“Qarabağ Azərbaycandır və nida” bəyanatının nida işarəsi Xankəndidə qoyuldu - RƏY
08 Noyabr 2026, 14:49
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
408
17.09.2026, 21:46
DTX rəisi general-polkovnik Əli Nağıyev Türkdilli Dövlətlərin Xüsusi Xidmət Orqanları Konfransının 28-ci iclasında iştirak edib.
Bu barədə Oxu24.com-a Dövlət Təhlükəsizliyi Xidmətinin Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-polkovnik Əli Nağıyevin rəhbərlik etdiyi nümayəndə heyəti Qazaxıstan Respublikasında keçirilən Türkdilli Dövlətlərin Xüsusi Xidmət Orqanları Konfransının 28-ci iclasında iştirak edib.
Tədbirdə çıxış edən DTX rəisi müasir geosiyasi proseslərin doğurduğu yeni qlobal və regional təhdidlərə, o cümlədən davam edən genişmiqyaslı hərbi qarşıdurmaların nəqliyyat dəhlizlərinin fəaliyyətində yaratdığı ağır fəsadlara diqqət çəkib.
Çıxışda vətəndaşların müxtəlif yollarla hərbi əməliyyatlara muzdlu döyüşçü qismində cəlb olunması, habelə döyüş zonalarından qanunsuz çıxarılan silah-sursat və partlayıcı maddələrin qaçaqmalçılığı kriminogen vəziyyəti ağırlaşdıran təhlükəsizlik mühitinə ciddi təhdid kimi qiymətləndirilib.
Xidmət rəisi Yaxın Şərqdə davam edən böhranların, o cümlədən strateji boğazların blokadaya alınmasının dünya ticarətinə, enerji təhlükəsizliyinə və qlobal iqtisadiyyata mənfi təsirlərini qeyd etməklə mövcud qeyri-müəyyənliklər şəraitində heç bir dövlətin baş verən proseslərdən kənarda qala bilməyəcəyini, milli təhlükəsizliyin etibarlı təmin edilməsi və qarşıda duran çağırışlara vahid mövqedən yanaşılması məqsədilə tərəfdaş dövlətlər arasında təcrübə və məlumat mübadiləsinin daha da genişləndirilməsinin vacibliyini vurğulayıb.
Dünyada mövcud vəziyyətin qiymətləndirildiyi, müasir çağırışlar fonunda regional təhlükəsizliyin təmin olunması istiqamətində zəruri addımların müzakirə edildiyi iclasda müvafiq məsələləri əhatə edən yekun sənəd imzalanıb.
14:49 / 08 Noyabr 2026
1
14:44 / 08 Noyabr 2026
40
14:31 / 08 Noyabr 2026
62
13:45 / 08 Noyabr 2026
218
13:35 / 08 Noyabr 2026
413
13:21 / 08 Noyabr 2026
100
13:16 / 08 Noyabr 2026
121
13:06 / 08 Noyabr 2026
119
12:47 / 08 Noyabr 2026
250
12:46 / 08 Noyabr 2026
107
12:39 / 08 Noyabr 2026
106
12:35 / 08 Noyabr 2026
607
12:29 / 08 Noyabr 2026
130
12:28 / 08 Noyabr 2026
128
12:27 / 08 Noyabr 2026
117
12:22 / 08 Noyabr 2026
121
12:17 / 08 Noyabr 2026
113
12:16 / 08 Noyabr 2026
130
12:14 / 08 Noyabr 2026
139
12:05 / 08 Noyabr 2026
278
11:59 / 08 Noyabr 2026
769
11:52 / 08 Noyabr 2026
208
11:48 / 08 Noyabr 2026
109
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.