ABŞ-dən Türkiyəyə rədd cavabı
25 İyul 2026, 23:29
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
234
13.07.2026, 10:02
“Azərbaycan Avropa Şurasını tamamilə tərk etsə belə, ölkədə bunu demək olar ki, heç kim hiss etməyəcək”.
Oxu24.com xəbər verir ki, bunu Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunda bildirib.
“2023-cü ilin sentyabrına qədər Azərbaycan Avropa Şurası Parlament Assambleyasında heç vaxt hər hansı sanksiya ilə üzləşməmişdi. Məhz 2023-cü ilin sentyabrında biz öz qanuni özünümüdafiə hüququmuzdan istifadə edərək ərazimizi separatçıların qalıqlarından azad etdikdən sonra Avropa Şurası Parlament Assambleyası Azərbaycanı cəzalandırmaq qərarına gəldi. 2024-cü ilin yanvarında isə Assambleya Azərbaycan nümayəndə heyətinin mandatını müzakirəyə çıxardı və nümayəndə heyətini səsvermə hüququndan məhrum etdi.
Bu, guya insan hüquqları məsələləri ilə bağlı idi. Lakin məsələ bununla əlaqəli olsaydı, bu addım yəqin ki, daha əvvəl atılardı. Bu, sadəcə olaraq suverenliyimizi bərpa etdiyimizə görə bizə verilən cəza idi”, - dövlət başçısı deyib.
Prezident bildirib ki, bundan sonra Azərbaycan nümayəndə heyəti çox düzgün qərar qəbul edərək, Assambleyanın iclaslarında iştirakını dayandırıb: “Çünki səsvermə hüququmuz yoxdursa, orada olmağımızın nə mənası var? Yeri gəlmişkən, biz həmin vaxtdan etibarən Avropa İnsan Hüquqları Məhkəməsinin hakimlərinin seçilməsində də iştirak etməmişik.
Məhz buna görə də Azərbaycan həmin məhkəmənin qərarlarını tanımır. Çünki həmin hakimlərin kim olduğunu müəyyənləşdirən səsvermədə iştirak etməmişik. İki ildən artıqdır ki, biz ayrı-seçkiliyə məruz qalırıq.
Açıq şəkildə deyə bilərəm ki, hökumətdə təkcə Avropa Şurası Parlament Assambleyasındakı fəaliyyətimizi dondurmağı deyil, ümumilikdə Avropa Şurasını tərk etməyi də ciddi şəkildə müzakirə etmişik.
Lakin Avropa Şurasının Baş katibi Alen Berse mənə müraciət edərək bunu etməməyimizi və vəziyyəti yaxşılaşdırmaq üçün imkan yaratmağımızı xahiş etdi. Mən də bu qərarı hələlik təxirə saldım. Təəssüf ki, o vaxtdan bəri heç bir irəliləyiş yoxdur.
Əksinə, Avropa Şurası Parlament Assambleyası tərəfindən Azərbaycana qarşı tamamilə qəbuledilməz və ultimativ tələblər irəli sürülür. Münasibətləri pozan biz olmamışıq, onlar olublar.
Heç bir hüquqi əsas olmadan bizi səsvermə hüququndan məhrum etdilər. Buna görə də atılmalı olan addım odur ki, əvvəlcə Azərbaycan nümayəndə heyətinin səsvermə hüququ bərpa edilsin. Bundan sonra nümayəndə heyətimiz Assambleyaya qayıdacaq. Məsələ məhz belə olmalıdır, əksinə yox.
Biz onlara qarşı heç bir yanlış addım atmamışıq. Ədalətsiz qərarı onlar qəbul ediblər. Buna görə də geri addımı da onlar atmalı, cəsarət göstərərək böyük səhvə yol verdiklərini etiraf etməlidirlər.
Mən bu məsələ ilə bağlı fikirlərimi dəfələrlə ifadə etmişəm. Azərbaycan Avropa Şurasını tamamilə tərk etsə belə, ölkədə bunu demək olar ki, heç kim hiss etməyəcək. Yəni orada olub-olmamağımız ölkə daxilində ciddi dəyişiklik yaratmır.
Əlbəttə, qarşıdurma əvəzinə bu institutlarla normal münasibətlərimizin olması daha yaxşıdır. Biz qarşıdurma axtarmırıq. Xüsusilə də nəzərə alsaq ki, təkcə Avropa Şurası Parlament Assambleyası deyil, Avropa Parlamenti də mütəmadi olaraq Azərbaycana qarşı əsassız hücumlar edir.
Mən hesab edirəm ki, bu, artıq Azərbaycana qarşı bir növ obsessiyaya çevrilib. Son beş il ərzində Avropa Parlamenti Azərbaycana qarşı 13 qətnamə qəbul edib. Onların heç biri bizim üçün əhəmiyyət daşımır və ölkədə heç nəyə təsir göstərmir.
Buna baxmayaraq, əlbəttə ki, bu qurumlarla qarşıdurma deyil, normal münasibətlər daha məqsədəuyğundur. Ancaq bir daha vurğulayıram ki, bu vəziyyəti biz yaratmamışıq.
Azərbaycan 2001-ci ildə könüllü şəkildə Avropa Şurasına üzv olub. Həmin dövrdə bu təşkilat da, ümumiyyətlə Avropa da indiki kimi deyildi. Biz həmin Avropaya müəyyən ümidlər və gözləntilərlə qoşulmuşduq. Ümid edirdik ki, üzvlük Qarabağ münaqişəsinin həllinə və suverenliyimizin bərpasına kömək edəcək.
Biz münasibətlərin normallaşmasını istəyirik. Amma ilk addımı onlar atmalıdırlar”, - deyə dövlət başçısı qeyd edib.
00:24 / 26 İyul 2026
21
23:29 / 25 İyul 2026
51
22:59 / 25 İyul 2026
76
22:45 / 25 İyul 2026
61
22:39 / 25 İyul 2026
80
22:26 / 25 İyul 2026
92
21:54 / 25 İyul 2026
78
21:27 / 25 İyul 2026
66
21:15 / 25 İyul 2026
86
21:02 / 25 İyul 2026
70
20:49 / 25 İyul 2026
98
20:30 / 25 İyul 2026
100
20:04 / 25 İyul 2026
96
19:56 / 25 İyul 2026
92
19:43 / 25 İyul 2026
152
19:30 / 25 İyul 2026
92
19:17 / 25 İyul 2026
150
18:45 / 25 İyul 2026
160
18:33 / 25 İyul 2026
210
18:19 / 25 İyul 2026
107
17:51 / 25 İyul 2026
160
14:38 / 25 İyul 2026
151
14:35 / 25 İyul 2026
99
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.