Pezeşkian Moskvaya səfər edəcək
24 Oktyabr 2026, 18:55
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
475
14.09.2026, 14:15
Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin müşayiəti ilə sentyabrın 11-də Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura ikigünlük səfəri baş tutub. Səfər çərçivəsində 58 ölkə və 9 beynəlxalq təşkilatı təmsil edən 150 nəfərdən ibarət nümayəndə heyəti bölgədə aparılan genişmiqyaslı bərpa işləri ilə yaxından tanış olub. Bu cür tədbirlər işğaldan azad edilmiş ərazilərdə erməni vandallığının izlərini və həyata keçirilən qlobal layihələri beynəlxalq ictimaiyyətə çatdırmaq üçün mühüm platformadır. Diplomatların birbaşa müşahidələri ölkəmizin haqlı mövqeyinin dünyaya çatdırılmasında mühüm rol oynayır.
Mövzu ilə bağlı Oxu24.com-un suallarını siyasi şərhçi Taleh Əliyev cavablandırıb.
Taleh Əliyev: "Bu səfərlər xarici siyasətimizin prioritetlərinin təbliği üçün mühüm fürsətdir"
Siyasi şərhçi Taleh Əliyev bildirib ki, Azərbaycanda akkreditə olunmuş xarici ölkə səfirlərinin və diplomatik korpus nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura səfəri təkrarolunmaz əhəmiyyətə malikdir. Bu cür tədbirlər təkcə Qarabağ həqiqətlərini təmsil etdikləri ölkələrin ictimaiyyətinə çatdırmaq deyil, eyni zamanda Azərbaycan dövlətinin xarici siyasətinin prioritetlərini müzakirə etmək üçün yaxşı fürsətdir.
Onun sözlərinə görə, bu görüşün əsas müzakirə mövzularından biri Azərbaycanla Ermənistan arasında əldə olunan sülh danışıqları və bu danışıqların gedişi ilə bağlı məsələlər olub.
Şərhçi qeyd edib ki, bütün müzakirə olunan məsələlərin yekunu olaraq, Azərbaycan dövlətinin xarici siyasətinin prioritet istiqamətlərindən biri məhz son zamanlar yenidən həm Rusiya, həm də Qərb mediasında qondarma erməni, daha doğrusu, qondarma "Dağlıq Qarabağ" mövzusunun gündəmə gətirildiyi bir şəraitdə Qarabağ həqiqətlərinin bir daha dünya ictimaiyyətinin nəzərinə çatdırılmasıdır:
“Bu istiqamətdə səfirlərin və digər səfirlik nümayəndələrinin praktik olaraq həm Qarabağ, həm də Şərqi Zəngəzura səfər etməsi, orada erməni vandallığının xatırladan işğaldan qalma izlərini və Qarabağın işğaldan azad olunmasından sonra orada aparılan quruculuq-bərpa işlərinin canlı şahidləri kimi çıxış etmələri mühüm əhəmiyyət daşıyır”.
"Şahidi olduqları real prosesləri öz ölkələrində davam etdirəcəklər"
Taleh Əliyev vurğulayıb ki, səfirlik nümayəndələri qayıdıb fəaliyyətlərini davam etdirəcəkləri ölkələrdə təşkil edəcəkləri tədbirdə artıq ümumi sözlərlə deyil, həm də görmüş olduqları, şahidi olduqları real hadisə və prosesləri həmin ölkə ictimaiyyətinin diqqətinə çatdıra biləcəklər:
“Bu baxımdan hesab edirəm ki, belə tədbir ənənəvi xarakter almalıdır. Qarşıdakı illərdə də həm bütövlükdə Azərbaycan xarici siyasətinin prioritetlərinin ölkə daxilində həm rəsmi, həm də işgüzar formatda müzakirə masası kimi bu tədbirin formatı çox önəmlidir. Eyni zamanda, Qarabağ həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması baxımından Qarabağda aparılan quruculuq və böyük qayıdış prosesi ilə yaxından tanış olmaq çox yerində olan bir diplomatik həmlə kimi də qiymətləndirilə bilər”.
Çimnaz Telmanqızı
23:16 / 24 Oktyabr 2026
156
22:52 / 24 Oktyabr 2026
120
22:34 / 24 Oktyabr 2026
113
22:14 / 24 Oktyabr 2026
89
22:05 / 24 Oktyabr 2026
292
21:42 / 24 Oktyabr 2026
1888
21:28 / 24 Oktyabr 2026
96
21:12 / 24 Oktyabr 2026
95
21:07 / 24 Oktyabr 2026
95
20:52 / 24 Oktyabr 2026
93
20:34 / 24 Oktyabr 2026
98
20:31 / 24 Oktyabr 2026
968
20:12 / 24 Oktyabr 2026
105
20:05 / 24 Oktyabr 2026
108
19:55 / 24 Oktyabr 2026
100
19:40 / 24 Oktyabr 2026
99
19:09 / 24 Oktyabr 2026
136
18:55 / 24 Oktyabr 2026
94
18:40 / 24 Oktyabr 2026
111
18:27 / 24 Oktyabr 2026
104
18:20 / 24 Oktyabr 2026
446
18:13 / 24 Oktyabr 2026
681
18:07 / 24 Oktyabr 2026
93
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.