda yüksək səviyyədə qəbulu da təsadüfi deyil, çünki Azərbaycan üçün Çeçenistan Şimali Qafqaz siyasətində əhəmiyyətli subyektdir. Və Bakı bununla bir daha təyyarə məsələsinə görə cavabdehin Qroznı olmadığı mesajını verir.
Asif Nərimanlı
00:25 / 03 Noyabr 2026
27
00:20 / 03 Noyabr 2026
31
00:15 / 03 Noyabr 2026
48
00:15 / 03 Noyabr 2026
46
00:06 / 03 Noyabr 2026
84
23:44 / 02 Noyabr 2026
69
23:39 / 02 Noyabr 2026
72
23:38 / 02 Noyabr 2026
54
23:37 / 02 Noyabr 2026
88
23:32 / 02 Noyabr 2026
81
23:28 / 02 Noyabr 2026
82
23:24 / 02 Noyabr 2026
79
23:19 / 02 Noyabr 2026
115
23:12 / 02 Noyabr 2026
88
23:05 / 02 Noyabr 2026
101
23:05 / 02 Noyabr 2026
100
22:55 / 02 Noyabr 2026
270
22:48 / 02 Noyabr 2026
205
22:44 / 02 Noyabr 2026
89
22:27 / 02 Noyabr 2026
107
22:25 / 02 Noyabr 2026
101
22:22 / 02 Noyabr 2026
89
22:18 / 02 Noyabr 2026
105
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.