Trampın Əliyevi ABŞ-yə dəvəti Azərbaycana nə verəcək? — SİYASİ ŞƏRH
02 Noyabr 2026, 22:55
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
562
16.09.2026, 21:24
"Qarabağda və Azərbaycanın digər bölgələrində Qafqaz Albaniyasının zəngin xristian irsinin izləri var".
APA xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Ərəb Media Forumunda çıxışı ilə bağlı "X" hesabındakı paylaşımda qeyd edib.
“Qafqaz Albaniyasının qədim dövləti və onun zəngin xristian irsi haqqında danışdım. Bu irsin davamlı və xüsusilə əhəmiyyətli izlərini Qarabağda və Azərbaycanın digər bölgələrində görmək mümkündür.
Azərbaycanın əsrlər boyu davam edən multikulturalizm və dini birgəyaşayış ənənələrini, eləcə də ölkəmizin mənşəyindən və dini mənsubiyyətindən asılı olmayaraq zəngin mədəni və dini irsi qorumaq, mühafizə etmək və bərpa etmək öhdəliyini vurğuladım.
Həmçinin işğal illərində Azərbaycanın dini və mədəni irsinə qarşı həyata keçirilmiş genişmiqyaslı dağıntılar, təhqirlər və dəyişikliklər barədə danışdım. Tarixi həqiqətlərin qorunmasının və mədəni irsin gələcək nəsillər üçün saxlanılmasının vacibliyini qeyd etdim.
Gürcüstanın xarici işlər naziri, BƏƏ-nin iqtisadiyyat və turizm naziri ilə birgə iştirak etdiyim panelə “Euronews”un baş icraçı direktoru moderatorluq etdi", - Hikmət Hacıyev vurğulayıb.
02:30 / 03 Noyabr 2026
18
01:55 / 03 Noyabr 2026
72
00:25 / 03 Noyabr 2026
119
00:20 / 03 Noyabr 2026
215
00:15 / 03 Noyabr 2026
159
00:15 / 03 Noyabr 2026
106
00:06 / 03 Noyabr 2026
203
23:44 / 02 Noyabr 2026
189
23:39 / 02 Noyabr 2026
108
23:38 / 02 Noyabr 2026
93
23:37 / 02 Noyabr 2026
133
23:32 / 02 Noyabr 2026
108
23:28 / 02 Noyabr 2026
107
23:24 / 02 Noyabr 2026
186
23:19 / 02 Noyabr 2026
137
23:12 / 02 Noyabr 2026
111
23:05 / 02 Noyabr 2026
129
23:05 / 02 Noyabr 2026
121
22:55 / 02 Noyabr 2026
406
22:48 / 02 Noyabr 2026
337
22:44 / 02 Noyabr 2026
103
22:27 / 02 Noyabr 2026
137
22:25 / 02 Noyabr 2026
115
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.