Günün fotosu!
08 Noyabr 2026, 18:13
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
242
12.08.2026, 10:52
Müdafiə Nazirliyinin rəhbər heyəti Əlahiddə Ümumqoşun Ordunun (ƏÜO) hərbi hissələrində xidməti-döyüş fəaliyyətinin təşkili və hərbi qulluqçular üçün yaradılan sosial-məişət şəraiti ilə tanış olub.
MN-dən APA-ya verilən xəbərə görə, döyüş mövqelərində xidmət edən şəxsi heyətlə söhbətlər aparılıb, onların qayğıları ilə maraqlanılıb.
Bildirilib ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin diqqət və qayğısı sayəsində hərbi hissələrdə şəxsi heyətin sosial-məişət şəraitinin yaxşılaşdırılmasını təmin edən bütün zəruri infrastruktur yaradılıb. Hərbi hissələrin döyüş qabiliyyətinin yüksək səviyyədə saxlanılması, döyüş növbətçiliyinin fasiləsiz və təhlükəsiz təşkili məqsədilə bütün lazımi tədbirlər həyata keçirilib.
Qeyd olunub ki, hərbi hissələrin döyüş mövqelərində artilleriya zərbələri və pilotsuz uçuş aparatlarının təhdidlərinə dayanıqlı mühəndis fortifikasiya qurğuları hazırlanıb.
Daha sonra təlim poliqonunda olan nazirliyin rəhbərliyinə məlumat verilib ki, burada bölmələrin döyüş hazırlığı planlarında nəzərdə tutulmuş təlim və məşqlərin real döyüş vəziyyətinə uyğun keçirilməsinə imkan yaradılıb.
Sonda müdafiə naziri general-polkovnik Zakir Həsənov şəxsi heyətin sosial-məişət şəraitinin yaxşılaşdırılması, döyüş hazırlığı məşğələlərinin intensivliyinin daha da artırılması, eləcə də silah və texnikanın səmərəli tətbiqinin öyrənilməsi ilə bağlı aidiyyəti vəzifəli şəxslərə tapşırıqlar verib.
18:13 / 08 Noyabr 2026
1
18:11 / 08 Noyabr 2026
20
18:09 / 08 Noyabr 2026
23
17:43 / 08 Noyabr 2026
84
17:41 / 08 Noyabr 2026
81
17:27 / 08 Noyabr 2026
185
17:23 / 08 Noyabr 2026
98
17:20 / 08 Noyabr 2026
796
17:18 / 08 Noyabr 2026
69
17:14 / 08 Noyabr 2026
88
16:34 / 08 Noyabr 2026
2175
16:25 / 08 Noyabr 2026
89
16:12 / 08 Noyabr 2026
192
16:06 / 08 Noyabr 2026
201
15:17 / 08 Noyabr 2026
170
15:13 / 08 Noyabr 2026
843
14:59 / 08 Noyabr 2026
142
14:54 / 08 Noyabr 2026
145
14:49 / 08 Noyabr 2026
138
14:44 / 08 Noyabr 2026
295
14:31 / 08 Noyabr 2026
142
13:45 / 08 Noyabr 2026
341
13:35 / 08 Noyabr 2026
835
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.