Trampın Əliyevi ABŞ-yə dəvəti Azərbaycana nə verəcək? — SİYASİ ŞƏRH
02 Noyabr 2026, 22:55
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
754
09.10.2026, 13:34
Avropaya gedən yolda Azərbaycan ön plana çıxır: Yeni layihələr nələri DƏYİŞƏCƏK?
Oktyabrın 8-də Türkmənistanın Türkmənbaşı şəhərində Azərbaycan Respublikası və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşü keçirilib.
Bu mühüm tədbirdə ölkəmiz tamhüquqlu üzv qismində təmsil olunub.
Azərbaycanın bu nüfuzlu platformada yer alması ölkəmizin xarici siyasətində və regional əməkdaşlıq strategiyasında mühüm hadisədir.
Zirvə görüşü çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev ilə Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov arasında ikitərəfli görüş baş tutub.
Danışıqlar zamanı tərəflər ölkələrimiz arasında tərəfdaşlığın daha da möhkəmləndirilməsi və regional əməkdaşlığın genişləndirilməsi məsələlərini yüksək qiymətləndirmişlər.
Son illərdə Azərbaycan ilə Mərkəzi Asiya dövlətləri arasındakı çoxtərəfli münasibətlər keyfiyyətcə yeni mərhələyə yüksəlmişdir. Xüsusilə ticarət dövriyyəsində müşahidə olunan əhəmiyyətli artım iqtisadi əlaqələrin dinamik inkişaf etdiyini açıq şəkildə nümayiş etdirir.
Eyni zamanda, nəqliyyat-logistika sahəsində, o cümlədən Orta Dəhlizin potensialının artırılması istiqamətində mühüm addımlar atılır. Yaşıl enerji dəhlizlərinin yaradılması və rəqəmsal bağlantıların genişləndirilməsi isə gələcək əməkdaşlığın əsas prioritetlərindəndir.
Bu strateji təşəbbüslər Cənubi Qafqaz ilə Mərkəzi Asiya regionları arasındakı inteqrasiyanı daha da dərinləşdirir.
Mövzu ilə bağlı Oxu24.com-a açıqlama verən Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi sədrinin müavini Azər Badamov bildirib ki, Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşündə tamhüquqlu üzv kimi iştirakı ölkəmizin xarici siyasətində və regional əməkdaşlıq strategiyasında mühüm hadisədir.
Deputatın sözlərinə görə, bu addım Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə münasibətlərinin yeni mərhələyə yüksəldiyini, ölkəmizin regional proseslərdə rolunun artdığını və ortaq inkişaf gündəliyinin formalaşmasında daha fəal iştirak etdiyini nümayiş etdirir:
"Azərbaycanın bu platformada təmsil olunması Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında siyasi, iqtisadi və strateji əlaqələrin daha geniş coğrafiyada inkişaf etdirilməsinə töhfə verəcəkdir. Azərbaycanın bu əməkdaşlıq formatına qoşulması regionlararası inteqrasiyanı gücləndirməklə yanaşı, ölkəmizin beynəlxalq nüfuzunun və strateji tərəfdaşlıq imkanlarının daha da artmasına şərait yaradır”.
Azər Badamov qeyd edib ki, ticarət dövriyyəsində qeydə alınmış yüksək artım templəri iqtisadi əlaqələrin genişləndiyini göstərən mühüm göstəricidir. Bununla belə, mövcud nəticələr tərəflər arasında iqtisadi potensialın tam reallaşdırıldığını deməyə əsas vermir. Qarşılıqlı ticarətin artırılması, yeni investisiyaların cəlb edilməsi və birgə istehsal layihələrinin həyata keçirilməsi üçün geniş imkanlar mövcuddur.
Azər Badamov vurğulayıb ki, Azərbaycanın Özbəkistan, Qazaxıstan və Qırğızıstanla birgə investisiya fondları yaratması bu baxımdan xüsusi əhəmiyyət daşıyır:
“Kapitalı yüz milyonlarla dollarla ölçülən həmin fondlar birgə layihələrin maliyyələşdirilməsi, istehsal güclərinin artırılması və rəqabətqabiliyyətli məhsulların beynəlxalq bazarlara çıxarılması üçün əlverişli imkanlar yaradır. Nəqliyyat-logistika sahəsində, xüsusilə də Avropa ilə Asiyanı birləşdirən Orta Dəhlizin əhəmiyyətinin artması ölkəmizin tranzit imkanlarını və beynəlxalq nəqliyyat sistemindəki mövqeyini daha da gücləndirir. Daşımaların həcmində qeydə alınan artımlar marşruta beynəlxalq marağın yüksəldiyini açıq göstərir”.
Bundan əlavə, deputat əlavə edib ki, Azərbaycan Türkmənistan və Qazaxıstan neftinin beynəlxalq bazarlara nəqlində tranzit ölkə kimi mühüm rol oynayır.
Komitə sədrinin müavini bildirib ki, enerji və nəqliyyatla yanaşı, rəqəmsal infrastruktur və bərpa olunan enerji sahəsində əməkdaşlıq da gələcək üçün mühüm perspektivlər açır:
“Mərkəzi Asiyanı Azərbaycan üzərindən Avropa ilə birləşdirəcək Rəqəmsal İpək Yolu layihəsi regionlararası məlumat mübadiləsinin genişləndirilməsi baxımından böyük perspektivlər vəd edir. Azərbaycan, Özbəkistan və Qazaxıstan arasında yaşıl enerji dəhlizinin yaradılması istiqamətində əldə olunmuş razılaşmalar isə Mərkəzi Asiyada istehsal edilən bərpa olunan enerjinin Avropa bazarlarına çatdırılması üçün yeni imkanlar formalaşdırır. Əminliklə demək olar ki, Mərkəzi Asiya ölkələri ilə münasibətlərin bu səviyyədə inkişafı Azərbaycanın beynəlxalq nüfuzunun artmasına, iqtisadi imkanlarının genişlənməsinə və regionda uzunmüddətli sabitliyə əhəmiyyətli töhfə verəcək”.
Çimnaz Telmanqızı
01:55 / 03 Noyabr 2026
49
00:25 / 03 Noyabr 2026
116
00:20 / 03 Noyabr 2026
207
00:15 / 03 Noyabr 2026
153
00:15 / 03 Noyabr 2026
101
00:06 / 03 Noyabr 2026
193
23:44 / 02 Noyabr 2026
183
23:39 / 02 Noyabr 2026
104
23:38 / 02 Noyabr 2026
90
23:37 / 02 Noyabr 2026
130
23:32 / 02 Noyabr 2026
103
23:28 / 02 Noyabr 2026
104
23:24 / 02 Noyabr 2026
177
23:19 / 02 Noyabr 2026
135
23:12 / 02 Noyabr 2026
110
23:05 / 02 Noyabr 2026
125
23:05 / 02 Noyabr 2026
117
22:55 / 02 Noyabr 2026
392
22:48 / 02 Noyabr 2026
324
22:44 / 02 Noyabr 2026
102
22:27 / 02 Noyabr 2026
132
22:25 / 02 Noyabr 2026
114
22:22 / 02 Noyabr 2026
104
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.