ABŞ-dən Türkiyəyə rədd cavabı
25 İyul 2026, 23:29
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
1341
24.07.2026, 11:37
Fövqəladə Hallar Nazirliyi (FHN) qarşıdakı həftəsonu ölkədə gözlənilən isti hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib.
Oxu24.com xəbər verir ki, Nazirlikdən verilən məlumata görə, Milli Hidrometeorologiya Xidmətinin proqnozuna əsasən, şənbə və bazar günləri havanın temperaturu bəzi ərazilərdə 41 dərəcəyədək yüksələ bilər.
FHN bildirib ki, belə isti hava şəraitində ən kiçik ehtiyatsızlıq açıq ərazilərdə, meşə massivlərində və təsərrüfat sahələrində yanğınlara səbəb ola bilər. Eyni zamanda, yüksək temperatur fonunda kondisioner və digər məişət cihazlarından istifadənin artması elektrik şəbəkələrində yüklənməni artıraraq qısaqapanma riskini yüksəldir.
Nazirlik vətəndaşları yanğın təhlükəsizliyi qaydalarına ciddi əməl etməyə çağırıb. Bildirilib ki, elektrik qurğularının texniki vəziyyəti mütəmadi yoxlanılmalı, naqillərin həddindən artıq yüklənməsinə yol verilməməlidir.
Həmçinin əkin sahələri, xırmanlar, ot tayaları və digər yanğın riski yüksək olan ərazilərdə açıq oddan istifadə edilməməsi, siqaret kötüyü və kibrit çöplərinin ətrafa atılmaması tövsiyə olunub.
FHN meşə ərazilərinə yaxın yaşayan vətəndaşlara və istirahətə gedən şəxslərə də xəbərdarlıq edib. Qeyd olunub ki, meşələrdə tonqal yalnız xüsusi ayrılmış yerlərdə yandırılmalı, küləkli havalarda isə tonqal qalamaqdan çəkinilməlidir. Ərazi tərk edilərkən ocaq tam söndürülməlidir.
Nazirlik bir daha xatırladıb ki, yanğın və digər fövqəladə hallar zamanı 112 qaynar xəttinə müraciət etmək lazımdır.
09:50 / 26 İyul 2026
1
09:44 / 26 İyul 2026
120
09:43 / 26 İyul 2026
28
00:24 / 26 İyul 2026
135
23:29 / 25 İyul 2026
90
22:59 / 25 İyul 2026
140
22:45 / 25 İyul 2026
434
22:39 / 25 İyul 2026
145
22:26 / 25 İyul 2026
160
21:54 / 25 İyul 2026
141
21:27 / 25 İyul 2026
88
21:15 / 25 İyul 2026
147
21:02 / 25 İyul 2026
93
20:49 / 25 İyul 2026
121
20:30 / 25 İyul 2026
134
20:04 / 25 İyul 2026
117
19:56 / 25 İyul 2026
111
19:43 / 25 İyul 2026
173
19:30 / 25 İyul 2026
110
19:17 / 25 İyul 2026
173
18:45 / 25 İyul 2026
177
18:33 / 25 İyul 2026
250
18:19 / 25 İyul 2026
122
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.