"Al Arabiya" ABŞ və İran arasında mümkün razılaşmanın detallarını açıqlayıb
10 Noyabr 2026, 02:02
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
544
13.07.2026, 22:19
Bolqarıstan Rusiyaya qarşı Avropa İttifaqının hazırladığı yeni sanksiyalar paketini dəstəkləməyə hazır olduğunu açıqlayıb.
Oxu24.com Bolqarıstan Milli Xəbər Agentliyinə (BTA) istinadən xəbər verir ki, ölkənin xarici işlər naziri Velislava Petrova Brüsseldə keçirilən Aİ Xarici İşlər Şurasının iclası çərçivəsində jurnalistlərə bildirib ki, Bolqarıstanın irəli sürdüyü iradlar nəzərə alınıb.
"Bolqarıstanın rezervasiyaları nəzərə alınıb və biz paketi dəstəkləməyə hazırıq", – deyə nazir vurğulayıb.
Bununla yanaşı, Sofiya Rus Pravoslav Kilsəsinin rəhbəri Patriarx Kirillin və "LUKOIL" şirkətinin keçmiş prezidenti Vaqit Ələkbərovun sanksiya siyahısına daxil edilməsinə etirazını davam etdirir.
Bolqarıstan hesab edir ki, Patriarx Kirillə qarşı sanksiyalar nə iqtisadi təsir göstərəcək, nə də müharibənin başa çatmasına töhfə verəcək. Əksinə, bu addımın Rusiyada anti-Avropa təbliğatını gücləndirə biləcəyi qeyd olunur.
Vaqit Ələkbərovla bağlı isə Bolqarıstan bildirir ki, onun sanksiya siyahısına salınması ölkə iqtisadiyyatında mühüm rol oynayan "LUKOIL" qrupunun fəaliyyətinə mənfi təsir göstərə bilər.
Nazir əlavə edib ki, Yunanıstanın enerji sektoru, Avstriyanın isə maliyyə sektoru ilə bağlı etirazları səbəbindən Avropa Komissiyasının təklif etdiyi sanksiyalar paketi üzrə hələ tam razılıq əldə olunmayıb.
Velislava Petrova həmçinin iyulun 15-də Ukraynanın enerji təhlükəsizliyi ilə bağlı danışıqlar aparmaq məqsədilə Kiyevə səfər edəcəyini açıqlayıb.
Turan…
02:34 / 10 Noyabr 2026
36
02:02 / 10 Noyabr 2026
65
01:30 / 10 Noyabr 2026
117
01:19 / 10 Noyabr 2026
256
01:00 / 10 Noyabr 2026
106
00:25 / 10 Noyabr 2026
536
00:20 / 10 Noyabr 2026
113
00:14 / 10 Noyabr 2026
250
00:08 / 10 Noyabr 2026
104
23:52 / 09 Noyabr 2026
175
23:52 / 09 Noyabr 2026
1678
23:48 / 09 Noyabr 2026
114
23:42 / 09 Noyabr 2026
284
23:37 / 09 Noyabr 2026
307
23:32 / 09 Noyabr 2026
147
23:28 / 09 Noyabr 2026
150
23:23 / 09 Noyabr 2026
119
23:17 / 09 Noyabr 2026
194
23:12 / 09 Noyabr 2026
147
23:09 / 09 Noyabr 2026
123
23:01 / 09 Noyabr 2026
125
22:55 / 09 Noyabr 2026
137
22:48 / 09 Noyabr 2026
163
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.