ABŞ-dən Türkiyəyə rədd cavabı
25 İyul 2026, 23:29
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
238
13.07.2026, 11:43
Azərbaycan Prezidenti İlham Əliyev Pakistanın ABŞ-İran münaqişəsinin həlli istiqamətində səylərini yüksək qiymətləndirib.
Oxu24.com xəbər verir ki, Prezident İlham Əliyev bu məsələyə IV Şuşa Qlobal Media Forumunda pakistanlı jurnalistin ABŞ-İran münaqişəsinin həlli istiqamətində İslamabadın sülh səyləri ilə bağlı sualını cavablandırarkən toxunub.
“Mənim mesajım onlara ən xoş arzularımı çatdırmaq və bu möhtəşəm səylərini davam etdirmələrini arzulamaqdır. Mən əziz qardaşım, Baş nazir Şahbaz Şərifə zəng edərək əldə olunan razılaşma münasibətilə onu təbrik etdim. Çünki bu razılaşma əsasən Pakistanın vasitəçilik səyləri nəticəsində mümkün oldu. Bu, bir daha göstərir ki, ölkəniz beynəlxalq aləmdə böyük hörmətə malikdir. Məhz Pakistan vasitəçilik missiyasını üzərinə götürərək bu məsuliyyəti daşıyan yeganə ölkə oldu. Biz də hadisələrin gedişini diqqətlə izləyirdik və gördük ki, həm Baş nazir, həm feldmarşal, həm də onların komandaları bu prosesə tam sədaqətlə yanaşıblar. Əminəm ki, son hadisələr və yaranmış yeni gərginlik fonunda onlar yenidən qarşıdurmanın dayandırılması üçün əllərindən gələni edəcəklər. Düşünürəm ki, Pakistan istisna olmaqla bunu bacaracaq başqa bir ölkə yoxdur. Ümid edirəm və inanıram ki, onlar yenidən Yaxın Şərqdə sülhün bərqərar olmasına töhfə verməkdə uğur qazanacaqlar. Bu, həm də ölkənizin potensialının, rəhbərlərinizin bacarığının və Pakistanın yalnız bu məsələdə deyil, ümumilikdə qazandığı geniş beynəlxalq nüfuzun növbəti göstəricisidir”, - dövlət başçısı qeyd edib.
09:50 / 26 İyul 2026
1
09:44 / 26 İyul 2026
120
09:43 / 26 İyul 2026
28
00:24 / 26 İyul 2026
135
23:29 / 25 İyul 2026
90
22:59 / 25 İyul 2026
140
22:45 / 25 İyul 2026
434
22:39 / 25 İyul 2026
145
22:26 / 25 İyul 2026
160
21:54 / 25 İyul 2026
141
21:27 / 25 İyul 2026
88
21:15 / 25 İyul 2026
147
21:02 / 25 İyul 2026
93
20:49 / 25 İyul 2026
121
20:30 / 25 İyul 2026
134
20:04 / 25 İyul 2026
117
19:56 / 25 İyul 2026
111
19:43 / 25 İyul 2026
173
19:30 / 25 İyul 2026
110
19:17 / 25 İyul 2026
173
18:45 / 25 İyul 2026
177
18:33 / 25 İyul 2026
250
18:19 / 25 İyul 2026
122
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.