"Al Arabiya" ABŞ və İran arasında mümkün razılaşmanın detallarını açıqlayıb
10 Noyabr 2026, 02:02
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
450
13.07.2026, 12:12
Azərbaycan ilə İsrail arasında illərdir davam edən strateji tərəfdaşlıq regional siyasi proseslərdə növbəti dəfə öz sözünü deməkdədir. İsrail Knessetində 1915-ci il hadisələrinin qondarma “erməni soyqırımı” kimi tanınmasına dair təşəbbüsün irəlilədilməsinin dayandırılması Təl-Əvivin Bakı ilə münasibətlərə verdiyi dəyərin bariz nümunəsidir. Erməni lobbisinin və müəyyən siyasi dairələrin iki ölkə arasındakı hərbi-strateji tərəfdaşlığa zərbə vurmaq cəhdləri rəsmi Bakının qətiyyətli diplomatiyası qarşısında iflasa uğradı. Bu addım həm də regional təhlükəsizlik və Cənubi Qafqazda davam edən sülh prosesi kontekstində Azərbaycanın geosiyasi çəkisinin artdığını nümayiş etdirir. Hazırkı həssas mərhələdə İsrail parlamentinin belə bir qərar qəbul etməsi Bakı-Təl-Əviv xəttindəki etimadın sarsılmaz olduğunu bir daha sübut edir.
Mövzu ilə bağlı Oxu24.com-a açıqlama verən politoloq Turan Rzayev bildirib ki, bu qərarda Azərbaycan–İsrail strateji tərəfdaşlığı birbaşa və həlledici rol oynayıb:"İsrail hökumətinin Knessetdə qondarma təşəbbüsü dayandırması rəsmi Bakının qəti mövqeyinin və iki ölkə arasındakı strateji tərəfdaşlığın əhəmiyyətinin birbaşa nəticəsidir. Təl-Əviv üçün Bakı sadəcə etibarlı bir tərəfdaş deyil, həm də türk-islam coğrafiyasında özünü qəbul etdirməyin və legitimlik qazanmağın mühüm vasitəsidir. Digər tərəfdən, İsrail İranla regional rəqabət fonunda Azərbaycan kimi strateji çəkiyə malik olan bir müttəfiqi itirməyi əsla gözə ala bilməz”.
Politoloqun sözlərinə görə, hər kəsə məlumdur ki, Ankara ilə Təl-Əviv arasında gərginliyi aradan qaldırmaq ildən-ilə çətinləşir və tərəflərin verdiyi qərarlar Bakıya da təsir edir:“Yaxın keçmişdə Türkiyənin İsrail Prezidenti İsaak Hersoqun təyyarəsinə öz hava məkanını bağlaması səbəbindən onun Bakıdakı COP29 tədbirinə gələ bilməməsi regional gərginliyin göstəricisi idi. Belə bir reallıqda İsrail tərəfinin 1915-ci il hadisələrini gündəmə gətirməsi Bakı-İrəvan sülh danışıqlarına da ciddi zərbə vuracaq mahiyyət daşıyırdı. Lakin rəsmi Bakı bu cür siyasi gedişlərə praqmatik və ustalıqla qurulmuş diplomatik həmlələrlə cavab verir”.
Turan Rzayev qeyd edir ki, Azərbaycan heç bir zaman milli maraqlarına uyğun gəlməyən situasiyalarda birbaşa tərəf kimi çıxış etmir və haqsız olanın yanında yer almır:“Bakı həm Türkiyə-İsrail, həm də İran-İsrail münasibətlərində alternativ vasitəçi və balansı qoruyan tərəfdir”.
O sonda əlavə edib ki, İsrailin bu son addımı göstərir ki, Təl-Əviv Bakının proseslərdən narahatlığını düzgün oxuyub və iki ölkə arasındakı strateji müttəfiqliyin pozulmaması üçün geri addım atmağa məcbur olub.
Çimnaz Telmanqızı
02:34 / 10 Noyabr 2026
104
02:02 / 10 Noyabr 2026
105
01:30 / 10 Noyabr 2026
179
01:19 / 10 Noyabr 2026
319
01:00 / 10 Noyabr 2026
143
00:25 / 10 Noyabr 2026
626
00:20 / 10 Noyabr 2026
125
00:14 / 10 Noyabr 2026
306
00:08 / 10 Noyabr 2026
119
23:52 / 09 Noyabr 2026
204
23:52 / 09 Noyabr 2026
1785
23:48 / 09 Noyabr 2026
127
23:42 / 09 Noyabr 2026
316
23:37 / 09 Noyabr 2026
348
23:32 / 09 Noyabr 2026
156
23:28 / 09 Noyabr 2026
165
23:23 / 09 Noyabr 2026
130
23:17 / 09 Noyabr 2026
210
23:12 / 09 Noyabr 2026
158
23:09 / 09 Noyabr 2026
133
23:01 / 09 Noyabr 2026
133
22:55 / 09 Noyabr 2026
144
22:48 / 09 Noyabr 2026
173
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.