Yüksək vəzifəyə təyinat oldu - FOTO
12 Sentyabr 2026, 18:54
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
1394
07.08.2026, 13:45
Ermənistanda Nikol Paşinyanın yenidən baş nazir seçilməsindən sonra ona yalnız Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin zəng edərək təbriklərini çatdırması diqqət mərkəzinə düşüb. Moskvanın İrəvana təzyiqlərinin artdığı, Ermənistanın KTMT və Avrasiya İqtisadi İttifaqından çıxarılması ilə bağlı çağırışların səsləndiyi bir dövrdə bu diplomatik təmas xüsusi çəki kəsb edir. Çünki Qazaxıstan həm KTMT-nin, həm də Avrasiya İqtisadi İttifaqının fəal üzvü olaraq regiondakı proseslərdə birbaşa maraqlı tərəf kimi çıxış edir. Cənubi Qafqazda sülh prosesinin intensivləşməsi, nəqliyyat-kommunikasiya xətlərinin açılması və Orta Dəhlizin aktuallaşması bu zəngin arxasında duran geosiyasi motivləri üzə çıxarır. Rusiya-Ukrayna müharibəsindən sonra alternativ logistika marşrutlarına ehtiyacın artması Astananın Azərbaycan üzərindən Avropaya çıxış imkanlarını genişləndirmək səylərini sürətləndirib. Bu baxımdan Zəngəzur istiqaməti və nəqliyyat dəhlizlərinin açılması Qazaxıstanın regional iqtisadi hesablamalarında həlledici rol oynayır.
Mövzu ilə bağlı Oxu24.com-a açıqlama verən politoloq Rəşad Bayramov bildirib ki, Tokayev-Paşinyan təması sadəcə protokol qaydası deyil, daha dərin strateji məqsədlərə xidmət edir.
Politoloqun sözlərinə görə, Ermənistana Rusiya tərəfindən olan təzyiqlər, KTMT-də səs hüququndan məhrum edilmə və Aİİ-dən çıxarılma hədələri fonında Qazaxıstan liderinin bu addımı olduqca diqqətçəkicidir:
"Qazaxıstan həm KTMT, həm də Aİİ üzvüdür. Buna baxmayaraq, Astananın İrəvanla siyasi dialoqu saxlaması rəsmi Qazaxıstanın müstəqil və çoxvektorlu xarici siyasət yürütdüyünü bir daha sübut edir. Astana həm Türk Dövlətləri Təşkilatında fəal rol oynayır, həm də Avrasiya məkanındakı digər inteqrasiya platformalarında Ermənistanla əməkdaşlığı davam etdirməkdə maraqlıdır”.
Rəşad Bayramov vurğulayıb ki, son illərdə Cənubi Qafqazda sülh prosesinin yeni mərhələyə keçməsi və Orta Dəhlizin əhəmiyyətinin artması belə təmaslara daha geniş geosiyasi çalar qazandırır:
"Qazaxıstan üçün Cənubi Qafqaz Avropa ilə Asiya arasında yükdaşımaların əsas marşrutlarından biridir. Xəzər dənizi üzərindən Azərbaycan vasitəsilə Avropaya uzanan Orta Dəhliz son illərdə həm iqtisadi, həm də geostrateji baxımdan əhəmiyyətini artırıb. Rusiya-Ukrayna müharibəsindən sonra alternativ nəqliyyat marşrutlarına marağın yüksəlməsi Qazaxıstanın da bu istiqamətdə fəaliyyətini intensivləşdirib. Bu səbəbdən Astana regionda sabitliyin və kommunikasiyaların açılmasının tərəfdarı kimi çıxış edir”.
Politoloq xüsusilə Zəngəzur istiqamətinin bu prosesdə əsas həlqə olduğunu qeyd edib:
"Əgər gələcəkdə Azərbaycan və Ermənistan arasında nəqliyyat-kommunikasiya xətləri ilə bağlı qarşılıqlı məqbul razılaşma əldə olunarsa, bu, Orta Dəhlizin imkanlarını daha da genişləndirəcək. Belə bir inkişaf Qazaxıstan üçün Avropa bazarlarına çıxışın alternativlərini artırmaqla yanaşı, Xəzər üzərindən daşınan yüklərin həcminin artmasına da töhfə verəcək”.
Ekspert hesab edir ki, Tokayevin Paşinyanla təması Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasına dəstək mesajı kimi qiymətləndirilməlidir:
"Regionda davamlı sülhün əldə olunması yalnız Bakı və İrəvan üçün deyil, həm də Orta Dəhliz boyunca yerləşən dövlətlərin iqtisadi maraqları baxımından vacibdir. Kommunikasiya xətlərinin bərpası yükdaşımaların şaxələndirilməsinə, logistika xərclərinin azalmasına və ticarət dövriyyəsinin genişlənməsinə xidmət edəcək ki, bundan da hər kəs, o cümlədən Qazaxıstan qazanacaq. Yekun olaraq deyə bilərik ki, Astananın məqsədi Cənubi Qafqazda dayanıqlı sülhün formalaşması və beynəlxalq nəqliyyat marşrutlarının təhlükəsiz fəaliyyətini təmin etməkdir”.
Çimnaz Telmanqızı
00:51 / 13 Sentyabr 2026
78
00:35 / 13 Sentyabr 2026
402
00:14 / 13 Sentyabr 2026
897
00:06 / 13 Sentyabr 2026
374
23:49 / 12 Sentyabr 2026
93
23:38 / 12 Sentyabr 2026
176
23:34 / 12 Sentyabr 2026
116
23:31 / 12 Sentyabr 2026
89
22:35 / 12 Sentyabr 2026
91
22:31 / 12 Sentyabr 2026
80
22:26 / 12 Sentyabr 2026
133
22:25 / 12 Sentyabr 2026
240
22:22 / 12 Sentyabr 2026
102
22:14 / 12 Sentyabr 2026
103
22:13 / 12 Sentyabr 2026
779
22:02 / 12 Sentyabr 2026
691
21:52 / 12 Sentyabr 2026
183
21:34 / 12 Sentyabr 2026
373
21:25 / 12 Sentyabr 2026
3345
21:20 / 12 Sentyabr 2026
87
21:14 / 12 Sentyabr 2026
99
21:05 / 12 Sentyabr 2026
81
20:48 / 12 Sentyabr 2026
91
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.