10 gün ərzində qeydiyyata düşməyənləri CƏRİMƏ GÖZLƏYİR – Hüquqşünas açıqladı
04 Oktyabr 2026, 16:55
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
326
04.08.2026, 21:38
Rusiya Prezidenti Vladimir Putinin Qazaxıstan və Özbəkistanla hərbi-texniki əməkdaşlığın şərtlərinə yenidən baxılması barədə göstərişi Moskvanın postsovet məkanında təhlükəsizlik siyasətində yeni mərhələnin başlandığını göstərir. “Svobodnaya Pressa”nın yazdığına görə, Moskva bununla təkcə iki ölkə ilə silah və hərbi texnika sahəsində əməkdaşlığı genişləndirməyi deyil, regionda tamamilə yeni hərbi-strateji əlaqələr sistemi formalaşdırmağı hədəfləyə bilər.
Politoloq Boqdan Bezpalkonun fikrincə, Moskva KTMT-nin fəaliyyət formatına yenidən baxaraq təşkilatdankənar ikitərəfli hərbi müqavilələrə daha çox üstünlük verə bilər və Ermənistanın təşkilatdan faktiki uzaqlaşdığı bir vaxtda bu yanaşma xüsusi aktuallıq qazanır. Nəşrin digər eksperti Aleksandr Perenciyev isə daha geniş təhlükəsizlik modelinin yarana biləcəyini düşünür, çünki Rusiya əvvəllər Şanxay Əməkdaşlıq Təşkilatı çərçivəsində regional təhlükəsizlik mexanizmlərinin gücləndirilməsi ideyasını irəli sürüb və gələcək prosesə Çinin də qoşulması istisna edilmir. Beləliklə, söhbət yalnız KTMT-nin yenilənməsindən deyil, Rusiya, Mərkəzi Asiya ölkələri və potensial olaraq Çinin iştirak etdiyi daha geniş hərbi-strateji platformadan gedir.
Bu qlobal və regional proseslər fonunda Azərbaycanın mövqeyi də xüsusi diqqət çəkir. Rusiya üçün strateji əhəmiyyət daşıyan “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi birbaşa Azərbaycan ərazisindən keçir və eyni zamanda Bakı Mərkəzi Asiya ölkələri ilə nəqliyyat-iqtisadi əlaqələrini sürətlə genişləndirir. Bu baxımdan Moskvanın Qazaxıstan və Özbəkistanla hərbi əməkdaşlığı yalnız təhlükəsizlik məsələsi ilə məhdudlaşmır, həm də mühüm nəqliyyat marşrutlarının və iqtisadi əlaqələrin təhlükəsizliyi ilə birbaşa bağlıdır. Azərbaycanın həm “Şimal-Cənub” dəhlizində, həm də Mərkəzi Asiya ilə Qərb arasındakı nəqliyyat bağlantılarında artan rolu onu yeni regional arxitekturanın mühüm elementinə çevirir.
Oxu24.com məsələ ilə bağlı NOCOMMENT.az-a danışan siyasi şərhçi Elçin Xalidbəylinin sözlərinə görə, Rusiya Cənubi Qafqazda və Mərkəzi Asiyada yaranan yeni reallıqlar fonunda təhlükəsizlik arxitekturasını yenidən formatlaşdırmağa məcburdur: "Ermənistanın Qərbə meyvələnərək KTMT-dən faktiki imtina etməsi və təşkilatın fəaliyyətini boykot etməsi Moskvanı alternativ mexanizmlər axtarmağa sövq edir. Məhz bu səbəbdən Kreml diqqətini Mərkəzi Asiya istiqamətinə, xüsusilə Qazaxıstan və Özbəkistanla ikitərəfli hərbi-texniki əməkdaşlığın gücləndirilməsinə yönəldib".
O, qeyd edib ki, bu yeni geosiyasi konfiqurasiyada Azərbaycanın adının çəkilməsi təsadüfi deyil və ölkəmizin malik olduğu nəqliyyat-logistika imkanları bu prosesdə mühüm rol oynayır: "Azərbaycan bu gün yalnız Cənubi Qafqazın deyil, həm də Xəzər hövzəsi və Mərkəzi Asiya regionunun əsas nəqliyyat-kommunikasiya qovşağına çevrilib. Xüsusilə “Şimal-Cənub” dəhlizinin işləməsi və Bakının Mərkəzi Asiya dövlətləri ilə qurduğu strateji tərəfdaşlıq münasibətləri Moskvanın yeni təhlükəsizlik və iqtisadi planlarında Azərbaycanı nəzərə almasını zəruri edir. Azərbaycan hərbi blokların üzvü olmasa da, iqtisadi və nəqliyyat təhlükəsizliyi baxımından regionun gələcək arxitekturasında həlledici söz sahiblərindən biridir".
20:06 / 04 Oktyabr 2026
20
19:55 / 04 Oktyabr 2026
39
19:44 / 04 Oktyabr 2026
77
19:23 / 04 Oktyabr 2026
50
19:16 / 04 Oktyabr 2026
82
19:09 / 04 Oktyabr 2026
72
18:44 / 04 Oktyabr 2026
70
18:34 / 04 Oktyabr 2026
57
17:50 / 04 Oktyabr 2026
80
17:45 / 04 Oktyabr 2026
75
17:35 / 04 Oktyabr 2026
82
17:30 / 04 Oktyabr 2026
533
17:23 / 04 Oktyabr 2026
367
17:20 / 04 Oktyabr 2026
55
16:58 / 04 Oktyabr 2026
2565
16:56 / 04 Oktyabr 2026
326
16:55 / 04 Oktyabr 2026
229
16:53 / 04 Oktyabr 2026
254
16:51 / 04 Oktyabr 2026
93
16:49 / 04 Oktyabr 2026
81
14:30 / 04 Oktyabr 2026
110
14:04 / 04 Oktyabr 2026
148
14:00 / 04 Oktyabr 2026
104
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.