ABŞ-dən Türkiyəyə rədd cavabı
25 İyul 2026, 23:29
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
343
13.07.2026, 10:41
Avropa İttifaqına üzv bəzi digər ölkələrlə də qaz ixracına başlamaq və mövcud tədarük həcmlərini artırmaq barədə danışıqlar aparırıq.
Oxu24.com xəbər verir ki, bunu Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunda bildirib.
“Bu il Almaniya və Avstriyaya qaz tədarükünə başladıq. Bu, qlobal, xüsusilə də Avropa qaz bazarında mövqeyimizi genişləndirmək istiqamətində həyata keçirdiyimiz ümumi strategiyanın bir hissəsidir. Avropa bazarı premium bazardır. Burada qiymətlər daha əlverişlidir. Buna görə də biz bazardakı iştirakımızı genişləndirməkdə çox maraqlıyıq. Hazırda Azərbaycan qazını boru kəmərləri vasitəsilə 16 ölkəyə ixrac edir. Boru kəməri ilə qaz tədarükünün coğrafiyasına görə dünyada birinci yerdəyik. Bununla da kifayətlənmirik. Hazırda Avropa İttifaqına üzv bəzi digər ölkələrlə də qaz ixracına başlamaq və mövcud tədarük həcmlərini artırmaq barədə danışıqlar aparırıq. Yəni həm yeni tədarük, həm də həcmlərin artırılması ilə bağlı müraciətlər alırıq”, - dövlət başçısı deyib.
Prezidentin sözlərinə görə, bugünkü enerji bazarında Azərbaycanın etibarlı, proqnozlaşdırıla bilən və alternativ mənbə kimi qazı əvvəlki illərlə müqayisədə daha böyük əhəmiyyət daşıyır: “Bizim hasilatı və ixracı artırmaq potensialımız var. Cəmi bir ay əvvəl "Azəri–Çıraq–Günəşli" yatağının Dərin Qaz layihəsi üzrə hasilata başladıq. Mövcud yataqlarda da iş proqramına və investisiya portfelinə uyğun olaraq hasilat artacaq.
Bundan başqa, bərpa olunan enerji sahəsində də böyük işlər görülür. Artıq bu mənbələr bizə xeyli həcmdə təbii qaza qənaət etməyə imkan verir və gələcəkdə bu rəqəm daha da artacaq. 2032-ci ilə qədər bərpa olunan enerji mənbələri üzrə 8 giqavat gücə çatmağı planlaşdırırıq. Bu isə hazırda elektrik enerjisi istehsalında istifadə etdiyimiz bir neçə milyard kubmetr təbii qazın qənaət olunmasına imkan verəcək və həmin həcm ixrac üçün əlçatan olacaq.
Beləliklə, bizim iki mühüm üstünlüyümüz var: artan qaz hasilatı və mövcud bazar. İndi əsas məsələ bu iki amili birləşdirən nəqliyyat infrastrukturunu genişləndirmək və modernləşdirməkdir. Mövcud qaz nəqli infrastrukturu 2022-ci ildən əvvəlki ssenariyə əsasən layihələndirilib və inşa olunub. Boru kəmərlərinin ötürücülük qabiliyyəti o dövrdəki hasilat proqnozları və yataqların işlənməsi strategiyası nəzərə alınmaqla müəyyənləşdirilmişdi.
Çünki qazı istəsəniz 10 ilə də çıxarmaq olar, 100 ilə də. Bizim üçün daha məqsədəuyğun olan hasilatı onilliklər ərzində sabit saxlamaq idi, yoxsa daha çox sərmayə yatıraraq daha qısa müddətdə daha çox qaz hasil etmək? Strategiyamız buna uyğun qurulmuşdu”.
Prezident qeyd edib ki, Rusiya–Ukrayna müharibəsi başlayandan sonra Azərbaycan qazına Avropada tələbat kəskin şəkildə artıb: “Avropa Komissiyası bizə müraciət edərək, hasilatı mümkün qədər tez artırmağımızı xahiş etdi və biz bunu etdik.
Yeri gəlmişkən, Avropa Komissiyasının Prezidenti xanım Ursula fon der Lyayenin Azərbaycana səfəri zamanı da elan olundu ki, 2022-ci ildən bəri Avropa İttifaqına qaz ixracımız 65 faiz artıb. Bu artım gələcəkdə də davam edəcək. Buna görə də mövcud nəqliyyat infrastrukturunun genişləndirilməsi zəruridir. Lakin əsas maneə Avropa İttifaqının Yaşıl Gündəliyidir. Avropa bankları artıq fosil yanacaq layihələrinin maliyyələşdirilməsinə həvəs göstərmirlər. Buna görə də əsas sual budur: nəqliyyat infrastrukturunun genişləndirilməsi üçün maliyyə vəsaitini haradan cəlb etmək olar?”
Azərbaycan Prezidenti əlavə edib ki, boru kəmərlərinin ötürücülük qabiliyyətinin artırılması da vacibdir: “Digər, bəlkə də daha mühüm məsələ isə uzunmüddətli müqavilələrdir. Məhz bu mövzunu Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen ilə də müzakirə etdik. Bizə uzunmüddətli müqavilələr lazımdır. Çünki hasilatı əhəmiyyətli dərəcədə artırmaq üçün böyük həcmdə investisiyalar yatırmalıyıq. Əgər müəyyən müddətdən sonra bizə "təşəkkür edirik, artıq sizin qazınıza ehtiyacımız yoxdur" deyilərsə, o zaman yatırdığımız investisiyalarla nə etməliyik? Buna görə də iki əsas məsələ var: uzunmüddətli müqavilələrin bağlanması və qaz nəqli sisteminin ötürücülük qabiliyyətinin genişləndirilməsi.
Bundan əlavə, bazarların şaxələndirilməsi də böyük əhəmiyyət daşıyır. Biz artıq əvvəllər heç düşünmədiyimiz bir bazara – Suriyaya qaz ixracına başlamışıq. Gələcəkdə Suriya üzərindən qonşu ölkələrə də qaz tədarükünü genişləndirmək imkanımız var. Həmin regionda enerji resurslarına böyük tələbat mövcuddur. Bu baxımdan, Avropadakı tərəfdaşlarımızla münasibətlərdə bizim üçün ən vacib məsələlər uzunmüddətli müqavilələrin imzalanması və mövcud qaz nəqli sisteminin genişləndirilməsi istiqamətində birgə fəaliyyət göstərilməsidir”.
00:24 / 26 İyul 2026
21
23:29 / 25 İyul 2026
51
22:59 / 25 İyul 2026
76
22:45 / 25 İyul 2026
61
22:39 / 25 İyul 2026
80
22:26 / 25 İyul 2026
92
21:54 / 25 İyul 2026
78
21:27 / 25 İyul 2026
66
21:15 / 25 İyul 2026
86
21:02 / 25 İyul 2026
70
20:49 / 25 İyul 2026
98
20:30 / 25 İyul 2026
100
20:04 / 25 İyul 2026
96
19:56 / 25 İyul 2026
92
19:43 / 25 İyul 2026
152
19:30 / 25 İyul 2026
92
19:17 / 25 İyul 2026
150
18:45 / 25 İyul 2026
160
18:33 / 25 İyul 2026
210
18:19 / 25 İyul 2026
107
17:51 / 25 İyul 2026
160
14:38 / 25 İyul 2026
151
14:35 / 25 İyul 2026
99
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.