Qaynar xətt:

(+99450) 247 90 86

Prezident bu ölkədəki baş konsullarımızı geri çağırdı, yeniləri təyin edildi 

Prezident bu ölkədəki baş konsullarımızı geri çağırdı, yeniləri təyin edildi 

SİYASƏT

79

27.07.2026, 13:59

Nərminə Elsevər qızı Mustafayeva Türkiyənin İstanbul şəhərində Azərbaycanın baş konsulu, eyni zamanda Azərbaycanın Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı yanında daimi nümayəndəsi vəzifələrindən geri çağırılıb.

Oxu24.com xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Dövlət başçısının daha bir Sərəncamı ilə Zamin Məmməd oğlu Əliyev isə Türkiyənin Qars şəhərində Azərbaycanın baş konsulu vəzifəsindən geri çağırılıb.

Digər Sərəncamlarla Qoşqar Aslan oğlu Zeynalov Qars şəhərinə, Zamin Məmməd oğlu Əliyev isə İstanbul şəhərinə baş konsul təyin ediliblər.

Qeyd edək ki, N.Mustafayeva 2020-ci ilin iyulunda, Z.Əliyev isə 2024-cü ilin noyabrında həmin vəzifəyə təyin edilmişdi.

Q.Zeynalov bu təyinatadək Xarici İşlər Nazirliyində (XİN) və diplomatik nümayəndəliklərdə, o cümlədən Azərbaycan Kanadadakı səfirliyində üçüncü katib kimi çalışıb.