Trampın Əliyevi ABŞ-yə dəvəti Azərbaycana nə verəcək? — SİYASİ ŞƏRH
02 Noyabr 2026, 22:55
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
3057
09.10.2026, 13:13
Azərbaycanın Mərkəzi Asiyaya sədrliyi regionda hansı geosiyasi dəyişikliklərə yol açacaq? — ŞƏRH
Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət Görüşünə sədrliyi qəbul etməsini böyük məmnuniyyətlə alqışlayıb.
O bildirib ki, Azərbaycanın bu sədrliyi format çərçivəsində həyata keçirilən əməkdaşlığa əlavə impuls verəcəkdir. Mirziyoyev həmçinin bu əməkdaşlığın ölkələr arasında birlik, qarşılıqlı etimad və həmrəyliyin möhkəmlənməsinə mühüm töhfə verəcəyini vurğulayıb.
Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşünə sədrlik etməsi ölkəmizin bu regionla münasibətlərində tamamilə yeni imkanlar açır.
Bu proses iki region arasında inteqrasiyanın daha intensiv şəkildə həyata keçirilməsinə zəmin yaradır.
Qeyd olunan format çərçivəsində Azərbaycanın əsas prioritetləri sırasında geosiyasi mövqelərin gücləndirilməsi və nəqliyyat-kommunikasiya xətlərinin inkişafı dayanır.
Yaranmış bu tarixi şəraitdə məsələni şərh edən politoloq Elçin Xalidbəyli mövzu ilə bağlı ətraflı təhlillərini bölüşüb.
Elçin Xalidbəyli Oxu24.com-a bildirib ki, Azərbaycan və Mərkəzi Asiya ölkələrinin dövlət başçılarının məşvərət məclisinə Azərbaycanın sədr seçilməsi rəsmi Bakının növbəti geosiyasi uğurlarından biridir.
Onun sözlərinə görə, hazırda Mərkəzi Asiya dünya miqyasında ən önəmli regionlardan biridir və bu region enerji ehtiyatları ilə zəngindir.
Politoloq qeyd edib ki, həmin regionun mövcud enerji resurslarını dünya bazarlarına çıxarmaq üçün müxtəlif dəhlizlər, marşrutlar və nəqliyyat-kommunikasiya xətləri axtarması danılmaz reallıqdır. Məhz bu məqamda Azərbaycanın rolu və yeri xüsusi əhəmiyyət kəsb edir:
“Azərbaycan Orta Asiya və Avropa arasındakı nəqliyyat-kommunikasiya xətlərinin üzərində yerləşir və bu baxımdan coğrafi mövqeyi unikaldır. Ölkəmizin artıq hazır olan idxal-ixrac xətləri, nəqliyyat-kommunikasiya infrastrukturu Mərkəzi Asiya ölkələri tərəfindən böyük maraqla qarşılanır. Proses təkcə enerji resurslarının ixracı ilə məhdudlaşmır, eyni zamanda yükdaşımalar, logistika, enerji təhlükəsizliyi, iqtisadi-ticarət münasibətlərinin inkişafı və orta dəhlizin fəaliyyət imkanlarının genişləndirilməsini əhatə edir”.
Elçin Xalidbəyli vurğulayıb ki, Azərbaycan Mərkəzi Asiya ölkələri ilə iqtisadi-ticarət inteqrasiyasını dərinləşdirir və bu ölkələrin dünya bazarlarına çıxışı üçün mühüm pəncərə rolunu oynayır. Hər iki tərəf üçün bu əməkdaşlıq genişmiqyaslı faydalar və mənfəətlər vəd edir. Üstəlik, rəsmi Bakının Cənubi Qafqazda, Xəzəryanı bölgədə və bütövlükdə qlobal məkanda nüfuzunun genişlənməsi onun bütün geosiyasi istiqamətlərdə öz iradəsini hiss etdirmək imkanlarını artırır.
Sonda politoloq bildirib ki, Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Məclisinin sədrliyinə razılıq verməsi ölkəmizin həm Cənubi Qafqaz, həm Xəzəryanı bölgə, həm də Mərkəzi Asiyada ən avanqard dövlətlər sırasında yer aldığını sübut edir. Bütün bu amilləri nəzərə aldıqda, Azərbaycanın inkişaf perspektivlərinin və hədəf prioritetlərinin önü hazırda geniş şəkildə açıqdır.
Çimnaz Telmanqızı
01:55 / 03 Noyabr 2026
49
00:25 / 03 Noyabr 2026
116
00:20 / 03 Noyabr 2026
207
00:15 / 03 Noyabr 2026
153
00:15 / 03 Noyabr 2026
101
00:06 / 03 Noyabr 2026
193
23:44 / 02 Noyabr 2026
183
23:39 / 02 Noyabr 2026
104
23:38 / 02 Noyabr 2026
90
23:37 / 02 Noyabr 2026
130
23:32 / 02 Noyabr 2026
103
23:28 / 02 Noyabr 2026
104
23:24 / 02 Noyabr 2026
177
23:19 / 02 Noyabr 2026
135
23:12 / 02 Noyabr 2026
110
23:05 / 02 Noyabr 2026
125
23:05 / 02 Noyabr 2026
117
22:55 / 02 Noyabr 2026
392
22:48 / 02 Noyabr 2026
324
22:44 / 02 Noyabr 2026
102
22:27 / 02 Noyabr 2026
132
22:25 / 02 Noyabr 2026
114
22:22 / 02 Noyabr 2026
104
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.