Trampın Əliyevi ABŞ-yə dəvəti Azərbaycana nə verəcək? — SİYASİ ŞƏRH
02 Noyabr 2026, 22:55
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
239
09.10.2026, 18:59
Dövlət maliyyəsinin effektiv idarə olunmasının, maliyyə nizam-intizamının möhkəmləndirilməsinin və şəffaflığın təmin edilməsi vacibdir.
Oxu24.com xəbər verir ki, bunu Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Palatanın və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) birgə təşkilatçılığı ilə "Dövlət maliyyəsinin idarə edilməsində aktual məsələlər: vergi qanunvericiliyində yeniliklər və maliyyə hesabatlılığı üzrə əsas audit nəticələri" adlı keçirilən təlimdə deyib.
V. Gülməmmədov kənar dövlət maliyyə nəzarəti tədbirlərinin nəticələrinə istinad edərək, maliyyə hesabatlılığı sahəsində aşkar edilmiş çatışmazlıq və uyğunsuzluqların aradan qaldırılmasında müvafiq sahədə fəaliyyət göstərən mütəxəssislərin peşəkar bilik və bacarıqlarının fasiləsiz təkmilləşdirilməsinin mühüm əhəmiyyət daşıdığını qeyd edib. O, eyni zamanda maliyyə hesabatlarının hazırlanmasında qanunvericilik normalarına riayət olunmasının və məsuliyyət mexanizmlərinin gücləndirilməsinin xüsusi önəm kəsb etdiyini bildirib.
DVX rəisi Orxan Nəzərli öz çıxışında vergi qanunvericiliyinin praktikada tətbiqi ilə bağlı məsələlərə toxunub. O, Hesablama Palatası ilə DVX arasında həyata keçirilən birgə tədbirlərin təcrübə və informasiya mübadiləsinin genişlənməsinə, həmçinin dövlət maliyyəsinin idarə olunması sahəsinin inkişafına şərait yaratdığını bildrib.
Xidmət rəisi Dövlət Vergi Xidməti tərəfindən vergi qanunvericiliyi sahəsində maarifləndirmə fəaliyyətlərinin diqqət mərkəzində saxlanıldığını, şəffaflığın təminatı baxımından vergi və maliyyə hesabatlılığına dair müzakirə platformasının əhəmiyyətini vurğulayıb.
Təlim zamanı vergi qanunvericiliyindəki yeniliklərlə bağlı təqdimatlar nümayiş olunub, maliyyə hesabatlılığı üzrə audit nəticələri barədə məlumatlar paylaşılıb, mövzular ətrafında geniş müzakirələr aparılıb.
02:30 / 03 Noyabr 2026
18
01:55 / 03 Noyabr 2026
72
00:25 / 03 Noyabr 2026
119
00:20 / 03 Noyabr 2026
215
00:15 / 03 Noyabr 2026
159
00:15 / 03 Noyabr 2026
106
00:06 / 03 Noyabr 2026
203
23:44 / 02 Noyabr 2026
189
23:39 / 02 Noyabr 2026
108
23:38 / 02 Noyabr 2026
93
23:37 / 02 Noyabr 2026
133
23:32 / 02 Noyabr 2026
108
23:28 / 02 Noyabr 2026
107
23:24 / 02 Noyabr 2026
186
23:19 / 02 Noyabr 2026
137
23:12 / 02 Noyabr 2026
111
23:05 / 02 Noyabr 2026
129
23:05 / 02 Noyabr 2026
121
22:55 / 02 Noyabr 2026
406
22:48 / 02 Noyabr 2026
337
22:44 / 02 Noyabr 2026
103
22:27 / 02 Noyabr 2026
137
22:25 / 02 Noyabr 2026
115
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.