ABŞ-dən Türkiyəyə rədd cavabı
25 İyul 2026, 23:29
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
232
13.07.2026, 11:33
Azərbaycan Prezidenti İlham Əliyev Folklend adaları məsələsinə münasibət bildirib.
Oxu24.com xəbər verir ki, Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunda argentinalı jurnalistin Böyük Britaniya və Argentina arasında Malvin (Folklend) adaları ilə bağlı sualını cavablandırarkən deyib ki, bu məsələnin nə qədər həssas olduğunu yaxşı bilir.
“Hətta tələbə olduğum vaxt diplom işimin mövzusu da məhz İngiltərə-Argentina münaqişəsi idi. Çünki həmin hadisələr 1982-ci ildə baş vermişdi. Mən də 1982-ci ildə universiteti bitirirdim. Buna görə mövzu çox aktual idi və baş verən hadisələr barədə təxminən 30 səhifəlik təhlil yazmışdım. Düşünürəm ki, müsbət məqam ondan ibarətdir ki, mövcud vəziyyətə baxmayaraq, Böyük Britaniya və Argentina yaxşı münasibətləri qoruyub saxlayırlar. Yəqin ki, yaxın günlərdə yalnız yarımfinalda qarşılaşacağınız zaman rəqabət olacaq. Bu da ilk belə qarşılaşma deyil, əvvəllər də olub. Hesab edirəm ki, bu məsələ qarşılıqlı xoş niyyət və danışıqlar ruhunda, eyni zamanda beynəlxalq hüququn norma və prinsiplərinə, BMT Təhlükəsizlik Şurasının və Baş Assambleyasının müvafiq qətnamələrinə uyğun şəkildə həll olunmalıdır. Əsas məsələ hər bir ölkənin ərazi bütövlüyünün qorunmasıdır. Sizin də qeyd etdiyiniz kimi, Azərbaycan bu prinsipin qətiyyətli tərəfdarıdır. Bu mövqe, təbii ki, ölkəmizin ərazi bütövlüyünün vaxtilə pozulması ilə bağlı formalaşıb. Lakin biz ərazi bütövlüyümüzü və suverenliyimizi tam bərpa etdikdən sonra da bu mövqedən geri çəkilmədik. Biz heç vaxt bu məsələyə siyasi üstünlüklər və ya ayrı-ayrı ölkələrlə münasibətlər prizmasından yanaşmamışıq. Biz onu ədalət və beynəlxalq hüquq baxımından qiymətləndiririk. Mənim mesajım da budur: Öz hüquqlarınızı və suverenliyinizi qoruyun. Bu, ötən il ukraynalı dostlarımıza ünvanladığım mesajın mahiyyətcə eynisidir”, - deyə dövlət başçısı qeyd edib.
09:50 / 26 İyul 2026
1
09:44 / 26 İyul 2026
120
09:43 / 26 İyul 2026
28
00:24 / 26 İyul 2026
135
23:29 / 25 İyul 2026
90
22:59 / 25 İyul 2026
140
22:45 / 25 İyul 2026
434
22:39 / 25 İyul 2026
145
22:26 / 25 İyul 2026
160
21:54 / 25 İyul 2026
141
21:27 / 25 İyul 2026
88
21:15 / 25 İyul 2026
147
21:02 / 25 İyul 2026
93
20:49 / 25 İyul 2026
121
20:30 / 25 İyul 2026
134
20:04 / 25 İyul 2026
117
19:56 / 25 İyul 2026
111
19:43 / 25 İyul 2026
173
19:30 / 25 İyul 2026
110
19:17 / 25 İyul 2026
173
18:45 / 25 İyul 2026
177
18:33 / 25 İyul 2026
250
18:19 / 25 İyul 2026
122
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.